Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2310/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı şəhər Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ## #### 2026-cı il tarixli, IXP******* nömrəli inzibati xəta haqqında qərar qəbul qərarla razı deyil və onun faktiki hallara və qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən ləğv edilməsini xahiş edir. Qərarda göstərilir ki, guya o IXM 327.2 maddəsini (yolayrıcını keçmə qaydasının pozulması) pozmuşdur. Lakin bu iddia real vəziyyəti düzgün əks etdirmir. Hadisə zamanı o, ikinci dərəcəli yolda hərəkətdə olmuşdur. Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl piyada keçidindən istifadə edən piyadaya yol vermiş, yalnız bundan sonra hərəkətini davam etdirərək baş yola daxil olmuşdur. Baş yolda əks istiqamətdən gələn avtomobil həmin anda öz hərəkət zolağının başlanğıc hissəsində idi və onun hərəkətinə maneə yaratmırdı. Lakin o, baş yola daxil olduğu müddətdə həmin sürücü sürətini əhəmiyyətli dərəcədə artırmış, daha sonra 1.* nömrəli qoşa xətt yol nişanlanmasını taptalayaraq qəfil sola dönmə manevrinə başlamış və avtomobilini təhlükə qarşısında qoymuşdur. Bu səbəbdən o yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə dərhal təcili əyləcləmə etməyə məcbur olmuşdur. Qarşı tərəfin hərəkətləri yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasıdır. Belə ki, o:- 1.3 qoşa xətt yol nişanlanmasının tələbini pozaraq xətti keçmiş; - təhlükəsiz manevr etmə tələblərinə əməl etməmiş; - sürətini artıraraq təhlükəli vəziyyət yaratmış; - sola dönmə manevrini digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmədən icra etməyə cəhd göstərmişdir. Qərardan şikayət verən orqan (şəxs) ikinci dərəcəli yolu tərk edib baş yola daxil olduqdan sonra artıq baş yolun hərəkət iştirakçısı hesab olunurdu. Qarşı tərəf sola dönmə manevrini yerinə yetirərkən o onun sağ tərəfində yerləşirdi. Belə olan halda o, təhlükəsiz manevr etməli və ona yol verməli idi. Əksinə, o, kobud qayda pozuntuları ilə üstünlük hüququna istinad etməsini mümkünsüz etmiş və təhlükəli vəziyyəti özü yaratmışdır. Bundan əlavə, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, sürücü manevrə başlamazdan əvvəl onun təhlükəsiz olduğuna əmin olmalı, digər hərəkət iştirakçılarına maneə və təhlükə yaratmamalıdır. Həmçinin, yol nişanlanmasının, o cümlədən 1.* nömrəli qoşa xəttin tələblərinə riayət olunması sürücünün qanunla müəyyən edilmiş vəzifəsidir. Eyni zamanda qeyd edir ki, DYP tərəfindən onun təqsirini təsdiq edən hər hansı obyektiv və mötəbər sübut nə ona nə də ki, məhkəməyə təqdim etməmişdir. Inzibati icraatda təqsirin sübuta yetirilməsi inzibati orqanın vəzifəsidir. Təqsir sübuta yetirilmədiyi halda və aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda, həmin şübhələr təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olaraq onun xeyrinə həll edilməlidir. Bütün bunları nəzərə alaraq hesab edir ki, yaranmış təhlükəli vəziyyət qarşı tərəfin yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində baş vermişdir və bu hal iş üzrə qərar qəbul edilərkən nəzərə alınmalıdır. Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa oxşar çıxış edərək şikayətin təmin edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini bildirərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 15:02 radələrində "MITSUBISHI MIRAGE" markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə əsasən: İ. Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. II. Əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. III. Hərəkət növbəliliyi svetoforun və ya nizamlayıcının siqnalları ilə müəyyən edilən yolayrıcı nizamlanan hesab edilir. IV. Yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Həmin qanunun 76-cı maddəsinə əsasən: İ. Relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. II. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. III. Svetoforun və ya nizamlayıcının siqnalları eyni vaxtda həm tramvayın, həm də relssiz nəqliyyat vasitələrinin hərəkətinə icazə verirsə, tramvay, hərəkət istiqamətindən asılı olmayaraq, üstünlüyə malikdir. Lakin svetoforun qırmızı və ya sarı siqnalı ilə eyni vaxtda olan əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən tramvay başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. IV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Həmin qanunun 77-ci maddəsinə əsasən: İ. Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. II. Yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. Ikinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilir, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026- cı il tarixdə, saat 15:02 radələrində "MITSUBISHI MIRAGE" markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozmuş, bununlada “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75, 76 və 77-ci maddələrinin tələbləri pozulmuşdur. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2310/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2310/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver