Məhkəmə qərarları › İş №3(3-6)-2343/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2343/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2343/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 iştirakları ilə, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublıkasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilməsi, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 1.000 (bir min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və vəzifəli şəxs olaraq ona təyin edilmiş cərimə məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeyd hissəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab olunurlar. Göründüyü kimi adı çəkilən maddənin qeyd hissəsi onu ehtiva edir ki, onun *(*-**)-****/**** saylı inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb edilməyi üçün əsas - təşkilati-sərəncamverici və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirməyi olmalıdır. Halbuki məhkəmə, qeyd edilən inzibati xəta haqqında iş üzrə ona istinad edilən vəzifələr üzrə həmin dövrdə vəzifəli şəxs olaraq səlahiyyətli, eləcə də sərəncamverici səlahiyyətinin olub-olmadığını müəyyən etmək üçün xidmət etdiyi orqana hər hansı bir sorğu ünvanlamadan və araşdırmadan inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş ## ### 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən, vətəndaş X6 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətindən *-**-*/*-*****/**** nömrəli ## #### 2026-cı il tarixli məktubda sənədlərin 7 (yeddi) iş günü ərzində sənədlərin tam və düzgün təqdim edilməsi tələb edilsə də, tələb olunan sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 göndərilmiş **-*/*-*****/**** nömrəli, 16 martr 2026-cı il tarixli məktubdan görünür ki, vətəndaş X6 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciəti əsasında sonuncudan 7 (yeddi) iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilmişdir. Qeyd olunan məktub barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər Idarəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ünvanlanmış 3-17-5/2 *****/**** saylı, ## ### 2026-cı il tarixli məktubdan görünür ki, vətəndaş X6 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X5 Xidmətinin Bakı şəhər Idarəsində baxılır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlarla əlaqədar X4 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 (yeddi) iş günü ərzində X5 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsilə əlaqədar ## ##### 2026-cı il tarixli, 3-17-5/2 *****/**** nömrəli sorğu məktubu göndərilmiş, lakin sonuncu tərəfindən bugünə qədər tələb olunan sənədlər araşdırmaya təqdim edilməmişdir. Bu səbəbdən Inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə ## ### 2026-ci il tarixdə saat 14:30-da Xidmətin Bakı şəhər Idarəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. Qeyd olunan məktub barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 elektron kabinetinə yerləşdirilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 X5 Xidmətinə ünvanladığı ## ### 2026-cı il tarixli, **/** nömrəli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubuna cavab olaraq bildirilib ki, X6 tutduğu aşpaz vəzifəsi Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ###### 2026-cı il tarixli “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 quruluşunda təşkilati-ştat tədbirlərinin aparılması və ştatının yenidən dərc edilməsi haqqında” əmrinə əsasən ixtisara düşmüşdür. Bildirilmişdir ki, ştatların ixtisarı zamanı ƏM-in 78-ci maddəsinə müvafiq olaraq işdə saxlanmağa üstünlüyü olan işçilər nəzərə alınacaqdır. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 X5 Xidmətinə ünvanladığı ## ##### 2026-cı il tarixli, **/** nömrəli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubuna cavab olaraq bildirilib ki, X6 tutduğu aşpaz vəzifəsi Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ## ###### 2026-cı il tarixli “barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 quruluşunda təşkilati-ştat tədbirlərinin aparılması və ştatının yenidən dərc edilməsi haqqında” əmrinə əsasən ixtisara düşmüşdür. Məktubda həmçinin qeyd edilmişdir ki, X6 razılığı ilə mövsüm zamanı işlə təmin ediləcəyi bildirilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli N nömrəli hərbi hissəyə aid reyestrdən görünür ki, **/** nömrəli məktub zərf vasitəsilə aidiyyəti üzrə-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinə göndərilmişdir. Reyestrdə ümumilikdə 4 (dörd) zərfin göndərildiyi və sənədin qəbul edildiyi qeyd olunmuşdur. Reyestrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və N saylı Hərbi hissənin zərflər üçün möhürü vurulmuşdur. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli N nömrəli hərbi hissəyə aid reyestrdən görünür ki, **/** nömrəli məktub zərf vasitəsilə aidiyyəti üzrə-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinə göndərilmişdir. Reyestrdə ümumilikdə 4 (dörd) zərfin göndərildiyi və sənədin qəbul edildiyi qeyd olunmuşdur. Reyestrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 və N saylı Hərbi hissənin zərflər üçün möhürü vurulmuşdur. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli reyestrdən görünür ki, reyestrdə sənədin qəbul olunması barədə müvafiq qeyd aparılmışdır. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab etmişdir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. Işə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Apellyator vəzifəli şəxs olmamasını əsas gətirərək inzibati məsuliyyətdən azad edilməsini istəmişdir. Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, apellyator hüquqi şəxsin direktoru olduğu üçün Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin təsiri altına düşür. Belə ki, direktor, yəni hüquqi şəxsin rəhbəri təşkilati-sərəncamverici səlahiyyətlərə malikdir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs və onun vəzifəli şəxsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qanuni tələbi ilə tələb edilmiş məlumat və sənədləri müəyyən edilmiş müddətdə təqdim etmədiklərindən onların əməllərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkibi tam təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar