Məhkəmə qərarları › İş №3(3-6)-2351/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2351/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2351/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Milana Varis qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 602.4-cü maddəsi üzrə tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə ## ### 2026-cı il tarixdə Nərimanov rayonu 2093-cü məhəllə ünvanında aparılan YTM zamanı sahibkar tərəfindən dövlət yanğın nəzarət orqanının qanuni tələblərinə əməl olunmamışdır, yoxlamaya dair sənədlər yoxlayıcıya təqdim edilmədi. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən bu qənaətə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs VÖEN-i olduğu üçün sahibkardır və sahibkara Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi tətbiq oluna bilər. Halbuki məhkəməyə təqdim etdiyi etirazda 602.4-cü maddənin ona tətbiq olunmasının mümkünsüzlüyü barədə hüquqi əsasları qeyd etmişdi. Təəssüf ki, məhkəmə istinad etdiyi imperativ normaları nəzərə almamış və qərarda onlara hüquqi münasibət bildirməmişdir. Vergi Məcəlləsində sahibkarlıq fəaliyyəti ilə qeyri-sahibkarlıq fəaliyyəti açıq şəkildə bir-birindən fərqləndirilmiş və əmlakın icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyəti kimi nəzərdə tutulmuşdur (99.3.3-cü maddə). Bu norma onu göstərir ki, şəxsin VÖEN-nin olması hələ onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması hesab olunmur. Əgər belə olsa idi vergi qanunvericiliyi qeyrisahibkarlıq fəaliyyətini ayrıca institut kimi nəzərdə tutmazdı. Inzibati Xətalar Məcəlləsinin 602.4- cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta sahibkar tərəfindən törədilməlidir. Yəni burada icarəyə verilmiş sahədə bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirən sahibkardan söhbət gedir. Təsadüfi deyildir ki, həmin inzibati xətanın tərkibində sahibkarlıq fəaliyyəti üçün istifadə edilən yerə baxış keçirilməsinə mane olmaq da nəzərdə tutulmuşdur. Sual olunur: Əmlak hansısa şəxsə icarəyə verilibsə və icarə müddətində həmin əmlakın yerləşdiyi ünvanda icarəçi fəaliyyət göstərirsə, fiziki olaraq həmin yerdə olmayan icarəyə verən bu maddə üzrə necə məsuliyyət daşıya bilər? Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə səlahiyyətli orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Elektron məhkəmə” informasiya sisteminə ərizə yerləşdirərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Nərimanov rayonu 2093-cü məhəllə ünvanında aparılan yoxlama zamanı sahibkar tərəfindən dövlət yanğın nəzarəti orqanının qanuni tələblərinə əməl olunmadı, yoxlamaya dair sənədlər yoxlamaya təqdim edilməmişdir. Lakin yoxlamanı aparan qurumun əməkdaşları kobud surətdə səhvə yol verərək protokolu onun barəsində tərtib etmişlər. Belə ki, Nərimanov rayonu 2093-cü məhəllə ünvanında yerləşən obyekt onun xüsusi mülkiyyətimdədir və mən həmin obyektləri icarə müqavilələri əsasında müxtəlif sahibkarlara icarəyə vermişdir. Qanunvericiliyin tələblərinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab olunur (Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi). Onunla icarəçilər arasında olan icarə müqavilələrində (əlavə olunur) icarə obyektlərində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə görə "Icarəçi" məsuliyyət daşıyır. Sadalanan müqavilələrdən də görünür ki, o protokol tərtib olunan sahə ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına görə məsuliyyət daşımır. Təəssüf ki, protokol tərtib edən qurum bu xüsusatları nəzərə almamışdır. ##.##.2026-cı il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, ##.##.2026-##.##.2026-cı il tarix intervalında yoxlanılan subyekt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Süleyman oğlu olmaqla, Anbarlar kompleksi, Nərimanov rayonu 2093cü məhəllə 507-ci küçə, ev 8, anbarların icarəyə verilməsi üzrə fəaliyyət üzrə plandankənar yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin ## ### 2026-cı il tarixli “Yanğın-texniki müayinə aktı”-dan görünür ki, sahibkar tərəfindən dövlət yanğın nəzarəti orqanının qanuni tələblərinə əməl edilməmiş və aktı da imzalamaqdan imtina etmişdir. Göründüyü kimi fərdi sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi ## ### 2026-cı il tarixli “Yanğın-texniki müayinə aktı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi fərdi sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 602.4-cü maddəsi ilə tənbeh etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətin dəlillərində qeyd etmişdir ki, şəxsin VÖEN-nin olması hələ onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması hesab olunmur. “Elektron Məhkəmə” Informasiya Sistemindən əldə edilmiş məlumatlardan, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) 2001020192 olan sahibkarlıq subyekti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına dövlət qeydiyyatına alınmışdır. Həmin məlumatlar onun yoxlamaya məruz qalmış obyekt üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs olduğunu təsdiq edir. Bundan başqa, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, dövlət yanğın nəzarəti orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamanın keçirilməsi barədə müvafiq tədbirlər görülmüş, sahibkarlıq subyektindən yoxlamanın predmetinə aid sənədlərin təqdim edilməsi tələb edilmişdir. Lakin sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən dövlət yanğın nəzarəti orqanının qanuni tələblərinə əməl edilməmiş, yoxlamanın aparılması üçün zəruri olan sənədlər və məlumatlar yoxlamanı həyata keçirən vəzifəli şəxsə təqdim edilməmişş, həmçinin tərtib edilmiş aktı da imzalamaqdan imtina etmişdir. Göründüyü kimi, şikayətin dəlilləri məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növünü minimal həddə tətbiq etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar