Məhkəmə qərarları › İş №3(3-6)-2349/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2349/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2349/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, Osmanov Vahab Bəhram oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarından şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 17:55 radələrində idarə etdiyi “Mercedes-Benz GLE 350DE 4Matic Plug-in Hybrid” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Çernyayevski küçəsindən Ağa Nematulla küçəsinə dönərkən yol hərəkəti qaydalarına uyğun şəkildə manevr etdiyini bildirmişdir. Çernyayevski küçəsində yol nişanlanması və nişanlarının tələblərinə riayət olunmaqla sola dönmə manevrini yerinə yetirmiş, hərəkət zamanı yolun hər iki istiqamətinə baxaraq təhlükəsiz şəraitdə hərəkəti davam etdirmişdir. Şikayətçi qeyd edir ki, həmin ərazidə yol hərəkəti üçün hər hansı maneə olmamış, yolun hər iki tərəfindən gələn nəqliyyat vasitələri ilə toqquşma və ya təhlükə riski yaranmamışdır. Ağa Nematulla küçəsi istiqamətində yol hərəkəti polisi əməkdaşı tərəfindən saxlanılmış və ona Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozduğu bildirilərək IXP ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Şikayətçi protokolun əsassız olduğunu, ona yol hərəkətinin düzgün icra edildiyini izah etməyə çalışsa da, bu dəlillərin nəzərə alınmadığını göstərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında hansı yol nişanının tələbinin pozulduğu, hansı yol nişanlanmasının pozulduğu, hansı nəqliyyat vasitəsinə yol verilmədiyi, hansı təhlükənin yarandığı, hansı hərəkətin qanunun konkret normasına zidd olduğu müəyyən edilməmiş və göstərilməmişdir. Məhkəmə təqdim edilmiş videonu tədqiq etsə də, həmin videonun hüquqi qiymətləndirilməsini aparmamış, sadəcə onun mövcudluğunu əsas götürmüşdür. Videogörüntüdə onun hərəkəti nəticəsində hər hansı yol-nəqliyyat hadisəsinin baş verməsi, digər nəqliyyat vasitəsinin qəfil əyləc etməsi, istiqamət dəyişməsi və ya hər hansı təhlükəli vəziyyətin yaranması müəyyən edilmir. Məhkəmə qərarında "video görüntü ilə sübuta yetirilir" ifadəsi göstərilsə də, görüntünün hansı hissəsinin hansı hüquq normasının pozulmasını sübut etdiyi izah edilməmişdir. Lakin məhkəmə araşdırmamışdır ki, həmin yolda hərəkətin təşkili necə olmuşdur, yol nişanları və nişanlanmaları hansı istiqamətə icazə vermişdir, digər nəqliyyat vasitələrinin hərəkət trayektoriyası necə olmuşdur, hərəkəti nəticəsində konkret hansı hüquq pozuntusu yaranmışdır. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarını çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) “Mercedes Benz GLE 350DE 4MATIC PLUG” minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən IXM-in 327.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin əməkdaşı tərəfindən təqdim edilmiş DVD disk görüntüsündən aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Mercedes Benz GLE 350DE 4MATIC PLUG” minik markalı 90 BR-002 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ünvan 1 ünvanında yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin maddənin IX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır və bu əmələ görə şəxs yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyatorun vəsatəti əsasında məhkəmə iclasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin əməkdaşı tərəfindən Rayon Məhkəməsində təqdim edilmiş DVD diskdə olan videogörüntü tədqiq edilmişdir. Məhkəmə videogörüntünü tədqiq edərkən müəyyən etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Mercedes Benz GLE 350DE 4MATIC PLUG” minik markalı 90 BR- 002 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında yol ayrıcını keçmə qaydalarını pozmuşdur və onun şikayətində göstərdiyi dəlillər əksini tapmamışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar