Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2316/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx“xxxx MMC”) nümayəndəsi X3 iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X5) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Həmin qərardan X8 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXMin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X6 şikayəti əsasında araşdırma aparılması ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublarında qeyd edilmiş sənədlərin 7 iş günü müddətində təqdim edilməsini tələb etmiş, lakin həmin Cəmiyyət məktubda göstərilmiş sənədləri tələb edilən müddətdə səlahiyyətli orqana göndərməmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 verilmiş şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X3 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlilində göstərdiyi hal üzrə tərtib etmişdir. Birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, iş materiallarından görünür ki, səlahiyyətli orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən: - ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə X6 aid olan əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), məzuniyyətə görə ödənişin hesablanması və ödənilməsini təsdiq edən bank sənədi, iş vaxtının uçotu tabeli (2025-ci il dekabr, 2026-cı il yanvar ayı üçün), məzuniyyət əmri, ərizəsi, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun, - ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə yenidən X6 aid olan əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu, iş vaxtının uçotu tabeli (2026-cı il üçün), əmək haqqının hesablanması cədvəlləri və ödənilməsini təsdiq edən bank sənədinin (2026-cı il üçün) 7 iş günü ərzində göndərilməsini tələb etmiş, həmin məktublar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə müvafiq olaraq ## ###### 2026 və ## ##### 2026-cı il tarixlərdə göndərilmişdir. İş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qərarında gəldiyi müvafiq nəticəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli orqana ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublarında qeyd edilmiş sənədləri ## ### 2026-cı il tarixdə təqdim etməsi, beləliklə də, həmin Cəmiyyətin əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması ilə əsaslandırsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin iş materiallarında olan ## ### 2026-cı il tarixli məktubu ilə ## ### 2026cı il tarixdə səlahiyyətli orqana təqdim etdiyi sənədlərin X6 deyil, X4 aid olduğunu, beləliklə də, həmin məktubun hazırki işə aidiyyətinin olmadığını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıdakı abzasda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə müvafiq nəticəyə gələrkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli orqana ## ###### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli və ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublarında qeyd edilmiş sənədləri ## ### 2026-cı il tarixli məktubla ## ### 2026-cı il tarixdə təqdim etməsinə istinad etməsi əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “ƏMAS” elektron sistemindən əldə edilmiş çıxarışdan həmin Cəmiyyətin səlahiyyətli orqana X6 şikayəti ilə bağlı sənədləri ## ##### 2026-cı il tarixdə göndərməsinin göründüyünü bildirsə də, həmin sənədlə müvafiq faktın müəyyən edilmədiyini də nəzərə alır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl etməklə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin səlahiyyətli orqana ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli və ## ##### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktublarında göstərilmiş sənədləri həmin məktubların elektron kabinetinə müvafiq olaraq göndərildiyi ## ###### 2026 və ## ##### 2026-cı il tarixlərdən 3 gün keçdikdən sonra təyin edilmiş 7 iş günü ərzində göndərməməsi əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda yaratmışdır. Göstərilənlərə əsasən iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin maddə ilə müvafiq inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in: - 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. - 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. - 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. - 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir edir ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən, həmin Məcəllənin 116-cı maddəsinin yuxarıda göstərilən müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığına görə qanunsuz və əsassızdır. Səlahiyyətli orqanın verdiyi şikayət əsaslıdır. Bu səbəbdən X8 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri şərti olaraq tətbiq edilməli, həmin Cəmiyyət 15 gün müddətində törətdiyi inzibati hüquqpozmanı aradan qaldırarsa, həmin inzibati cəriməni ödəməkdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133.2.8, 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXMin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri şərti olaraq tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 15 gün müddətində törətdiyi inzibati hüquqpozmanı aradan qaldırarsa, həmin inzibati cəriməni ödəməkdən azad edilsin. Əks təqdirdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bu qərarda nəzərdə tutulan inzibati cəriməni ödəsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bu qərarda törətdiyi göstərilmiş hüquqpozmanı aradan qaldırdıqda, bu barədə yuxarıdakı abzasda nəzərdə tutulan müddət ərzində Bakı Apellyasiya Məhkəməsinə məlumat versin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2316/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2316/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver