Məhkəmə qərarları › İş №3(3-6)-2341/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2341/2026

04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2341/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) verdiyi şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta hqqında iş üzrə icraata xitam verilmişdir. ## #### 2026-cı il tarixdə, səlahiyyətli orqan həmin qərardan şikayət verib, onun ləğv edilməsini və səlahiyyətli orqanın ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. - 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Göstərilən qanunvericilik normalarından aydın olur ki, iş üzrə səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikası İXM-in “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə daxil olan 327.2-ci maddəsi ilə tərtib edildiyinə, bu səbəbdən göstərilən məhkəmə qərarından şikayət vermə müddəti həmin Məcəllənin 126.1-ci maddəsi ilə tənzimlənməli olduğuna görə səlahiyyətli orqan ondan rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində şikayət verə bilərdi. Azərbaycan Respublikası İXM-in 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilib-edilməməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin verdiyi şikayətə baxılmadan material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar