Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2327/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə, Barəsində inzibati qaydada icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 15.225 ABŞ dolları məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və inzibati xətanın obyekti olan 76125.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında 15.225 ABŞ dolları məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar cəmiyyətə rəsmi qaydada təqdim edilməmişdir. Cəmiyyət qərarın mövcudluğundan yalnız # #### 2026-cı il tarixdə Elektron Məhkəmə portalında kabinet yaratdıqdan sonra həmin kabinetə daxil olduğu zaman xəbər tutmuşdur. Cəmiyyət beynəlxalq ticarətlə məşğuldur. Iş üzrə avans əməliyyatı vahid, sənədləşdirilmiş və başa çatdırılmış kommersiya zəncirinin bir hissəsidir. Cəmiyyət “Trade X ME LLC” (BƏƏ Dubay) ilə ## #### 2024-cü il tarixli ****-**** saylı alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə ilə müvafiq proforma-invoys əsasında Cəmiyyət 2024-cü ilin aprelində “xxxx” ASC-dəki hesabından təçhizatçının hesabına 76.125 ABŞ dolları avans köçürmüşdür. Avans MADICO INC ABŞ istehsalı olan qoruyucu şüşələmə plyonkalarına – “GG 1200 PS SR” və “CL-700-SRB PVB” markalı mallara görə ödənilmişdir. Cəmiyyət eyni malları “xxxx” MMC-yə ## ###### 2024-cü il tarixli ****-**** saylı müqavilə ilə ## #### 2024-cü il tarixli SVP **/**** saylı invoys əsasında, ümumi 49.342.000 RUB məbləğində satmışdır. Mallar real şəkildə mövcud olmuş və istehsalçı MADICO INC tərəfindən birbaşa alıcıya Rusiyaya göndərilmişdir. Bu Rusiya gömrük bəyannaməsi 10228020/270724/5092768 ilə təsdiqlənir. Mallar ## #### 2024-cü ildə gömrük tərəfindən buraxılmışdır. Bəyannamədə satıcı kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, alıcı kimi “xxxx” göstərilmişdir. “xxxx” MMC malın dəyərini tam ödəmiş və vəsait cəmiyyətin “xxxx” ASC-dəki hesabına daxil olmuşdur üç köçürmə ilə (##.##.2024, ##.##.2024, ##.##.2024), cəmi 49.342.000 RUB. Bu məbləğ satış invoysunun və gömrük dəyərinin məbləği ilə tam üst-üstə düşür. Beləliklə avans itməmiş, “boşa” xaricə çıxarılmamışdır. Qeyd olunanlara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*- ***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi inzibati icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati qaydada icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ##### 2024-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 76125.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti ## ##### 2024-cü il tarixdə “xxxx” ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür.. “xxxx” ASC tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, KB-***/*-****/**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 76125.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Inzibati xəta haqqında ## #### 2026-cı il tarixli, EP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 76125.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 76125.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ##### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ## ##### 2024-cü il tarixdə 76125.00 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 76125.00 ABŞ dolları pul vəsaiti hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə təqdim etməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Göründüyü kimi iş materiallarına əlavə edilmiş sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ## ##### 2024-cü il tarixdə 76125.00 ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və 2 (iki) il müddət ərzində 76125.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: -3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. -134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir. -135.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. -430.4-cü maddəsinə görə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 ## ###### 2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Şikayətin dəlillərində Cəmiyyətin “Trade X ME LLC” (BƏƏ Dubay) ilə bağladığı ## #### 2024-cü il tarixli ****-**** saylı alqı-satqı müqaviləsinə əsasən almış olduğu malları “xxxx” MMCyə satması əsas kimi göstərilsə də, qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini banka təqdim etmək və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və qabaqcadan ödənilmiş məbləğin geri qaytarılması öhdəliyi respublikadan kənara ödənişi edən hüquqi şəxsə məxsusdur və ödəniş müqabilində malların ölkəyə idxalını və ya ödənilmiş məbləğin geri qaytarılmasını o təmin etməlidir. Protokolu tərtib edən orqan haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci bəndinə əsasən Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir. Göründüyü kimi, “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları Azərbaycan Respublikası Mərkəzi Bankının nəzarət etdiyi bütün subyektlər, habelə digər şəxslər üçün məcburi xarakter daşıyır və şikayətdə qeyd edildiyi kimi, normativ xarakterli aktın məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən rəsmi sənəd olması hazırki hüquqi şəxsin də həmin subyektlər dairəsinə aid olması reallığını dəyişdirmir. Eyni zamanda, Azərbaycan Respublikası Mərkəzi X1 ## ###### 2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda müddət məhdudiyyəti 2 (iki) il olaraq qeyd edilmiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi inzibati məsuliyyəti yaradan ümumi əsasları müəyyən edir və Məcəllədə dəqiq müddət göstərilməməsi halı inzibati məsuliyyət yaranmaması üçün əsas sayıla bilməz. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC malın “xxxx” MMC-ə (Rusiya) çatdırılması ilə bağlı sənədlər təqdim etsə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “Trade X ME LLC” (BƏƏ Dubay) və “xxxx” MMC (Rusiya) arasında üç tərəfli müqavilə mövcud olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 76125.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% məbləğində, yəni 15.225 ABŞ dolları məbləğində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(006)-7924/2025saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2327/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2327/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver