Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2339/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Bakı şəhər Baş Polis Idarəsi X2 Idarəsi nümayəndəsi X3 iştirakları ilə, X8 şikayətinin qismən təmin edilərək Bakı şəhər DYPI tərəfindən IXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin baxılması üçün həmin quruma göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Bakı şəhər BPI X2 Idarəsi rəisi Rəşid Piriyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən törədilən inzibati xətalara görə şikayətçiyə hesablanmış cərimə ballarının adından silinməsi, sürücülük hüququnun məhdudlaşdırılmasına dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X2 Idarəsinin ##.##.2026-cı il tarixli IXP******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi və sürücülük hüququnun bərpası barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "Hyundai Santa-fe" markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X15 mülkiyyətindədir. Şikayətçi ##.##.2026-cı il tarixdə etibarnamə əsasında nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhər DYPI Müşayiət-Eskort bölüyü YPX inspektoru R X4 tərəfindən qayda pozuntusuna görə saxlanılmış, sürücülük vəsiqəsində 17 bal olduğu bildirilmiş, idarə etdiyi "Hyundai Santa-fe" markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə dayanacağına aparılmış və ##.##.2026-cı il tarixində sürücülük vəsiqəsinə məhdudiyyət qoyulması barədə məlumat almışdır. Səbəbi araşdırıldıqda məlum oldu ki, Hyundai Santa-fe" markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X15 idarəçiliyində olarkən yazılan cərimələr əsasında toplanan ballar da etibarnamənin şikayətçinin adına olması səbəbindən sürücülük vəsiqəsinə yazılmışdır. Həmin vaxta qədər nə şikayətçinin, nə də atasıın cərimə ballarının kimə yazılması barədə xəbəri olmamışdır. Adına olan etibarnamə 2024-cü ildə tərtib edilməsinə baxmayaraq nəqliyyat vasitəsi 2025-ci ilin sonlarından şikayətçinin istifadəsində olmuş, həmin dövrədək bütün cərimələr atası X9 tətbiq edilməli olduğu halda sırf etibarnamənin adına olmasına görə şikayətçinin vəsiqəsinə yazılmışdır. Aşağıda təqdim edəcəyim sübutlar və faktlar əsasında bu bir daha öz təsdiqini tapacaqdır. X5 Xətai rayonundakı *** saylı məktəbin direktorudur, eyni zamanda aktiv ictimai fəaliyyətlə məşğul olur. Eyni zamanda Qərbi Azərbaycan Icmasının Idarə Heyətinin üzvü, Zəngibasar rayon icmasının sədri olaraq verilən tapşırıqların icrası ilə əlaqədar Bakı şəhəri və regionlarda təşkil edilən tədbirlərdə iştirak etmişdir. Tədbirlər grafikinin sıx olması ilə əlaqədar bəzən təcili olması səbəbindən nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan inzibati xətalar törətmişdir. Qeyd edilən tədbirlər əsasən yay dövrünü əhatə etmiş, cərimələrin də əksəriyyəti yay mövsümündə regionlarda olarkən qeydə alınmışdır. Atasıın iştirak etdiyi bütün tədbirlər dövlət və region əhəmiyyətli olduğundan tədbirlərin hamısı tarixi ilə ictimailəşdirilmiş, iştirak etdiyi rayonların icra hakimiyyətlərinin rəsmi saytlarında, xəbərlərdə öz əksini tapmışdır. Təkcə bu faktların özü təsdiq edir ki, cərimə qeydə alınan zaman X5 qeyd edilən rayonda olduğundan sükan arxasında özü olmuşdur, şikayətçi isə həmin vaxt ərazi olaraq əsasən Bakı şəhərində iş yerində olmuşdur. Atasıın istifadəsində olan **********, ********** nömrələrin anten məlumatları götürülərsə, cərimələrin tərtib edildiyi tarixdə və saatda məhz X5nin şəxsən həmin lokasiyada olduğu bir daha təsdiq ediləcəkdir. ##.##.2025-ci il tarixlərdə tətbiq edilən EQ ******** saylı IXP tərtib edilərkən "Qərbi Azərbaycan irsi" kitabının təqdimatı ilə əlaqədar atası nəqliyyat vasitəsi ilə Tovuz, Gəncə istiqamətində olmuşdur. ##.##.2025-ci ildə Gəncə şəhərində YAP Gəncə şəhər təşkilatının inzibati binasında "Qərbi Azərbaycan irsi" kitabının 1 cildinin təqdimat mərasimində iştirak və çıxış etmişdir. ##.##.2025-ci il tarixlərdə tədbirin davamı olaraq hərəkətdə olarkən EQ ******** saylı IXP tərtib edilərkən atası "Qərbi Azərbaycan irsi" kitabının təqdimatı ilə əlaqədar tapşırıqların icrası ilə bağlı nəqliyyat vasitəsi ilə Balakən, Xocalı və digər rayonlarda olarkən nəqliyyat vasitəsi məhz atasının idarəçiliyində olmuş, lakin cərimə balı etibarnamə səbəbindən şikayətçinin (yəni, X10) vəsiqəsinə yazılmışdır. ##.##.2025-ci il tarixdə X5 Kürdəmir rayon Icra Hakimiyyətində Qərbi Azərbaycan Icması ilə birgə "Qərbi Azərbaycan Irsi" kitabının İ cildinin təqdimatında iştirak və çıxış etmişdir. X5 ## #### 2025-ci il tarixində yol vağzalı meydanında DYP əməkdaşları tərəfindən şəxsən saxlanılaraq barəsində ## #### 2025-ci il tarixli IXP ******* saylı cərimə qeydə alınmış, lakin bu cərimə balı da şikayətçinin sürücülük vəsiqəsinə yazılmışdır (Həmin tarixdə Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas binasında "Mirasa sahiblik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu" adlı forumda iştirak etmək məqsədilə yaxın ərazidə atası ehtiyatsızlıqdan qayda pozuntusuna yol vermişdir. ##.##.2025-ci il tarixdə yazılan EQ 31849242 və EQ ******** saylı protokollar tərtib edilərkən X5 məktəbimizin məzunu şəhid X6 şəhadətinin 5-ci ildönümü ilə əlaqədar müəllim kollektivi ilə birgə Quzanlı qəsəbəsində keçirilən tədbirdə iştirak etmişdir (atasının facebook səhifəsində geniş təqdimat, əlavə edir). Protokolların tərtib edildiyi vaxt qeydə alınan kamera görüntüləri, telefon anten məlumatları mətbuat saytlarında və icra hakimiyyətlərinin rəsmi səhifələrində işıqlandırılan tədbirlər barədə məlumatlarda və şikayətçinin müəyyən günlərdə Bakı şəhərində iş yerimdə olduğu bir daha təsdiq edir ki, ##.##.2025-ci il tarixli, EQ ******** saylı, ##.##.2025-ci il tarixlərdə qeydə alınan EQ 29290323 və EQ ******** saylı, ## #### 2025-ci il tarixində IXP ******* saylı və ##.##.2025-ci il tarixlərdə yazılan EQ 31849242 və EQ ******** saylı protokollar tərtib edilərkən nəqliyyat vasitəsi X5nin olmuşdur. Barəsində tərtib edilmiş sürücülük hüququnun məhdudlaşdırılması edildiyi barədə qanunsuz qərar göndərilmədiyindən, həmin qərarı əldə edə bilməmişdir. Yalnız Bakı şəhər Baş Polis Idarəsinin X2 Idarəsinə vəkili tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş sorğu əsasında ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Şikayətçi barəsində tərtib edilmiş qanunsuz ##.##.2026-cı il tarixli IXP ******* saylı protokoldan və həmin protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardan şikayətçidir. Kamera və foto görüntülərindən açıq aydın görmək olar ki, məhz şikayətçinin sükan arxasında oturduğu müəyyən edilmir, ona görə də, şikayətçiyə qarşı qərəzli olaraq, eyni zamanda qeyri-obyektiv formada cərimələnməyi düzgün deyil, çünki avtomobili həmin an, şikayətçi idarə etməmiş, həmin an avtomobili X5 idarə etmişdir. “Hyundai Santa-fe" markalı 90- GL-726 dövlət qeydiyyat nişanlı avtomobil atası X15 idarəçiliyində olarkən yazılan cərimələr əsasında toplanan ballar da etibarnamənin şikayətçinin adına olması səbəbindən sürücülük vəsiqəsinə yazılmışdır. Həmin etibarnamənin surəti iş materiallarına əlavə edilir. X5 məhkəmə iclasında gəlib bunu özü şəxsən təsdiq edə bilər. Beləliklə, göründüyü kimi, belə bir halda şikayətçinin heç bir günahı yoxdur və belə bir vəziyyətdə şikayətçinin sürücülük hüququnun məhdudlaşdırılması düzgün deyil. Hesab edir ki, şikayətçinin barəsində sürücülük hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhər X2 Idarəsinin ##.##.2026- cı il tarixli IXP******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş ##.##.2026- cı il tarixli qərar ləğv edilməli və əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X2 Idarəsinə ünvanladığı Bakı şəhər Baş Polis Idarəsinin X2 Idarəsinə vəkilim tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş sorğu əsasında ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Şikayətçi barəsində Bakı şəhər DYPI Müşayiət-Eskort bölüyü YPX inspektoru R X4 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli IXP ******* saylı protokolda inzibati xətanın törədildiyi yer barədə məlumat qeyd edilməmişdir. Eyni zamanda həmin protokol əsasında həmin qanunsuz protokol əsasında qəbul edilmiş sürücülük hüququnun məhdudlaşdırılması barədə ##.##.2026-cı il tarixli qərarda qərarın nömrəsi, tənbehin növü qeyd edilməmiş, natamam qərar qəbul edilmişdir. Göründüyü kimi Bakı şəhər DYPI-nin əməkdaşı IXM-nin müvafiq maddələrini kobud surətdə pozmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhər DYPI tərəfindən IXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli sözügedən qərarından Bakı şəhər BPI X2 Idarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X2 Idarəsinin nümayəndəsi X3 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qərardan görünür ki, Bakı şəhər DYPI tərəfindən IXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 19:05-də “X1” minik markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulması və bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması əsas gətirilərək sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin ; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Birinci instansiya məhkəməsi X8 təqsirinin Inzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməməsini, onun təqsirli olmasının müəyyən edilməməsini, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqanın isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməməsini nəzərə alaraq Bakı şəhər DYPI tərəfindən IXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və iş baxılması üçün həmin quruma göndərməkləhaqlı olmuşdur. Digər tərəfdən məhkəmə nəzərə alır ki, inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, inzibati orqanın apellyasiya instansiya məhkəməsinin məhkəmə prosesində iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutlar olduqda onları məhkəməyə təqdim etmək imkanı olmuşdur lakin inzibati orqanın nümayəndəsi məhkəməyə sübutları təqdim edə bilməmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. X8 şikayətinin qismən təmin edilərək Bakı şəhər DYPI tərəfindən IXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş baxılması üçün həmin quruma göndərilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2339/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2339/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver