Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2352/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (##.##.1996-cı il tarixdə Bakı şəhərində anadan olan, subay, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, IXM-nin 336.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materialların Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinə göndərilməsi qərara alınmışdır. Işin halları: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis Idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026cı il tarixdə saat 06:15-də “Mercedes E300 E Plug-in Hibrid” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə olduğunu bilə-bilə idarə etmək üçün sərxoş vəziyyətdə olan şəxsə vermişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXM-in 336.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, sürücülük hüququnun məhdudlaşdırılması əmək fəaliyyətinə, maddi vəziyyətinə və ailəsinin təminatına ciddi mənfi təsir göstərir. Hakim qərarda göstərir ki, "Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 06:15-də nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir”. Bununla məhkəmə faktiki halı müəyyən etmiş, lakin qərarın sonunda onun IXM-nin 336.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surətini Nərimanov RPI-yə göndərmişdir. Bu isə hüquqi ziddiyyət yaradır. IXM-nin 336.1-ci maddəsinə baxmaq məhkəmənin səlahiyyətinə aid olmadığından, məhkəmə həmin hissədə materialı ümumiyyətlə qəbul etməməli, yaxud həmin hissədə icraata xitam verməli və materialı aidiyyəti üzrə göndərməli idi. Lakin, hakim əvvəlcə faktı sübut olunmuş hesab edib, sonra isə həmin fakt üzrə başqa orqana qərar qəbul etməyi tapşırmışdır. Bu prosessual baxımdan düzgün yanaşma hesab edilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış etmiş, avtomobilin tərəfindən idarə edilmədiyini, əsassız olaraq IXM-nin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunduğunu bildirərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi iddia edilərək tələbini IXM-in 135.1.2 və 135.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.4-cü maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, məhkəmə mübahisələndirilən qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Iş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 336.1-ci maddəsinə əsasən tərtib edilmiş IXP ******* saylı, ## #### 2026-ci il tarixli protokol, X2 barəsində IXM-in 329.3 və 333.1-ci maddələrinə əsasən tərtib edilmiş IXP ******* saylı, ## #### 2026-ci il tarixli protokol baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə IXM-nin 336.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materialı icraatına qəbul etmişdir. Lakin, işə baxan məhkəmə *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 333.1-ci maddəsi ilə tənbeh etmiş, IXM-nin 336.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinə aid olmadığı üçün həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinə göndərilməsini qərara almışdır. IXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir ki, həmin inzibati xətalarda IXM-nin 336.1-ci maddəsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi IXM-nin 336.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiala baxmağa səlahiyyətinə aid olub-olmamasını inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etməli olduğu halda bunu etməmiş, düzgün olmayaraq IXM-nin 336.1-ci maddəsi ilə materialı icraatına qəbul etmişdir. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 333.1-ci maddəsi ilə inzibati material olmadığı, ona həmin maddə ilə ittiham irəli sürülmədiyi halda sonuncu qeyd edilə maddə ilə təqsirli bilinmiş və tənbeh edilmişdir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-nin 2-ci maddəsi). IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. IXM-in 106.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını məsələsini həll edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən, eyni zamanda inzibati xəta haqqında işin aidiyyəti (IXM-nin 336.1-ci maddəsi üzrə) məhkəməyə aid olmadığından apellyasiya qaydasında şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin yekun qərarı və inzibati xəta haqqında materialın icraata qəbul edilməsi barədə qərardadı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 336.1-ci maddəsi ilə inzibati material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinə göndərilməlidir. IXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı və inzibati xəta haqqında materialın icraata qəbul edilməsinə dair *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-nin 336.1-ci maddəsi ilə inzibati material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Polis Idarəsinə göndərilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2352/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2352/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver