Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2322/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin EQ seriyalı ******** nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin EQ seriyalı ******** saylı, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdı ki, ##.##.2026-ci il tarixində idarə etdiyi 77-UK- 889 dövlət qeydiyyat nişanlı avtomobili ilə, Cavadxan küçəsində əsas yol ilə bina həyətinin çıxışına yaxın məsafədə park etmişdir. Və onun bu parklanması heç bir nəqliyyat vasitəsinin girişinə nə də çıxışına maneə törətmirdi. Tərəfinə protokol nömrəsi EQ34087872 olan sms vasitəsi ilə cərimə olduğuna dair mesaj gəlmişdir. Onun dayandığı yerlə kəsişməyə olan məsafə təxminən 4-5 m civarindaydı. Normal AYNA nın parklanmaların nümunə alaraq orda saxlama qərarı almışdır. Yerdə heçbir xətləmə və ya nişan olmadan hansı səbəblərə görə onu cərimələdilər? IXM 346.5 maddəsi ilə cərimələmişlər və o o maddəni Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində tapa bilməmişdir. Əgər qanunvericilikdə 5 m məsafə saxlanilmalidir maddəsi var isə hansı səbəblərə görə bunu nişan vəya xətləmələrlə nizamlanmır? Bu birbaşa vətəndaşın təməl hüquqların pozuntusuna səbəb olur. Ayrıca AYNA-nın parklanma məsafəsində 5 m 346.5 maddəsi qanuna uyğun necə tənzimlənib. Çünki AYNA-nın parklanma siyasətində 5m qanununun tələblərinə riayət edilməyib. Bir vətəndaş olaraq o AYNA-nın iki yol ayrcının kəsişən hərəkət hissəsində 80 sm, 1m,1.2 m məsafələrlə (fotoşəkil əlavədə) xətlədiyini nəzərə alaraq o qayda qanuna əsasən park etmiş və buna baxmayaraq 2 bal və 40 manat cərimə olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin EQ seriyalı ******** saylı, ## ###### 2026-cı il tarixli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməsini xahiş etdiş Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Işin faktiki halları və hüquqi məsələlər: Inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə tənbeh edilməsi haqqında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin EQ seriyalı ******** saylı, ## ###### 2026-cı il tarixli il tarixli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməsinə baxmayaraq, onun təqsiri məhkəmə icraatı zamanı inzibati iş üzrə toplanmış mümkün sübutlarla və işə əlavə olunmuş fotoşəkillərlə tam təsdiq olunmuşdur. Belə ki, BDYPI tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixində, saat 17:32:30-da Cavadxan küçəsində “Chevrolet Equinox MINIK” markalı, **-UK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası IXM-nin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin olunmuşdur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinə göndərilmişdir. Iş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclası zamanı tərəfin iştirakı ilə baxış keçirən zaman müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Chevrolet Equinox MINIK” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən çox olan məsafədə saxlamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin IV bəndinin 6-cı bəndinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Birinci instansiya məhkəməsi mübahisə olunan məsələ üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları bir daha sadalamağa lüzum görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, qanunun tələblərinə istinad edilərək ətraflı şərh olunmaqla əsaslandırılmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Bununla da, verilmiş şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh verilməsi haqqında qərar Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə tərtib edilərək qəbul edilmişdir, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı isə şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136ci maddələrini rəhbər tutaraq Qərara alır: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2322/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2322/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver