Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2345/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Protokolu tərtib edən orqan nümayəndəsi X1 və «İMS Group» MMC-nin nümayəndəsi İsmayılov Namiq Hamlet oğlunun iştirakı ilə, «İMS Group» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından «İMS Group» MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan «İMS GROUP» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “İMS GROUP” MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 18547,79 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 3710 (üç min yeddi yüz on) ABŞ dolları (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «İMS GROUP» MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixliqərarının əsasının təşkil edən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən”İMS GROUP” MMC-i (bundan sonra “Şirkət” adlandırılacaq) barəsində İXM-nin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ## ### 2026-cı il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola görə Şirkət 100000,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ##### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 18547,79 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Göründüyü kimi, X7 da 100 000 ABŞ dollarının 80 faizindən çox hissəsinin ölkəyə idxal edilməsi öz təsdiqini tapmışdır. Geri qalan hissənində ölkəyə idxal edilməsini təsdiq edən aşağıdakı dəlillərimizi diqqətinizə çatdırıram. «İMS GROUP» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 100000,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti ## ##### 2024cü il tarixində «xxxx» ASC-də olan hesabından Çin Xalq Respublikasında fəaliyyət göstərən “X3 Ware Co LTD” şirkətinin bank hesabına göndərmiş və həmin şirkətdən 81000 ABŞ dollarından çox məbləğdə dəyəri olan mallar ölkəyə idxal edilmişdir. Bundan sonra, “ZHEJİANG BOUUSANİTARY WARE CO, LTD” şirkəti əldə edilən razılaşmaya əsasən 18547,79 ABŞ dolları məbləğində dəyəri olan mallar Şirkətə “xxxx” şirkəti tərəfindən idxal edilmişdir. Bunu təsdiq edən ##.##.2024-cü il tarixli üçtərəfli razılaşma sazişi, ##.##.2024-cü il tarixli müqavilə və ## ###### 2025-ci il tarixli X4 hazırki şikayətə əlavə edilmişdir. ##.##.2024cü il tarixli üçtərəfli razılaşmanın 4-cü bəndinə əsasən malların dəyəri Şirkət tərəfindən “X3 WARE CO, LTD”şirkətinə ödənilmiş və sonuncu tərəfindən mallar onun əvəzinə “ZHONGSHAN POWTEKAPPLIANCES MFG, LTD” tərəfindən Şirkətə göndərilir. Razılaşma üzrə malların ümumi dəyəri isə 18547.79 ABŞ dolları təşkil edir. ## ###### 2024-cü il tarixli müqavilədə də analoji şərtlər mövcuddur. ## ###### 2025-ci il tarixli YGB-də isə malların idxal edildiyi şirkət “ZHONGSHAN POWTEK APPLIANCES MFG, LTD” olaraq göstərilmiş, əsasında olan müqavilə kimi ##.##.2024-cü il tarixli, ZHOİMS ****** saylı müqaviləyə istinad edilmişdir. Açıq-aydın görünür ki, Şirkət xaricə çıxardığı vəsait müqabilində ölkəyə müvafiq malları idxal etmiş və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən heç bir halda məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göstərilən müqavilələrdən və ## ###### 2025-ci il tarixli YGB-dən açıq aydın görünür ki, şirkətin ## ##### 2024-cü il tarixdə xaricə köçürdüyü 100 000 ABŞ dolları məbləğində olan vəsaitin müqabilində müvafiq mallar ölkəyə idxal edilmişdir. İş üzrə Şirkət təqsirsizliyini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi imkanından məhrum olduğuna görə qeyd edilən maddi hüquq normalarına məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Tərəflərin iştirakı və izahatlar: «İMS GROUP» MMC-nin nümayəndəsi İsmayılov Namiq Hamlet oğlu məhkəmə iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və “İMS GROUP” MMC-i barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib edən orqan nümayəndəsi X1 məhkəmə iclasında verilmiş şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. İşin faktiki halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “İMS GROUP” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan «xxxx» ASC-nin ## ##### 2026-cı il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs «İMS GROUP» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən «xxxx» ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüş 18547,79 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların 2 il müddətinə ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunana xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş və ya qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Qeyd olunanları nəzərə alaraq «xxxx» ASC tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli **/* saylı «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən Protokolu tərtib edən orqan təqdim edilmişdir. ##.##.2024-cü il tarixli, № ******-214 köçürmə haqqında ərizədən görünür ki, hüquqi şəxs «İMS GROUP» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 100000,00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti ## ##### 2024-cü il tarixində «xxxx» ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; ##.##.2024-cü il tarixli invoysdan görünür ki, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən 100000,00 ABŞ dolları məbləğində mallar alınmışdır. “ZHEJİANG BOUUSANİTARY WARE CO, LTD” şirkəti əldə edilən razılaşmaya əsasən 18547,79 ABŞ dolları məbləğində dəyəri olan mallar Şirkətə “xxxx” şirkəti tərəfindən idxal edilmişdir. Bunu təsdiq edən ##.##.2024-cü il tarixli üçtərəfli razılaşma sazişi, ##.##.2024-cü il tarixli müqavilə və ## ###### 2025-ci il tarixli X4 hazırki şikayətə əlavə edilmişdir. ##.##.2024-cü il tarixli üçtərəfli razılaşmanın 4-cü bəndinə əsasən malların dəyəri Şirkət tərəfindən “X3 WARE CO, LTD”şirkətinə ödənilmiş və sonuncu tərəfindən mallar onun əvəzinə “ZHONGSHAN POWTEKAPPLIANCES MFG, LTD” tərəfindən Şirkətə göndərilir. Razılaşma üzrə malların ümumi dəyəri isə 18547.79 ABŞ dolları təşkil edir. ## ###### 2024cü il tarixli müqavilədə də analoji şərtlər mövcuddur. ## ###### 2025-ci il tarixli YGB-də isə malların idxal edildiyi şirkət “ZHONGSHAN POWTEK APPLIANCES MFG, LTD” olaraq göstərilmiş, əsasında olan müqavilə kimi ##.##.2024-cü il tarixli ZHOİMS ****** saylı müqaviləyə istinad edilmişdir. Qeyd olunan işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, “İMS GROUP” MMC-i tərəfindən verilmiş şikayətin dəlilləri məhkəmə tərəfindən iş materialları ilə birlikdə araşdırılmış və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarını tam araşdırmadan MMC-nin cərimə edilməsi barədə qərar qəbul etmişdir. Müəyyən edilmişdir ki, hazırki vəziyyətdə «İMS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlaməti yoxdur. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və «İMS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmaması əsası ilə inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İMS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. «İMS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. «İMS GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2345/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2345/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver