Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2332/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, X2 Oruc qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə İnzibati xəta haqqında iş üzrə barəsində tərtib edilmiş IXP ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətin geri qaytarılmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta haqqında iş üzrə şikayətlə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş IXP ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyətii üzrə baxılması üçün birinci intansiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya onun müdafiəçisi inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. İş materiallarından görünür ki, hazırki iş üzrə barəsində şikayət verilmiş inzibati xəta haqqında iş üzrə qərarın surəti iş materiallarına əlavə edilməmişdir, məhkəməyə göndərilməmişdir. Belə olan halda isə şikayət verənin qeyd etdiyi qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qərarın surətinin alınması üçün şikayət verənin özünün səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etməsi, lakin qərarın surətinin ona verilməməsi barədə iş materiallarına heç bir sübut da əlavə edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. İnzibati xəta haqqında iş üzrə barəsində tərtib edilmiş IXP ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayətin geri qaytarılmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2332/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2332/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver