Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2336/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ## ######## 1973-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokola və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 23.200 (iyirmi üç min iki yüz) manat pul, ödənilmiş 300 manat ekspertiza xərcinin 120 (yüz iyirmi) manat hissəsi və ödənilmiş 256 manat dövlət rüsumunun 159 (yüz əlli doqquz) manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhəri Yasamal Rayon Icra şöbəsinin icra məmuru X1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə bərəsində təqsirli bilinərək məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Işin hallarından da aydın görünür ki, borclunun qətnaməni könüllü icra etmək niyyəti yoxdur. Qüvvəyə minmiş yekun məhkəmə aktının olmasına baxmayaraq borclu bu müddət ərzində qətnamənin icrasını həyata keçirməmişdir. Müxtəlif bəhanələrlə icradan yayınır. Bu səbəblə də çıxarılmış qərarı tamamilə əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin hazırda tələbkara olan mövcud borcundan 400 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin borclu tərəfindən hazırda ona təklif edilən 400 manat məbləğində pulu götürməkdən imtina etdiyi bildirmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 23.200 (iyirmi üç min iki yüz) manat pul, ödənilmiş 300 manat ekspertiza xərcinin 120 (yüz iyirmi) manat hissəsi və ödənilmiş 256 manat dövlət rüsumunun 159 (yüz əlli doqquz) manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Iş materiallarına əlavə edilmiş “Icraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır. Iş materiallarına əlavə edilmiş “Tələbin könüllü icrası haqqında” ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, bildiriş borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli **** nömrəli qəbzdən (terminal nömrəsi: K0100230, əməliyyat nömrəsi: 1571482643) görünür ki, X4 hesabına 1000 (bir min) manat məbləğində vəsait köçürülmüşdür. Iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəməyə ünvanlanmış ## #### 2026-cı il tarixli ərizədən görünür ki, borclu olduğu iş üzrə aylıq 800-1000 arası ödəniş edə biləcəkdir. Icra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: -63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; -63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; -63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən iIcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, icra məmuru tərəfindən ##.##.2025-ci il tarixdə icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildirişi qəbul etmişdir. Məhkəmə iclası zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1000 (bir min) manat məbləğində ödəniş həyata keçirmiş və borclu olduğu iş üzrə aylıq 800-1000 arası ödəniş edə biləcəyində dair məhkəməyə ərizə ünvanlayaraq yazılı təminat vermişdir. Bununla da, məhkəmə iclasında borclunun icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq boyun qaçırması müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Bundan başqa məhkəmə hesab edir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulu ödəməkdən qərəzli olaraq yayınmır. Belə ki, apellyasiya məhkəməsində keçirilmiş iclasda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs olan borcundan 400 manat məbləğində ödəniş etməyi təklif etmiş lakin tələbkar bununla razılaşmamış və həmin məbləğdə pulu götürməkdən imtina etmişdir. Odur ki, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına əməldə inzibati xəta tərkibi olmadığından xitam vermişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxsnın şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsnın barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2336/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2336/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver