Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2329/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 539.1-1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, baş vermiş hadisə zərərçəkənin əmək funksiyalarının icrası ilə əlaqəli olmamışdır. Belə ki, hadisə baş verən yeri onun xidməti ərazisinə daxil olmamış və X7 hansı məqsədlə ora daxil olması da ona məlum olmamışdır. Baş vermiş hadisə Nəsimi rayon Prokurorluğunda araşdırılmış və cinayət işinin icraatına xitam verilməsinə dair qərar qəbul edilmiş, sonradan isə əldə etdiyi məlumata əsasən həmin qərar məhkəmə tərəfindən ləğv edilərək, istintaq hərəkətlərinin davam etdirilməsi prokurorluğa həvalə edilmişdir. Eyni zamanda hadisə səlahiyyətli orqanda araşdırılmış və təhqiqatın nəticələrinə dair akt tərtib edilmişdir. Adı çəkilən akt və digər sənədlər ona rəsmi qaydada ##.##.2026-cı il tarixində təqdim edilmişdir. ##.##.2025-ci il tarixində onun barəsində IXM-nin 555.1-ci maddəsi ilə inzibati qərar qəbul edilərək, 1000 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarla razılaşaraq, müəyyən olunmuş cəriməni ödəmişdir. Səlahiyyətli orqanın əməkdaşları təhqiqat aktının nəticələrinə uyğun olaraq, IZ formalı aktı tərtib etməyini tələb etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş IZ formalı aktı tərtib edərək, səlahiyyətli orqanın əməkdaşlarına təqdim etmişdir. Buna görə də hesab edir ki, iş üzrə həmin əməlində Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti mövcud deyildir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 verdiyi izahatında şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası IXM-in 539.1-1-ci maddəsində işçilərin sığorta olunmasının tənzimlənməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. Iş materiallarından görünür ki,: - səlahiyyətli orqanın ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin gözətçisi X7 ##.##.2025-ci il tarixdə olümü ilə nəticələnmiş istehsalatda bədbəxt hadisə ilə əlaqədar komissiya tərəfindən təsdiq olunmuş təhqiqat aktına uyğun olaraq IZ formalı aktın düzgün tərtib edilməsi ilə bağlı göndərilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli göstəriş məktubunda nəzərdə tutulmuş göstərişə əməl edilməmişdir. - MKIS-7 MMC barəsində olan ##.##.2025-ci il tarixli bədbəxt hadisə aktından görünür ki, ##.##.2025-ci il tarixdə saat 23:50 radələrində X7 Nəsimi rayonu, Mərdanov Qardaşları 39 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, təmir işləri görülən obyektə (xidməti ərazisinə aid olmayan) daxil olması və obyektin girişindən təxminən 30 metr məsafədə obyektin döşəməsi ilə binanın qarajı arasında boşluqdan (təxminən 5 metr hündürlükdən) qarajın beton səthli döşəməsinə yıxılması nəticəsində baş vermişdir. - X7 yıxıldığı yer Nəsimi rayonu, Mərdanov Qardaşları 39 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən və təmiri davam edən obyektdir. Zərərçəkən obyektin girişindən təxminən 30 metr məsafədə obyektin döşəməsi ilə binanın qarajı arasında boşluqdan, təxminən 5 metr hündürlükdən qarajın beton səthli döşəməsinə yıxılmış, nəticədə vəfat etmişdir. - “Respublika Təcili və X8 Mərkəzi” PHŞ-nin ##.##.2025-ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubunda ##.##.2025-ci il tarixdə saat 23:48-də Mərkəzin Çağrı Xidmətinə (103) Nəsimi rayonu, Mərdanov qardaşları 39 ünvanından Xeyrulla Kişiyevin adına “hündürlükdən yıxılıb” səbəbi ilə çağırış daxil olduğu, X11 (66 yaş) “Həkimə qədər ölüm” diaqnozu qoyulduğu və ilkin tibbi yardım göstərildiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon Qeydiyyat şöbəsinin təqdim etdiyi ##.##.2025-ci il tarixli AZ-II ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”də X7 ölümünün səbəbinin “Baş beynin diffuz travması” olduğu qeyd etmişdir. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tənbeh etmişdir. Həmçinin qeyd olunur ki, əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cərimə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətdə qeyd edilən hallar əsassızdır və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyildir. Bu baxımdan verilmiş apellyasiya şikayəti formal mülahizələrə əsaslanmaqla hüquqi şəxsin məsuliyyətdən yayınma cəhdinə xidmət edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2329/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2329/2026
04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver