Məhkəmə qərarları › İş №3(3-6)-2320/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2320/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2320/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan ## ### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarix, saat 14:36-da idarə etdiyi “BYD Seal 05 Plug-in hibrid” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – həmin avtomobil) hərəkətini Bakı şəhəri, Niyazi küçəsi ilə İstiqlaliyyət küçəsinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmaqla davam etdirməsini və bu Məcəllənin müvafiq maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə bir il ərzində 20 və daha çox bal toplamasını müəyyən etməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbirini tətbiq edilməklə, nəqliyyat vasitəsini idarə etmək hüququnu 6 ay müddətə məhdudlaşdırmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun və səlahiyyətli orqanın qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, səlahiyyətli orqan iş üzrə onun törətdiyini iddia etdiyi inzibati xətaya dair foto və videogörüntüləri onun şəxsi kabinetinə 24 saat ərzində yerləşdirməmişdir. O, iş üzrə hərəkətdə olan digər nəqliyyat vasitəsi üçün qəza şəraiti yaratmadığına görə əməlində inzibati xəta tərkibi yoxdur. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 verdiyi izahatında iş materiallarına əlavə edilmiş, iş üzrə inzibati xəta hadisəsinin qeydə alındığı videogörüntü əsasında şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77.İ maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İXM-in: - 327.2-ci maddəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulmasına görə yüz manat məbləğində cərimə tətbiq edilir. - 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. İş materiallarına əlavə edilmiş, apellyasiya məhkəməsi iclasında da tədqiq edilmiş videogörüntüdə Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarix, saat 14:36-da həmin avtomobili Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi ilə İstiqlaliyyət küçələrinin kəsişdiyi yolayrıcında ikinci dərəcəli yolla idarə edərkən baş yolla yolayrıcına yaxınlaşan avtomobilə yol verməli olduğu halda, bu tələbə əməl etməməklə yolayırıcına daxil olması və digər nəqliyyat vasitəsinin qəfil tormozlamasına səbəb olması, beləliklə də, yolayrıcını keçmə qaydalarını pozması əks olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normalarına, iş materiallarına və xüsusilə də, ona əlavə edilmiş videogörüntüyə əsaslanaraq hesab edir ki, iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən edildiyinə görə səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslı, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar