Məhkəmə qərarları › İş №3(3-6)-2330/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2330/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2330/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli, İXP ******** saylı inzibati protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2026-ci il tarixdə təxmini saat 13-45 radələrində məyolvərəgəsiynən idarə etdiyi Chahgan **-PZ-*** dövlət nişanlı aftomobilnən X2 küçəsində Asan xidmətdən bayrag (Musabekovun heykəli) meydanı tərəfə qələndə 50 metirdən sonra sola dönmə yeri var,dönmək üçün diyanıb povorotniki yandirdi və gözlədi ki, aftomaşınlar keçib qurtarsın ki o da təhlükə olmadığına tam əmin olduqda dönmə əməliyyatı həyata keçirə. Yolda aftomaşınlar çox idi, Asan xidmətin dörd yolundan bayraq meydanın yanina kimi tıxaç idi.Bayrağ meydanından Asan xidmətə qələn yolda 2 hərəkət zolaxı olmasına baxmayarag 3 sira düzülüb avtomaşınlar hərəkət edirdilər. O. Yenə də gözlədi və 3 sirada olan avtomaşınlar onun gabağında saxladılar və işıq və əlləriylə işarə elədilər ki, yol veririk sur kec. O, 3 maşına tam əmin olannan sonra ki, dəyanıb ona yol verillər dönməyə başladı. Dönüb həyətə qirən an hardansa nömrəsiz rnotosiklet onun avtomaşınımını böyürdən vırdı. O, avtomaşından düşəndə bildirdi ki, prava və sənədləri yoxdur. O, məcbur olub 102 yıxdım. DYPİ iscisi qəlibhec motocikletınən maraqlanmadi halbuku onun motoru 50 kubdan çoxdu, onun sənədlərini istədi, telefon vasitəsi ilə şəkilləri çəkdi və dedi ki sabah gelersiz idarəyə. ##.##.2026-ci il tarixdə ona 327.1 maddəsi ilə protokol yazılmışdır. Onun günahı yoxdur. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət vermə müddəti buraxıldığından, inzibati xəta haqqında material birinci instansiya məhkəməsinə qaytarılmalı və şikayət verən şəxsə mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati işin materiallarından və apellyasiya şikayətindən görünür ki, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı ## #### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında şikayət ## #### 2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə elektron məhkəmə sisteminə yüklənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından şikayət 10 günlük müddət ötürülməklə, yəni ## #### 2026cı il tarixdə verildiyindən və müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı üzrə toplanmış material birinci instansiya məhkəməsinə qaytarılmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirilən qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məqsədi ilə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, və 133-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyindən, inzibati xəta haqqında material həmin məhkəməyə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) buraxılmış prosessual müddətin bərpası barədə ərizə (vəsatət) ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar