Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2333/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və Azərbaycan Republikası DİN-in Bakı şəhəri BPİ-nin X1 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Republikası DİN-in Bakı şəhəri BPİ-nin X1 İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli qərar ilə onun barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün inzibati orqana göndərilmişdir. Məhkəmə qərarında videogörüntülər əsasında inzibati xətanın baş verib-vermədiyini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Lakin inzibati orqan məhkəmənin əlavə araşdırma aparmadan yeni sübutlar əldə etmədən, məhkəmənin iradına hüquqi qiymət vermədən yenidən eyni məzmunlu qərar qəbul etmişdir. Beləliklə, inzibati orqan faktiki olaraq məhkəmə qərarını nəzərə almamış, videogörüntülərin inzibati xəta faktını təsdiq etməsini əsaslandırmamışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhər BPİ-nin DYPİ-nin tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhər BPİ X1 İdarəsinin inzibati protokolu əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Bakı şəhəri BPİ-nin X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Republikası DİN Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPŞ tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə, saat 08:00-da “Nissan Sentra” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən ## #### 2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə sürücü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, qərarda istinad edilən törədilməsi ehtimal olunan inzibati xətanın törədildiyi tarixdə, yəni ## ##### 2026-cı il, saat 08:00-da Qərardan şikayət verən orqan (şəxs) “Nissan Sentra” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “X3” Azərbaycan Respublikası Qanunun hər hansı müddəasının pozulması faktı sübütlarla öz təsdiqini tapmadığından onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi İbayev Ramin Məhəmməd oğlu tərəfindən ## #### 2026-cı il tarixli TP seriyalı ******* saylı qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi mümükün olmadığı bildirilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar ləğv edilməli və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. İş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxsin izahatlarını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək, protokolu tərtib etmiş orqan tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış, qanuni və əsaslı olaraq, Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərarı ləğv etmiş və əməldə inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam vermişdir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2333/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2333/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver