Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2313/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, müdafiəçi – “Universal” vəkil bürosunun vəkili Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Yasamal Rayon Polis Idarəsi 28-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında dəhlizdə tərəflər arasında yaranmış mübahisədə heç bir tərəf olmadan onlarla mübahisə etmiş, səs-küy yaratmış və məhkəmənin iş fəaliyyətini pozaraq ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmiş, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Q.Məmmədli) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişlər. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti onunla əsaslandırmışdır ki, o, verilmiş ittihamla razı deyildir. Məhkəmə qərar qəbul edərkən onun ailə və sağlamlıq vəziyyətini, himayəsində əlilliyi olan övladının olmasını və digər halları nəzərə almamışdır. Odur ki, iş üzrə icraata xitam verilməlidir. Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, iş üzrə bütün faktiki halların hərtərəfli, tam, obyektiv araşdırılmaması, o cümlədən, aşağıda qeyd olunan hallar və xüsusatlar səbəbindən həmin qərar əsassız və qanunsuzdur.Şəxsə istinad edilən hərəkətlərin xırda xuliqanlıq əməli kimi qiymətləndirilməsi üçün, onun qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti həmin əməlin subyektiv cəhətinin mövcudluğunun əsasını təşkil edir. O cümlədən, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə xarakterli hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilməməklə, şəxs barəsində inzibati məsuliyyətin mövcudluğunu istisna edir. Çünki xırda xuliqanlıq əməlini törədən şəxs, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyur (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Hazırda isə işə üzrə zərərçəkmiş qismində tanınmış şəxslərin təşəbbüsü ilə şəxsə yönəlmiş, əxlaqa və ictimai qaydalara zidd hesab olunan ittiham, təhqir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini mənfi olaraq xarakterizə etməyə yönəlmiş ifadələr işlədilmişdir. Şəxs tərəfindən zərərçəkmiş şəxslərə ünvanlanan cavablar isə ona qarşı irəli sürülən həqiqətə və mənəviyyata uyğun olmayan ifadələrə və ittihamlara münasibətdə özünü müdafiə xarakteri daşımaqla, özlüyündə ictimai qaydanı pozan və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hər hansı xüsusatı ehtiva etmir. Beləliklə, məhkəmə tərəfindən işin hallarına hüquqi qiymət verilən zaman hadisənin şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri ilə şərtlənərək baş verməsi nəzərə alınmamış, nəticə etibarilə qanunsuz və əsassız yekun məhkəmə aktının çıxarılmasına yol verilmişdir. Həmçinin, şəxs tərəfindən törədilən əməlin xırda xuliqanlıq hesab olunması üçün əməlin obyektiv cəhətdən aktiv hərəkətlərlə müşayiət olunması, qeyd olunan inzibati xəta tərkibinin mövcudluğunun zəruri əlaməti kimi çıxış edir. Hazırda isə şəxs, ümumiyyətlə, aktiv hərəkətləri icra etmək qabiliyyətindən qismən məhrumdur. Belə ki, şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddətdir ki, ciddi ortopedik və nevroloji xarakterli sağlamlıq problemlərindən əziyyət çəkir ki. bu da şəxsdə hərəkət məhdudiyyəti ilə müşayiət olunur. Qeyd olunan faktları təsdiq edən tibbi sənədlərdə də, bel fəqərələrində osteoporoz, osteoxondıoz, hər iki bud-çanaqda koksartroz, hər iki dizdə meniskodegenerasiya və s. kimi diaqnozlar qeyd edilmişdir. Həkim məsləhətlərinə əsasən o, ağır fiziki yükdən azad olunmalı, həyat şəraiti çərçivəsində xüsusi rejimə riayət etməli, ehtiyatlı hərəkət etməli və ortopedik vasitələrdən istifadə etməlidir. Lakin yuxanda sadalanan hallardan heç biri məhkəmə tərəfindən əmələ hüquqi qiymət verilməsi, həmçinin şəxs barəsində inzibati tənbeh edilməsi zamanı nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 510.1ci maddəsinə əsasən xırda xuliqanlıq əməlini törədən şəxs barəsində inzibati tənbeh tədbiri kimi inzibati həbs seçilən zaman işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmalıdır. Indiki halda isə məhkəmə gəldiyi nəticədə, ümumiyyətlə, işin konkret olaraq hansı hallarına görə, eyni zamanda şəxsin “ictimai qaydanı pozan və cəmiyyətə açıq hörmətsizlik ehtiva edən” konkret olaraq hansı hərəkətlərinə istinad etdiyini, o cümlədən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini xarakterizə edən hansı xüsusatlara istinadən tənbeh tədbiri kimi inzibati həbs seçdiyini əsaslandırmamış, yekunda şəxsin əməllərində xırda xuliqanlıq əməlinin tərkibi mövcud olmadığı hallarda, qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmaqla, tamamilə qeyri-proporsional inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Əlavə olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində əlilliyi olan övladnın olması halı, onun barəsində inzibati tənbeh tədbiri seçilən zaman məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki. Yusibova Gülxanım Zahid qızının orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və bu səbəbdən, qanunvericiliklə ona sosial müavinət təyin edilmişdir. Yusibova Gülxanım Zahid qızının sağlamlıq vəziyyəti xüsusi qayğı və nəzarət tələb edir ki, anası barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması onun əlilliyi olan övladımın gündəlik qayğısı, yaşayışı və təhlükəsizliyi üçün ciddi risklər yaratmışdır. Həmçinin, inzibati tənbeh tədbiri tətbiq olunan zaman iş üzrə zərərçəkmiş hesab olunan Quliyeva Məsmə-xanım Imam-verdi qızı və X1 təşəbbüsü ilə şəxsə yönəlmiş, əxlaqa və ictimai qaydalara zidd hesab olunan ittiham, təhqir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini mənfi olaraq xarakterizə etməyə yönəlmiş ifadələr işlədilməsi məhkəmə tərəfindən inzibati tənbeh tədbiri seçilən zaman qiymətləndiriməmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-in 32.1.6-cı maddəsinə əsasən şəxs barəsində inzibati məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Lakin təəssüflər olsun ki, məhkəmə öz qərarında inzibati tənbeh tədbiri kimi inzibati həbs seçilməsinin əsaslandırmamaqla kifayətlənməmiş, həmçinin daha yüngül tənbeh tədbirinin seçilməsinə gətirib çıxara biləcək halları da qiymətləndirməyərək hüquqazidd qərarın çıxarılmasına səbəb olmuşdur. Mövcud inzibati xəta işinin faktiki hallan, məhkəmə prosesi zamanı müəyyən edilmiş hallar və tərəflərin qarşılıqlı münasibətlərinin təhlili göstərir ki, bir-birini təkzib edən ziddiyyətli məqamların mövcudluğuna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən Inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozularaq sübutlar tam, hərtərəfli və obyektiv tədqiq olunmamışdır. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması üçün müstəsna əhəmiyyət kəsb edən sübutlar, o cümlədən hadisənin baş verdiyi yer üzrə video-görüntülər və şahid ifadələri araşdırılmadan qanunsuz və əsassız hüquqi nəticəyə gəlinmişdir. Iclas zalında baş vermiş hadisə zamanı digər iştirakçı Quliyeva Məsmə-xanım Imamverdi qızı hüquqazidd, təhqiramiz hərəkətlərini və münaqişəni təhrik etməsi faktını müəyyən etmək üçün məhkəmə binasının dəhlizindəki video-müşahidə kameralarının görüntülərinin rəsmi qaydada apcllyasiya mühakiməsində tədqiq olunması hüquqi zərurətdir. Inzibati- Proscssual Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. Çəkişmə prinsipinin effektiliyinin təmin olunması ilə əlaqədar olaraq, şəxsin təqsirsizliyini və ya hadisənin real gedişatını təsdiq edə biləcək obyektiv video-yazılar müdafiə tərəfi üçün müstəsna əhəmiyyətə malikdir. Məhkəmə iş üzrə zəruri olan digər obyektiv sübutların əldə olunmasından əsassız imtina etdikdə və ya onları tədqiq etmədikdə, çıxarılan qərar ədalətli mühakimə tələblərinə cavab vermir. Məhkəmə həmin şahidlərin dindirilməməsinin hüquqi və obyektiv səbəblərini əsaslandırmalıdır, əks halda məhkəmə araşdırılması birtərəfli xarakter daşıyır. Iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, hadisənin başvermə şəraitinin tam, hərtərəfli və obyektiv araşdırılması, habelə iş üçün əhəmiyyət kəsb edən halların dəqiq müəyyən edilməsi məqsədilə hadisə zamanı bilavasitə orada olmuş şəxslərin şahid qismində dindirilməsi, hadisənin baş verdiyi məhkəmə iclas zalı və dəhlizində fasiləsiz aııdio- video yazı aparan videomüşahidə kameralarının görüntülərinin tələb edilərək məhkəmə iclasında tədqiq olunması zənuridir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Nümayəndə tərəflərindən verilmiş şikayətləri müdafiə edərək, təmin olunmasını xahiş etmişlər. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə ilə razılaşaraq maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir və qeyd edir ki, verilmiş şikayətlər həmin nəticənin dəyişdirilməsinə heç bir əsas vermir. Birinci instansiya məhkəməsi tərəfindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə inzibati tənbeh tətbiq etmənin ümumi prinsipləri, qanunun tələbləri, inzibati tənbehin növü və həddi, xətanın xarakteri, törədilmə halları və şəxsiyyəti düzgün nəzərə alınmışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla və işin müəyyən olunmuş faktiki halları ilə müqayisədə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qanuni və əsaslı qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya qaydasında araşdırılmış iş materiallarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmaması haqqında mülahizə əsassızdır və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanunla istisna edən hallar iş üzrə müəyyən olunmamış və tətbiq edilmiş inzibati tənbehin növü və həddi törədilmiş xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə və təqsirlilik dərəcəsinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati tənbeh tətbiq etmənin ümumi prinsiplərini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Şikayətlərin dəlillərinə münasibətdə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Qanunvericiliyin qeyd olunan müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayətlər təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək, 04 (dörd) gün müddətinə inzibati həbslə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2313/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2313/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver