Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2307/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, X3 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 iş günü ərzində DƏMX-nə təqdim olunması tələb olunmuş, lakin sənədlər təqdim olunmamışdır. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, inzibati cərimənin tətbiq edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, şirkət həmin sənədlərin Müfəttişliyə təqdim edilməsini yubandırsa da, sənədləri müəyyən vaxtdan sonra, yəni ## ##### 2026-cı il tarixdə Müfəttişliyə təqdim etmişdir. Müfəttişlik tərəfindən Şirkətə qarşı ##.##.2026-cı il tarixdə protokol tərtib edilsə də, müvafiq sənədlər Şirkət tərəfindən ##.##.2026-cı il tarixdə Müfəttişliyə göndərilmişdir və Müfəttişlik həmin sənədləri nəzərdən keçirərək ##.##.2026-cı il tarixdə Şirkətdən yeni sənədlərin təqdim edilməsini istəmişdir. ##.##.2026-cı tarixdə protokol tərtib edilməsinə baxmayaraq Müfəttişliyik hələdə Şirkətlə ilə əlaqədə olmuş və müvafiq sənədlərin qəbul edilməsini dayandırmamışdır. Bu halın mövcudluğu həm Şirkətə, həm də məhkəməyə artıq bir sübut idi ki, sənədlərin Müfəttişlik tərəfindən istənilməsi davam edilirsə və sənədləri Şirkət təqdim edirsə, deməli Müfəttişlik Şirkətə sənədlərin təqdim edilməsinə vaxt vermişdir. Müfəttişliyin əlavə sənədlərin istənilməsinə dair son elektron məktubu ##.##.2026-cı il tarixdə olmuşdur və Şirkət onu ##.##.2026-cı il tarixdə cavablandırmışdır. Sozügedən elektron məktublar hazırkı ərizəyə əlavə olunur. Lakin, məhkəmə bu halı nəzərə almamış və İXM-nin 116.2-ci maddəsini tətbiq etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun çıxış etmiş, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması iddia edilərək tələbi İXMin 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi şəxs “xxxx” ŞİRKƏTİNİN Azərbaycan Respublikasındakı nümayəndəliyinə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərərək bildirmişlər ki, X3 Füzuli Hüseynovun “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Qmbudsmana) ünvanladığı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində (bundan sonra - Xidmət) baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən emək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini heyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Pərvin Hüseynovun müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid əmək müqaviləsinin surəti, son haqqhesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətlərinin 7 iş günü ərzində Xidmətə (ünvan: AZ 1114 Bakı şəhəri SveUana Məmmədova küçəsi 107) təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan sənəddən görünür ki, ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktub ##.##.2026-cı il tarixdə “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə çatdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin hüquqi şəxs X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ##.##.2026-cı il tarixdə *-**-*/*- *****/**** nömrəli məktub göndərərək bildirmişlər ki, X3 atası Füzuli Hüseynovun “əmək hüquqlarının pozulması bərədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində (bundan sonra - Xidmət) baxılmışdır. Müraciətlə əlaqədar vətəndaşa aid müvafiq sənədlərin Xidmətətəqdim edilməsi məqsədilə "X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbləri bərədə məlumatlandırılmaqla ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Bununla əlaqədar inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olubolmamasının araşdırılması məqsədilə ## #### 2026-cı il tarixli məktubla şirkətin nümayəndəsi ##.##.2026-cı il tarixdə saat 10:30-da Xidmətə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107; əlaqə: *** ***-**-** dəvət olunmuşlar. Eyni zamanda əyani iştirakları mümkün olmadığı təqdirdə aşağıdakı link üzrə online qoşulmaqla iştiraklarının təmin edilməsi xahiş olunmuşdur. Şirkətin və ya səlahiyyətli nümayəndənin etibarnamə ilə iştirakının təmin edilməsi və iş üzrə olan bütün sübutların izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibatı xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibatı xəta haqqında işin başlanmasına əsasdır. İş materiallarında olan sənəddən görünür ki, ##.##.2026-cı il tarixdə 3-17-5/2- *****/**** nömrəli məktub elektron kabinetə yerləşdirilmiş və icra müddəti ## ##### 2026-cı il tarixədək qeyd edilmişdir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi "X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qənaətinə gələrək hüquqi şəxsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Hüquqi şəxsə tətbiq edilmiş tənbehə münasibətdə isə məhkəmə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətinini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq MMC barəsində minimum həddə cərimə növündə inzibati tənbeh tətbiq etməklə nəticəyə gəlsə də, qanunun normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Eyni Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Hazırkı işin hallarından görünür ki, hüquqi şəxs tərəfindən tələb edilən sənədlər gec təqdim edilsə də, səlahiyyətli orqan həmin məlumatları qəbul etmiş və araşdırma üçün yeni sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxsə müraciət ünvanlamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən araşdırılma üzrə tələb edilən ##.##.2026-cı il tarixdəki sonuncu sənədlər ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, "X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi İXM-də inzibati cərimənin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulan xətanı törətmiş, həmin hüquqi şəxsin eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi "X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə tətbiq etdiyi inzibati cəriməni şərti olaraq tətbiq etməli olduğu halda etməmiş, bununla da qanunun norması düzgün tətbiq edilməmişdir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməli, "X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə İXM-nin 539.3cü maddəsi ilə tətbiq edilən inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi "X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə izah edilməlidir. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və İXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilsin. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə növündə inzibati tənbeh şərti olaraq tətbiq edilsin. “X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 1 (bir) ay müddət müəyyən edilsin və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin. Hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilsin. X2 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə cərimənin ödənilməsinin törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi izah edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2307/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2307/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver