Məhkəmə qərarları › İş №3(3-6)-2334/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2334/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2334/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X5) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və özünün ## ### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Səlahiyyətli orqan şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin inzibati xəta hadisəsini özündə əks etdirən videogörüntü əsasında müvafiq ekspertiza təyin etmədən və rəyin alınmasını təmin etmədən müvafiq nəticəyə gəlməsi qanunsuz olmuşdur. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 şikayətin məzmununa uyğun çıxış edib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi gəldiyi müvafiq nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan videogörüntü əsasında müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “X1 minik” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil orta hərəkət zolağından sağ kənar hərəkət zolağına manevr qaydalarına əməl edib keçid edərkən ona sağ kənar hərəkət zolağı ilə ani sürətlənmə ilə hərəkət edən digər nəqliyyat vasitəsi qanunvericiliyin tələblərinə zidd olaraq sağ tərəfdən ötmə manevri edərək çırpılmış və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İXM-in: - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarətdir. - 75.0.1 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, hakimin inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs və onun təqsiri barədə düzgün daxili inamının formalaşması üçün işin bütün hallarının, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərin tam, hərtərəfli və obyektiv qaydada araşdırılması zəruridir. Azərbaycan Respublikası İXM-in 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilir. Hazırki işə qanununun analogiyası üzrə tətbiq edilən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 264.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 264.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, səlahiyyətli orqanın və ya hakimin iş materiallarında olan videogörüntüləri tədqiq edib, xüsusi bilik tələb edən hallarla bağlı nəticəyə gəlməsi ekspert tədqiqatını və rəyini əvəz edə bilməz. Bu səbəbdən iş üzrə səlahiyyətli orqanın və birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) hadisənin baş verməsində müvafiq olaraq təqsirli olması və olmamasını işin xüsusi bilik tələb edən hallarını hadisə zamanı qeydə alınmasına görə hadisənin baş vermə mexanizmini özündə obyektiv şəkildə əks etdirən videogörüntülər əsasında tam, hərtərəfli və obyektiv şəkildə müəyyən etmək məqsədilə yol-nəqliyyat hadisəsi ekspertizasını təyin etmədən və müvafiq ekspert rəyini almadan etmələri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Bu hallar iş üzrə səlahiyyətli orqan və birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası İXM-in 76, 80 və 82-ci maddələrinin tələblərinə əməl etməməsi ilə nəticələnmişdir. Buna görə də birinci instansiya məhkəməsinin yekun olaraq qəbul etdiyi qərar qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in: - 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin xüsusi bilik tələb edən halların düzgün müəyyən edilməsi məqsədilə yol-nəqliyyat hadisəsi ekspertizasını təyin etməməsi və müvafiq ekspert rəyinin alınmasını təmin etməməsi, beləliklə, gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması qəbul etdiyi yekun qərarın ləğv edilməsi üçün əsasdır. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət qismən təmin edilməli, iş üzrə hadisənin qeydə alınması səbəbindən baş vermə mexanizmini özündə obyektiv şəkildə əks etdirən, səlahiyyətli orqanın təqdim etdiyi videogörüntülər əsasında yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməklə və digər zəruri hərəkətlər icra edilməklə, işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmasının təmin edilməsi məqsədilə səlahiyyətli orqanın verdiyi şikayət qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-nin 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ## ### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət üzrə toplanmış inzibati xəta haqqında icraat materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar