Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2344/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, ##.##.1986-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməkklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs” MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində göstərilən həddə inzibati həbs tənbeh tədbiri tədbiq edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)-**/**** saylı icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı “Zərərçəkmiş şəxs” MMC-yə 68750 manat pul borcu ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh barəsində olan icra sənədi İcra Şöbəsininin icraatına daxil olduğu tarixdən nuzun müddət keçməsinə baxmayaraq əorclu heç-bir üzürlü səbəb təqdim etmədən, müxtəlif bəhanələr gərtirərək qərəzli olaraq məhkəmə qərarını icra etməkdən yayınmaqla icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırır. Belə ki, icra sənədi Goranboy rayon İcra və Probasiya şöbəsinin icraatında olan zaman borclu axtarış nəticəsində tutularaq Goranboy rayon İcra və Probasiya şöbəsinə təqdim edilmiş və onun barəsində protokol təqdim edilərək məhkəməyə verilmişdir. Goranboy rayon məhkəməsinin qərarı əsasında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati həbs cəzası tədbiq edilmişdir. Qeyd olunan qərardan borclu apellyasiya şikayəti verərək himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq daha yüngül cəza növü ilə əvəz olunmasını xahiş etmişdir. Lakin Gəncə Apellyasiya məhkəməsinin cinayət kollegiyası borclunun gətirdiyi dəlillərin əsassız olduğunu hesab edərək həbs cəzasını dəyişdirmədən saxlanılmasına dair qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən - Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibaıətdir. Lakin borclu inzibati məsuliyyətə cəlb edildikdən sonra yenidən qərəzli olaraq məhkəmə qərarı üzrə olan icra sənədini icra etməkdən yayınmışdır. Yəni öz arzusu ilə tələbkara heç bir ödəniş etməmişdir. Bundan sonra borclu barəsində Binəqədi rayon İcra və Probasiya şöbəsi təfındən protokol tərtib edildikdən sonra 200 AZN məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarına görə Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Homsbi Yunanıstana qarşı” xx.xx.l997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəmə baxışına hüquq xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qaşı” xx.xx.2002-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma Konvensiyanın 6-cı maddəsində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsinı və digər mühüm halları araşdırmalıdır. Tələbkar olaraq hesab edirik ki, borclu tərəfindən məhkəməyə təqdim edilmiş ** saylı mediasiya təşkilatında bağlanmış barışıq sazişi hazırki iş üzrə sübut növü kimi istifadə edilə bilməz. Borclunun himayəsində azyaşlı övladının olmasına dair ancaq doğum haqqında şəhadətnamə təqdim edildikdən sonra məhkəmə tərəfindən əməlin yüngülləşdirici halı kimi qəbul oluna bilər. Lakin məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə iddiaçının əmlakı hesabına tikdirilmiş klinika hal-hazırda işlədiyini və borclunun yaxın qohumları tərəfindən həmin klinikadan gəlir əldə edildiyini, borclu qərəzli olaraq qətnamənin icrasından yayındığını və bunun nəticəsində iddiaçıya bərpa olunmaz dərəcədə ziyan vurulduğuna məhkəmə diqqət yetirmədən cavabdeh barəsində yüngül cəza təyin edilməsinə dair qərar qəbil etmişdir. Eyni zamanda məhkəmə tərəfindən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1000 manat məbləğində inzibati cərimə cəzası təyin edilməsinə dair qərar qəbul edərk Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maddi vəziyyətinin dah da pisləşməsinə səbəb ola biləcəyinə diqqət yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs” MMC məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə onların iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli icra sənədinə əsasən Cavabdeh Mustafaeyv Nicat Xaliq oğlunun iddiaçı “Zərərçəkmiş şəxs” MMC-yə 68750 manat pul borcu və 296 manat 95 qəpik dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Goranboy rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-*(***)- **/**** nömrəli icra sənədi üzrə ##.##.2025-ci il tarixdə icaata başlanılmışdır. İş materiallarında olan Goranboy rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, № e******/****-9-8 tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məlumat verilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixində borclu yaşayış yerini dəyişdiyindən icra sənədi ərazi aidiyyatı üzrə Binəqədi Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir . İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə verilən izahatdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 200 manat ödəniş etmiş, halhazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini, lakin tezliklə ödəyəcəyinə söz verir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan 01.07.26-cı il tarixli qəbzdən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin depozit hesabına 200 manat məbləğində pul ödənişi edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli MŞB/MT071/2026-000360 nömərli, ##.##.2026-cı il tarixli ** saylı Mediasiay Təşkilatında bağlanılmış Barışıq Sazişinin məzmunundan müəyyən edilir ki, X1 övladı ##.##.2025-ci il təvəllüdlü X2 atası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsinə verilməsinə razı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1.-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməyə görə inzibati tənbeh almış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, 2- *(***)-**/**** nömrəli icra sənədini təkrarən icra etməmişdir. Verilmiş apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirli olub-olmaması məsələsi mübahisələndirməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirliliyi özünün izahatı, iş üzrə toplanmış və yuxarda qeyd olunan digər sübutlarla tam təsdiq edilir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə cərimə növündə tənbeh etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göstərilənlərə əsasən hesab edirəm ki, zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs” MMC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində təyin edilmiş cərimə növündə cəzanın inzibati qaydada həbs cəzası ilə əvəz edilməsi üçün zəruri əsaslar müəyyən etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Zərərçəkmiş şəxs “Zərərçəkmiş şəxs” MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2344/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2344/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver