Məhkəmə qərarları › İş №3(3-6)-2319/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2319/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2319/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ## #### 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov rayonu, İslam Abışov küçəsi, ev 16, mənzil 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov RPİ-in 17-ci Polis Şöbəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 510.1ci maddəsi ilə ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsin əvvəli ## #### 2026-cı il, saat 09:00-dan hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından inzibati tənbeh almış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, əməlində inzibati xəta tərkibinin olmamasını qeyd etməklə qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qəbul edilmiş qərarla razı olmadığını bildirərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən, qüvvəsində saxlanılmalıdır. Birinci instansiya məhkəməsində, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin sahə inspektoru, R X1 protokolu müdafiə edərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə polis şöbəsinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq əməli törətməsinə dair şikayət ərizəsi daxil olmuşdur. O, bu əməl törədilən zaman həmin ünvanda olmamış, bu barədə məlumat əldə etdikdən sonra həmin ünvana getmiş, orada olan şəxslər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı pozduğunu, yüksək səslə qışqıraraq insanları narahat etdiyini, onlara orada işləməyə imkan vermədiyini bildirmişlər. Bu hadisədən sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ondan şikayət edildiyi üçün polis şöbəsinə gəlməli olduğunu bildirmiş, Nəsimi isə ##.##.2026-cı il tarixinin onun istirahət günü olduğunu, bu səbəbdən gələ bilməyəcəyini qeyd edib, səhəri gün, yəni ##.##.2026-cı il tarixdə polis şöbəsinə gəlmiş, bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həmin ərazidə çalışan şəxslər tərəfindən ona dəfələrlə şifahi şikayətlər daxil olmuş, bu şəxslər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmişə aqressiv davranış nümayiş etdirərək onları işləməyə qoymadığını, davamlı olaraq orada olan şəxslərə problem yaratdığını, ictimai qaydanı pozduğunu, lakin onun problemli insan olduğundan rəsmi qaydada səlahiyətli orqanlara şikayət etməyə çəkindiklərini bildirmişlər. Daxil olmuş şifahi şikayətlər əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxslə dəfələrlə profilaktik söhbətlər aparılmış, lakin o, həmin iradlara məhəl qoymamış, hətta ondan qabaq həmin ərazidə sahə müvəkkili kimi çalışan polis əməkdaşları tərəfindən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, bunlardan heç bir nəticə çıxarmayaraq analoji hərəkətlərini davam etdirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hazırki inzibati xəta haqqında material üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xırda xuliqanlıq əməlini törətməsi zamanı orada olan əksər insanlar onun problemli insan olduğunu bildirərək şahid qismində məhkəməyə gəlməkdən imtina etmişlər. Birinci instansiya məhkəməsində, məhkəmə iclasında şahid qismində dəvət edilmiş X3 çıxış edərək bildirmişdir ki, anası ağır xəstəlik keçirmişdir, həkimin məsləhəti ilə başının qarışması üçün həmin mağazanı açaraq orada fəaliyyət göstərməyə başlasalar da, Nəsiminin hərəkətləri onlara orada sakit öz işləri ilə məşğul olmağa imkan vermir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təxminən iki ildir ki, onların işləməsinə mane olur və narahatlıq yaradır. Nəsimi adlı şəxs mağazanın qarşısında taksi fəaliyyəti ilə məşğul olur və avtomobilini mağazanın qarşısında saxlayaraq siqnal verməklə həm işçiləri, həm də müştəriləri narahat edir. Belə ki, başqa yerdən gəlib orada müştərinin avtomobilinin park edildiyini gördükdə, dəfələrlə siqnal verməklə, səs-küy salmaqla müştərinin sifarişinin hazırlanmasını gözləməsinə baxmayaraq, məcbur qalıb mağazadan çıxaraq avtomobilini oradan uzaqlaşdırılmasına nail olmaq istəyir və nail olur da. Onun mağazasına həm sıravi şəxslər, həm də polis əməkdaşları şirniyyat almaq və ya sifariş etmək üçün gəlirlər, Nəsimi isə bunları görüb hər kəsin içində ona “siz polisə işləyirsiz, polisin adamlarısız” deyib onunla mübahisə yaratmaq istəyir. Hadisə ilə bağlı verilmiş suallara cavab olaraq bildirmişdir ki, ##.##.2026-cı il tarixdə yenə mağazada müştəri qəbul edərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtomobili ilə ora gəlmiş, mağazanın qarşısında başqa maşının saxlanıldığını görüb siqnal verməklə, səs-küy salmışdır. Nəticədə müştəri mağazadan çıxmış, bundan sonra Nəsimi müştəri ilə də yüksək səslə mübahisə etməyə başlamış, müştərinin kim olursa olsun, orada avtomobil saxlaya bilməyəcəyini bildirmiş, aralarında yaranan gərginliyi görən digər mağaza sahibi onları ayırmış, nəticədə müştəri avtomobilini sürərək oradan çıxıb getmiş, Nəsimi isə avtomobilini həmin şəxsin az öncə tərk etdiyi yerə sürüb saxlamış, o isə artıq bütün bunlara əsəbləri tab gətirmədiyindən onunla mübahisə etməyə başlamışdır. Birinci instansiya məhkəməsində, məhkəmə iclasında şahid qismində dəvət edilmiş Məmmədova İmdadə Miryusif qızı çıxış edərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu cür xuliqanlıq hərəkətləri dəfələrlə təkrarlanmışdır. O, son, yəni ##.##.2026-cı il tarixdə baş verən hadisə zamanı orada olmamış, bu barədə həmin gün axşam saatlarında məlumat əldə etmiş, belə ki, Nəsimi yenə həmişəki kimi səs-küy salıb onların işinə, normal fəaliyyətlərinə yenidən mane olmuşdur. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tez-tez narahatçılıq yaradır, yüksək səslə danışır, nalayiq ifadələr işlədir, bununla bağlı onun özünə irad bildirdikdə isə, “özünü öldürəcəyini, özünü doğrayacağını, qanını onların üzərinə tökəcəyini, onları şərə salacağını” şəxsən ona bildirmişdir. O, həmçinin səbəbsiz yerə həm işçilərə, həm mağazadakı şəxslərə narahatedici nəzərlərlə baxır. O, yalnız şikayət verən şəxsləri deyil, hər kəsi narahat edir. Bütün bunları nəzərə alaraq, ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi, polis Rı Ramil Cəbiyevə vətəndaş Mustafayeva (Şahverdiyeva) Günay Mehman qızı tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli ərizədə qeyd edilir ki, Ə.Əliyev küçəsində yerləşən “RA Cakeshop” şirniyyat mağazasının qarşısında taksi fəaliyyəti ilə məşğul olan Nəsimi adlı şəxs artıq uzun müddətdir ki, mütəmadi olaraq, həmin ərazidə nalayiq ifadələrlə həm onları, həm də digər insanları təhqir edir. Mağazaya gələn müştərilərin üzərinə hücum çəkir, orada işləyən hər kəs ondan narazı olsa da, onun barəsində kiminsə şikayət edəcəyi təqdirdə, həmin adamdan əl çəkməyərək şikayət edən şəxslər barəsində problemlər yaradacağını bildirir. Ərizədə həmçinin bildirilmişdir ki, Nəsimi adlı şəxsin orada etdiyi nalayiq hərəkətlərdən və işlətdiyi nalayiq ifadələrdən hər kəs bezərək mağazanı bağlayıb getmək qərarına gəlmişdir. Onlar artıq Nəsiminin əməllərinə tab gətirə bilmirlər, əlacsız qalaraq uzun illərdir ki, bu hallara nə qədər göz yumsalar da, artıq məcbur qalaraq, son ümid yeri olaraq hüquq-mühafizə orqanlarına üz tutmaq məcburiyyətində qalmışlar. Bu səbəbdən həmin şəxsin barəsində qanunamüvafiq qaydada ciddi tədbir görülməsinə göstəriş verilməsini xahiş edir. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi, polis Rı Ramil Cəbiyevə vətəndaş Mustafayeva (Şahverdiyeva) Günay Mehman qızı tərəfindən ünvanlanmış izahatda qeyd edilir ki, Nəsimi adlı şəxsin etdiyi nalayiq hərəkətlər və ifadələr o qədər çoxdur ki, yazmaqla ifadə edib bitirə bilməzlər. Onlar, həmin ərazidə işləyən və yaşayan şəxslər kollektiv şəkildə şikayət etmək qərarına gəliblər. Həmin izahatda adları qeyd olunan şəxslər də Mustafayeva (Şahverdiyeva) Günay Mehman qızı tərəfindən ünvanlanmış şikayəti təsdiq edir və onunla eyni fikirdə olduqlarını qeyd edirlər. Həmin izahatı (Şahverdiyeva) Günay Mehman qızı, Məmmədova İmdadə Miryusif qızı, İsgəndərov Rəşad Sabir oğlu, İsgəndərova Zenfira Balabəy qızı öz şəxsi imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı təqdim edilmiş videogörüntülərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz şəxsi avtomobilinin qarşısında dayanmış avtomobilin sahibindən tələb edir ki, həmin şəxs öz avtomobilini ərazidən uzaqlaşdırsın. Bu zaman o, digər avtomobilin sürücüsü ilə yüksək səslə mübahisə edir və hadisə yerinə insanlar toplaşır, mübahisə nəticəsində digər şəxs öz avtomobilini oradan sürüb aparır, bundan sonra yenidən mübahisələr baş verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, şahid ifadələri və digər sübutlarla tam sübuta yetirilir. Beləliklə, birinci instansiya məhkəməsi toplanmış sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta törətməsində təqsirinin tam sübuta yetirilməsi və onun törətdiyi əməlin düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tövsif edilməsi, ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsinin inzibati tənbehin məqsədlərinə kifayət etməməsi və barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinə istinad etmiş olduğu dəlillər onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətindən yayınmağa cəhdi kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağıraşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qayda əleyhinə inzibati xətaları törətmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar