Məhkəmə qərarları › İş №3(3-6)-2311/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2311/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2311/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs), Bakı ŞBPİ-nin DYPİ tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verir. Bundan əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, İş № *(5-97)-2213/2026 qərarı ilə Bakı ŞBPİnin DYPİ tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı ŞBPİ-nin DYPİ-nə göndərilmişdir. Məhkəmə qərarında, açıq şəkildə göstərilmişdir ki, iş materialları tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisəni təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmiş, video və digər obyektiv sübutlar araşdırılmamış, inzibati məsuliyyət üçün zəruri olan hallar tam müəyyən edilməmişdir. Məhkəmənin bu göstərişlərinə baxmayaraq, iş yenidən araşdırılarkən həmin nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə qərarından sonra Bakı ŞBPİ-nin DYPİ-yə müraciət edərək R X2 ilə görüşmüşdür. Hadisəyə dair video görüntüləri təqdim etməsini xahiş etmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, hadisəyə aid görüntü DYP-də mövcud deyil. Həmçinin bildirilmişdir ki, məhkəmə qərarında yalnız inzibati tənbeh verinə haqqında qərarın ləğvi göstərilib, inzibati xəta haqqında protokolun ləğvi yazılmadığı üçün işə xitam verilməyib və bu səbəbdən yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin hadisəni təsdiq edən obyektiv video görüntü və ya digər yeni sübut təqdim edilmədən yenidən ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərarında da göstərildiyi kimi hadisənin tam video görüntüsü təqdim edilməmişdir; sübutlar kifayət qədər araşdırılmamışdır; iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır təqsiri təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcud olmamışdır.Odur ki, Bakı ŞBPİ-nin DYPİ tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməsi, hadisəni təsdiq edən video görüntülər və digər obyektiv sübutlar DYP-dən tələb edilməsi və onların mövcud olubolmamasına hüquqi qiymət verilməsi, məhkəmənin ##.##.2026-cı il tarixli qərarında göstərilən iradların aradan qaldırılmadığı nəzərə alınması, iş üzrə təqdim olunmuş sübutlar təqsirini kifayət qədər təsdiq etmədiyindən və yeni araşdırma zamanı da həmin nöqsanlar aradan qaldırılmadığından, barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə şikayəti təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 15:03-də ünvan 1 47C ünvanında idarə etdiyi “KIA SPORTAGE” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmuşdur. Onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmiş və həmin əsasla inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qərarında əsas arqument kimi hadisəni təsdiq edən video görüntünün təqdim edilməməsi göstərilmişdir. Lakin qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə sübutetmə yalnız video görüntülərlə məhdudlaşmır. İş üzrə digər materiallar, inzibati icraat zamanı toplanmış məlumatlar və səlahiyyətli vəzifəli şəxsin müəyyən etdiyi hallar da sübut kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübutlar hər hansı faktiki məlumatlardır və həmin məlumatlar əsasında şəxsin inzibati xəta törədib-törətməməsi müəyyən edilir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara tam hüquqi qiymət verməmiş, inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən halları kifayət qədər nəzərə almamışdır. Həmçinin qeyd edilməlidir ki, əvvəlki məhkəmə qərarı ilə işin yenidən baxılması üçün DYP orqanına qaytarılması inzibati xəta hadisəsinin olmaması və ya şəxsin təqsirsizliyi barədə nəticə demək deyildir. Həmin qərarda yalnız araşdırmanın tam aparılması ilə bağlı məsələlər qeyd edilmişdir. İşə yenidən baxılarkən inzibati xəta hadisəsi və şəxsin həmin hərəkətə görə məsuliyyəti müəyyən edilmiş, nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq yeni inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən yalnız video görüntünün mövcud olmaması əsas götürülməklə inzibati tənbeh qərarının ləğv edilməsi iş üzrə digər halların düzgün qiymətləndirilməməsinə səbəb olmuşdur.Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərabyacn Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur. Hazırki inzibati xəta polis əməkdaşı tərəfindən vizual olaraq aşkar edilmişdir. Birinci instansiya məhkəməsində keçirilən iclas barədə məlumat onlara verilməmişdir. İndi isə videogörüntülərin saxlama müddəti keçdiyindən məhkəməyə təqdim edə bilmirlər. Protokol tərtib etmişik, oda sübut sayılır. Odur ki, məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə münasibətdə bildirdi ki, o özü polis idarəsindən dəfələrlə görüntü tələb etmiş, lakin təqdim edilməmişdir. Hazırda da görüntülər təqdim edilməmişdir. Odur ki, məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarın məzmunundan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026- cı il tarixdə saat 15:03-də ünvan 1 47C küçəsi ünvanında “KIA SPORTAGE” minik markalı, **-YJ-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarında qeyd etmişdir ki, məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi hadisəyə dair videogörüntü təqdim edə bilməmişdir. Halbuki qərarın əsaslılığını sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Hazırda məhkəmə iclasında vətəndaş Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini iddia edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi hadisəni əks etdirən videogörüntünü və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən maddənin tələblərini pozmasını təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Odur ki, İnzibati xəta haqqında materialı araşdırıb məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar