Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2328/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-5286/2026 saylı, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC-nin) nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X3) 3(5-104)-5286/2026 saylı, ## #### 2026-cı il tarixli qərarı ilə, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44 ünvanında yerləşən (VÖEN **********) MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 84375.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 16.875 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Protokolu tərtib edən orqan MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə ## #### 2026cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən, MMC tərəfindən 84375.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 84375.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Həmin qərardan MMC-nin nümayəndəsi apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-5286/2026 saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar cəmiyyətə rəsmi qaydada təqdim edilməmiş, cəmiyyətin elektron poçtuna ya rəsmi ünvanına kağız daşıyıcıda göndərilməmişdir. Cəmiyyət qərarın mövcudluğundan yalnız # #### 2026-cı il tarixində Elektron Məhkəmə portalında kabinet yaratdıqdan sonra həmin kabinetə daxil olduğu zaman xəbər tutmuşdur. Cəmiyyət beynəlxalq ticarətlə məşğuldur. İş üzrə avans əməliyyatı vahid, sənədləşdirilmiş və başa çatdırılmış kommersiya zəncirinin bir hissəsidir. Cəmiyyət «TRADE X ME LLC» (BƏƏ, Dubay) ilə ## #### 2024-cü il tarixli ****-**** saylı alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqavilə və müvafiq proforma-invoys (P1TDX24000305) əsasında Cəmiyyət ## ##### 2024cü il tarixində “xxxx” ASC-dəki hesabından təchizatçının hesabına 84.375 ABŞ dolları avans köçürmüşdür. Avans MADİCO INC. (ABŞ) istehsalı olan qoruyucu şüşələmə plyonkalarına — «GG 1200 PS SR» və «CL-700-SRB PVB» markalı mallara görə ödənilmişdir. Cəmiyyət eyni malları «xxxx» MMC-yə (Rusiya) ## ###### 2024-cü il tarixli, ****-**** saylı müqavilə və ## #### 2024-cü il tarixli SVP **/**** saylı invoys əsasında, ümumi 49.342.000 rubl məbləğində satmışdır. Mallar real şəkildə mövcud olmuş və istehsalçı MADİCO INC. tərəfindən (Cəmiyyətin tapşırığı ilə) birbaşa alıcıya — Rusiyaya göndərilmişdir. Bu Rusiya gömrük bəyannaməsi No 10228020/270724/5092768 ilə təsdiqlənir: mallar ## #### 2024-cü ildə gömrük tərəfindən buraxılmışdır. Bəyannamədə satıcı kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, alıcı kimi «xxxx» göstərilmişdir. «xxxx» MMC malın dəyərini tam ödəmiş və vəsait Cəmiyyətin «xxxx» ASC-dəki hesabına daxil olmuşdur — üç köçürmə ilə (##.##.2024, ##.##.2024, ##.##.2024), cəmi 49.342.000 rubl bu məbləğ satış invoysunun və gömrük dəyərinin məbləği ilə tam üst-üstə düşür. Beləliklə, avans itməmiş, "boşa" xaricə çıxarılmamışdır. Real malın alınmasına yönəldilmiş, mallar mövcud olmuş, çatdırılmış və satılmış, satışdan əldə edilən valyuta vəsaiti isə Azərbaycana qaytarılmışdır. Söhbət qanuni beynəlxalq təkrar satış (merçantinq/re-eksport) əməliyyatından gedir. Mal bir xarici tərəfdən alınıb digər xarici tərəfə satılır və birbaşa göndərilir. Belə əməliyyatda Azərbaycan gömrük bəyannaməsinin təqdim edilməsi obyektiv olaraq mümkün deyil. X4 4.3.1.3-cü yarımbəndinin məqsədi avansın real qarşılığının olmasını təmin etməkdir; bu məqsəd malın faktiki təchizatı və gəlirin ölkəyə qaytarılması ilə əldə olunub. Normanın hərfi tətbiqi başa çatmış, gəliri ölkəyə qaytarılmış reeksport əməliyyatının cəzalandırılmasına gətirib çıxarır — bu, absurd nəticədir və normanın məqsədinə ziddir. Qərar yalnız Mərkəzi Bankın protokoluna və «xxxx» ASC-nin məktubuna əsaslanır. Məhkəmə işin əsas sübutlarını müqavilələri, invoysları, gömrük bəyannaməsini və valyutanın ölkəyə daxil olmasını təsdiq edən ödəniş sənədlərini tədqiq etməmişdir. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə şikayətin əsassız olduğunu, bu səbəbdən təmin edilməməsini xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələb İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni tənbeh etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Şikayətdə səsləndirilən dəlillərə görə avans itməmiş, "boşa" xaricə çıxarılmamış, real malın alınmasına yönəldilmiş, mallar mövcud olmuş, çatdırılmış və satılmış, satışdan əldə edilən valyuta vəsaiti isə Azərbaycana qaytarılmışdır. Şikayətçinin qeyd olunan dəlillərini iş materialları ilə yoxladıqda aşağıdakılar müəyyən olunur. “xxxx” ASC tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, KB-***/*-****/**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 84375.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə nəzərə alır ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol MMC tərəfindən məhz «TRADE X ME LLC» (BƏƏ, Dubay) ilə ## #### 2024-cü il tarixli ****-**** saylı alqı-satqı müqaviləsi üzrə köçürülmüş 84375.00 ABŞ dolları məbləğində avans ödənişinin geri qaytarılmaması, həmin ödənişə görə alınacaq malların idxal edilməməsi faktına görə tərtib edilmişdir. MMC-nin nümayəndəsinin təqdim etdiyi sənədlərin hazırki avans ödənişinə bağlılığı müəyyən edilməməklə, MMC ilə «xxxx» MMC (Rusiya) arasında bağlanılmış ## ###### 2024cü il tarixli, ****-**** saylı müqavilə və ## #### 2024-cü il tarixli SVP **/**** saylı invoys əsasında satılmış mallara görə ödənilmiş məbləğlər əks olunmuş, lakin, ## ##### 2024-cü il tarixində avans olaraq köçürülmüş vəsaitin geri qaytarılmasını təsdiq edən mötəbər sübutlar olmamışdır. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, MMC-in törətdiyi inzibati xətaya görə İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2328/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2328/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver