Məhkəmə qərarları › İş №3(3-6)-2353/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2353/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2353/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, X4, Inzibati xəta haqqında protokolu tərtib etmiş Protokolu tərtib edən orqan nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Kaplan Eyyüpün iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və (vəkili) X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan Miqrasiya Nəzarəti Baş Idarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Inzibati xəta haqqında protokoldan görünür ki, MMC tərəfindən iş icazəsi alınmadan Türkiyə Respublikası vətəndaşı, ##.##.1997-cü il təvəllüdlü Kaplan Eyyüpün baytar həkimi vəzifəsində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması müəyyən edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15000 (on beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və (vəkili) X3 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kaplan Eyyüpün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də haqqı ödənilən əmək fəaliyyəti ilə, o cümlədən baytar həkimi qismində işlədiyi barədə iş materiallarında kifayət qədər və dolğun sübut yoxdur Məhkəmə qərarında Kaplan Eyyüpün “Happyvef MMC-də iş icazəsi olmadan baytar həkimi kimi haqqı ödənilən əmək fəaliyyətinə cəlb edildiyi qənaətinə Ağamoğlan Abdinovun Dövlət Miqrasiya Xidmətinə ünvanladığı ərizə, həmin şəxsin şifahi iddiaları əsasında tərtib olunmuş protokol, Dövlət Miqrasiya Xidməti nümayəndəsinin məhkəmə iclasındakı izahatı və "Epikriz Raporu”na istinad edərək gəlmişdir. Bildirmək istərdim ki, yuxarıda sadalanan sübutların heç biri şəxsin müəyyən hüquqi şəxslə əmək münasibətlərində olmasının, yəni əmək müqaviləsi əsasında, haqqı ödənilməklə müəyyən vəzifəni icra etməsinin sübutu ola bilməz. Azərbaycan Respublikasında əmək münasibətlərinin mövcudluğunun sübutu yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “ƏMAS' (X8 Uçotu) Informasiya Sistemindən əldə edilmiş işəgötürən tərəfindən qeydə alınmış əmək müqaviləsi barədə rəsmi arayış və ya bildiriş ola bilər. Yalnız həmin rəsmi sənəd əsasında konkret şəxsin hansı tarixdən, hansı vəzifədə, hansı əməkhaqqı ilə işə qəbul edildiyi qanuni qaydada müəyyən edilə bilər. Iş materiallarında “ƏMAS Informasiya Sistemindən əldə edilmiş hər hansı arayış, əmək müqaviləsinin qeydiyyatı barədə bildiriş və ya digər bu qəbildən rəsmi sənəd olmadığı açıq-aydın görünür. Nə iş uzrə icraatı aparan Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş Idarəsi nə də birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir sorğu göndərməmiş, əldə edilməmiş bu mühum sübutun yoxluğuna baxmayaraq, yalnız şikayətçinin şifahi iddialarına və dolayı sənədlərə əsaslanaraq nəticə çıxarmışdır. Bir şəxsin filan müəssisədə filan vəzifədə 'işlədiyi” barədə üçüncü şəxsin (bu işdə Ağamoğlan Abdinovun) şifahi iddiası və bunun əsasında tərtib olunmuş protokol, əmək münasibətlərinin qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini müəyyən etmək iqtidarında deyil. Bu cür subyektiv, yoxlanılmamış izahatlar əsasında hüquqi şəxsə 15000 manat məbləğində cərimə tətbiqi IXM-in 76.1 -ci və 84.1 –ci maddələrinin, yəni sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi tələbinin kobud şəkildə pozulması deməkdir. Kaplan Eyyüpün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanuni təmsilçisi və rəhbəri olması onun sənədlərdə iştirakının qanuni nəticəsidir, bu əmək münasibətinin sübutu deyil. Iş materiallarından da göründüyü kimi Kaplan Eyyüp "xxxx'' MMCnin 40 faiz paya malik təsisçisi, qanuni təmsilçisi və baş direktorudur. Bu status ona Azərbaycan Respublikası Miqrasiya Məcəliəsının 45.1.6-1 -ci maddəsinə əsasən hüquqi şəxsin rəhbəri qismində müvəqqəti yaşamaq icazəsi əldə etmək hüququ vermişdir və bu icazə qanuni qaydada verilmişdir. Rəhbər statusunda olan şəxsin müəssisəyə aid sənədlərdə (o cümlədən “Epikriz Raporu” kimi klinikanın daxili sənədlərində) imzasının, adının olması tamamilə təbiidir və bu rəhbərlik səlahiyyətlərinin həyata keçirilməsinin adi nəticəsidir. Məhkəmə qərarında formal olaraq hüquqi şəxsin rəhbəri statusunun mövcudluğu onun faktiki əmək fəaliyyətini həyata keçirməsi hallarını istisna etmir” qənaətinə gəlsə də, bu mülahizə fərziyyə xarakteri daşıyır və heç bir rəsmi sübutla təsdiqlənməmişdir. Rəhbərin idarəçilik funksiyaları ilə işçi qismində əmək müqaviləsi əsasında konkret ixtisas üzrə (bu halda - baytar həkimi) fəaliyyət göstərməsi fərqli hüquqi hallardır və bunların eyniləşdirilməsi üçün əlavə, rəsmi sübut yəni “ƏMAS" sistemində qeydiyyatdan keçmiş əmək müqaviləsi - tələb olunur. Belə sübut olmadan yalnız ehtimala əsaslanan nəticə IXM-in 8.1-ci maddəsinə əsasən təqsirin sübuta yetməsi kimi qəbul edilə bilməz. “Epikriz Raporu” sənədi və şikayətçinin ərizəsi haqqı ödənilən əmək fəaliyyətinin, yəni əməkhaqqının ödənilməsi faktının sübutu deyil. IXM-in 578 1-ci maddəsi məhz "haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq” əlaməti əsas götürür. Bu isə o deməkdir ki, məsuliyyətin yaranması üçün təkcə müəyyən işin icra edilməsi kifayət deyil, konkret şəxsə əməkhaqqının ödənildiyi faktı da sübuta yetirilməlidir. Iş materiallarında Kaplan Eyyüpə hər hansı əməkhaqqının ödənildiyini təsdiq edən bank çıxarışı, mühasibat sənədi, kassa order və ya digər maliyyə sənədi ümumiyyətlə mövcud deyildir. X2” adlı tibbi sənəddə “Veteriner Hekim – Eyüp Kaplan" qeydinin olması əməkhaqqının ödənilməsi faktını heç bir şəkildə sübut etmir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Kaplan Eyyüp şikayətin dəlillərinə uyğun çıxış edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və inzibat xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Protokolu tərtib edən orqan nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə münasibət bildirərək qeyd etdi ki, Kaplan Eyyüp Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru olmaqla yanaşı veterenar həkim kimi də fəaliyyət göstərir. Epikriz raporunda onun veterenar həkim kimi imzası və möhürü vardır. Məhkəmədən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, tərəflərin çıxışını dinləyib hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Мəcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Ağamoğlan Abdinovun Protokolu tərtib edən orqan ünvanladığı ##.##.2026-cı il tarixli ərizənin məzmunundan görünür ki, Koroğlu Rəhimov küçəsındə yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs baytarlıq klinikasında “Maksi” adlı “Britan” pişiyi müalicəyə aparmış, baytar həkim Eyyüp Kaplan pişiyi rentgen müayinəsindən keçirdikdən sonra beş gün klinikada iynə vurulması üçün gəlməyini tövsiyyə etmişdir. Buna baxmayaraq, klinikanın həkimi xaricı vətəndaş olan Eyyüp Kaplan pişiyi düzgün müalicə etmədiyi üçün pişiyin halı pisləşmişdir. Baytar həkimin lisenziya və baytar həkimlik sənədini istəmiş, ona göstərməkdən imtina edilmişdir. Qeyd edilənlərlə bağlı araşdırma aparılaraq klinika barəsində qanunvericiliklə müəyyən tədbirlərin görülməsi, məsuliyyətə cəlb edilməsi və həkimin baytar olması, xarici vətəndaşın Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazəsinin olması və peşəkar fəaliyyəti üçün verilən sənədin təsdiqi barəsində məlumat verilməsini xahiş etmişdir. Iş materiallarında olan ərizəyə əlavə edilmiş “Epikriz Raporu” adlı sənəddən görünür ki, “Maks” adlı pişik barəsindədir, sənədi imzalayan şəxs bölməsində “Veteriner Hekim – Eyüp Kaplan” qeyd edilmişdir. Iş materiallarında olan Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində çıxarışından görünür ki, MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9, mər. 1, mənzil 1 ünvanıdır. Nizamnamə kapitalının miqdarı 50100 manatdır. Təsisçilər və nizamnamə kapitalında mayarın miqdarı Kaplan Eyyüp (Türkiyə Respublikası) 40 %, X1 Burak (Türkiyə Respublikası) – 60 %dir. Qanuni təmsilçi Kaplan Eyyüpdür. Çıxarış ##.##.2024-cü il tarixdə verilmişdir. Dövlət Miqrasiya Xidmətinin Əmək müqaviləsi üzrə çıxarışından görünür ki, Kaplan Eyyüp Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin baş direktorudur. MYI ******* nömrəli “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən” görünür ki, Türkiyə Respublikası vətəndaşı, ##.##.1997-ci il təvəllüdlü Kaplan Eyyüpə ##.##.2025-ci ildən ##.##.2026-cı il tarixədək müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Kaplan Eyyüpün Protokolu tərtib edən orqan verdiyi ##.##.2026-cı il tarixli izahatdan görünür ki, o, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs baytarlıq klinikasında direktor və baytar həkimi kimi çalışır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru kimi DMXnə müraciət etmiş və 1 illik vəsiqə almışdır. Qeyd olunan şirkətin 40 % pay ilə həm təsisçisidir, digər 60 % isə qardaşı X1 Buraka aiddir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.13-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. Iş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. Iş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Birinci instansiyası məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, Türkiyə Respublikası vətəndaşı Kaplan Eyyüp Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də direktor və eyni zamanda baytar həkimi kimi fəaliyyət göstərmiş, onunla bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müvəqqəti yaşamaq icazəsi verilsə də, əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq iş icazəsi mövcud olmamışdır. Bununla belə, o, MMC tərəfindən haqqı ödənilən əmək fəaliyyətinə, o cümlədən baytar həkimi funksiyalarının icrasına cəlb edilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin dövlət qeydiyyat çıxarışı, Kaplan Eyyüpün hüquqi şəxsin qanuni təmsilçisi olması barədə məlumatlar, Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi məlumatlar, habelə Kaplan Eyyüpün inzibati orqana verdiyi yazılı izahatı ilə təsdiq edilir ki, o, faktiki olaraq klinikada həm rəhbər, həm də baytar həkimi qismində işləmişdir. Şikayətçinin ərizəsi və “Epikriz Raporu” sənədi də həmin şəxsin baytar həkimi kimi tibbi müdaxilə və müalicə prosesində iştirak etdiyini göstərir. Iş materiallarından isə müəyyən olunur ki, Kaplan Eyyüp barəsində yalnız müvəqqəti yaşama icazəsi mövcud olmuş, lakin onun əmək fəaliyyəti üçün tələb olunan iş icazəsi alınmamışdır. Formal olaraq hüquqi şəxsin rəhbəri statusunun mövcudluğu onun faktiki əmək fəaliyyətini həyata keçirməsi və ya əmək münasibətlərində işçi kimi iştirak etməsi hallarını istisna etmir. Əksinə, iş materiallarında toplanmış sübutlar məcmu halda göstərir ki, Kaplan Eyyüp Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də baytar həkimi kimi real əmək funksiyalarını yerinə yetirmiş və bu fəaliyyət qanunvericiliklə tələb olunan iş icazəsi olmadan həyata keçirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi qənaətinə gələrkən tutmuş olduğu bu mövqeni əsaslı və mötəbər hesab edir. Belə ki, iş materialları ilə əcnəbi vətəndaş Kaplan Eyyüpün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də iş icazəsi alınmadan işləməsi öz təsdiqini tapır. Odur ki, məhkəmə apellyasiya şikayətinin dəlillərini hüquqi şəxsin inzibati məsuliyyətdən boyun qaçırma cəhdi kimi hesab etməklə əsassız və formal xarakterli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Kaplan Eyyüpün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də həkim kimi fəaliyyət göstərməsi iş materiallarına əlavə edilmiş çıxarışlar ilə öz təsdiqini tapır. Belə ki, beynəlxalq axtarış sistemində X6 axtarışı aparan zaman klinikanın xidmətlərindən istifadə etmiş vətəndaşların rəyləri müəyyən olunur. Həmin rəylərdə vətəndaşlar Kaplan Eyyüpə (Eyyüb həkim) göstərilən xidmətə görə öz minnətdarlıqlarını bildirirlər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədiməsi tam sübuta yetirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tənbeh etmişdir. Inzibati xəta törətmiş hüquqi şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və hüquqi şəxsə törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü olan cərimənin minimum həddində, yəni 15000 (on beş min) manat tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar