Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2340/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi həmin tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın həmin qərarından Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verib, onun ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim X2) 16 iyun 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi, səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi həmin tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və ## ### 2026cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi həmin tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, tərəflərin izahatları: Səlahiyyətli orqan şikayətini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 15:33-də “KİA Sportage minik” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilini (bundan sonra – həmin avtomobil) Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağında idarə etmişdir. Bu fakt texniki vasitə ilə qeydə alınmış videogörüntü ilə sübut edilir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 orqanın şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) həmin avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağına doğru qırıq xətt (1.11 nişanlanma xətti) deyil, bütöv xətt üzərindən hərəkət etdirib, həmin zolaqda idarə etməkdə davam etdirməsi özünün hazırki məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, iş materiallarına əlavə edilmiş videogörüntü ilə sübut edilir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında göstərmişdir ki, iş üzrə həmin avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağına doğru qırıq xətt deyil, bütöv xətt üzərindən hərəkət etdirsə də, sonra qarşıda, həmin zolağın sağ kənarındakı parklanma yerində saxladığına, beləliklə də, nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağında idarə etməkdə davam etmədiyinə görə əməlində Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti mövcud deyildir. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, səlahiyyətli orqanın verdiyi şikayətin dəlilində göstərilmiş məzmunda inzibati xəta törətmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan videgörüntünü məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edərkən müəyyən etmişdir ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) həmin avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələri üçün ayrılmış hərəkət zolağına doğru bütöv xətt üzərindən hərəkət etdirib, həmin zolaqda sağ kənarındakı parklanma yerinə qədər müəyyən məsafədə idarə etmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilmiş inzibati xətanı törətməsi özünün hazırki məhkəmə iclasında verdiyi izahatı ilə yanaşı, iş materiallarına əlavə edilmiş videogörüntü ilə tam sübut edilir. Birinci instansiya məhkəməsinin bu sübutları nəzərə almaması işin faktiki hallarını düzgün müəyyən etməməsi və iş üzrə düzgün olmayan nəticəyə gəlməsinə səbəb olmuşdur. Beləliklə, iş üzrə səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni və əsaslı, sonuncunun verdiyi ilkin şikayət əsassız, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar isə qanunsuz və əsassızıdır. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs)nın verdiyi ilkin şikayət təmin edilməməli, səlahiyyətli orqanın ## ### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.2, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ## ### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul etdiyi inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2340/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2340/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver