Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2331/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X4 şikayətinin təmin edilərək Bakı şəhər BPI X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair ## #### 2026-cı il tarixli qərarından Bakı şəhər BPI X1 Idarəsi rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhər BPI X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 ##.##.2026-cı il tarixdə saat 16.24-də Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 78 ünvanında Changan Uni-Z PLUG-IN Hibrid minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər BPI X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında idarə etdiyi ** VH *** dövlət qeydiyyat nişanlı Changan Uni-Z markalı nəqliyyat vasitəsinin yolayrıcı keçmə qaydalarının pozulması əsası ilə BDYPI R X3 tərəfindən saxlanılmış və IXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. ##.##.2026-cı il tarixində qərar qüvvəyə minmişdir. Etdiyi şikayətlər nəticəsiz qalmış, ##.##.2026-cı tarixində BDYPI-yə yaxınlaşmış və iş icraçısı R Vüsal Nağıyev ilə birgə TŞ kameralarına baxış keçirmişdir. Video görüntülərdə də açıq aşkar heç bir qayda pozuntusunun olmadığı aydınlaşdı. Lakin barəsində tərtib edilən cərimə ləğv edilməlidir. Avtomobilinin videoregistratorda da görüntülər mövcuddur. Ona görə də ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhər BPI X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı protokol əsasında qəbul edilmiş qərarı ləğv edilmiş və başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli sözügedən qərarından Bakı şəhər BPI X1 Idarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətində qeyd edilmişdir ki, Inzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş, inzibati xəta hadisəsi və şəxsin məsuliyyət məsələsi iş materialları əsasında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən təqdim edilmiş sübutlara tam və obyektiv qiymət verməmişdir. Belə ki, inzibati xətalar haqqında işlər üzrə sübutlar yalnız protokol və izahatlarla deyil, həmçinin xüsusi texniki vasitələrin göstəriciləri, video görüntülər və digər materiallarla müəyyən edilə bilər. Məhkəmə tərəfindən təqdim edilmiş görüntüyə qiymət verilərkən hadisənin bütün halları, nəqliyyat vasitəsinin hərəkət trayektoriyası, yol nişanları, yol hərəkəti iştirakçılarının vəziyyəti və yolayrıcının keçilməsi qaydaları tam araşdırılmamışdır. Məhkəmənin “inzibati xəta hadisəsinin baş vermədiyi” qənaəti iş materialları ilə təsdiq olunmur. Əksinə, inzibati xəta haqqında protokol, qərar və digər materiallar şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsasların olduğunu göstərir. Həmçinin qeyd edilməlidir ki, inzibati xəta haqqında işlər üzrə vəzifəli şəxsin qəbul etdiyi qərarın qanuniliyi prezumpsiyası mövcuddur və həmin qərarın ləğvi üçün onun əsassızlığını təsdiq edən mötəbər sübutlar olmalıdır. Məhkəmə tərəfindən isə yalnız barəsində qərar çıxarılmış X4 izahatına üstünlük verilmiş, inzibati xəta haqqında protokolun və onu təsdiq edən materialların hüquqi qiymətləndirilməsi tam aparılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X2 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, ##.##.2026-cı il tarixdə saat 16.24-də Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 78 ünvanında Changan Uni-Z PLUG-IN Hibrid minik markalı ** VH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcı keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin ; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Birinci instansiya məhkəməsi X4 təqsirinin Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsini, onun təqsirli olmasının müəyyən edilməməsini, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməməsini nəzərə alaraq iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Digər tərəfdən məhkəmə nəzərə alır ki, inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, inzibati orqanın apellyasiya instansiya məhkəməsinin məhkəmə prosesində iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutlar olduqda onları məhkəməyə təqdim etmək imkanı olmuşdur lakin inzibati orqanın nümayəndəsi məhkəməyə sübutları təqdim edə bilməmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X4 şikayətinin təmin edilərək Bakı şəhər BPI X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı protokol əsasında qəbul edilmiş qərarının ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2331/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2331/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver