Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2354/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1989-cu ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş ## #### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci il tarixdə saat 16:30 radələrində «X1» markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının dəyişdirilməsini, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla bağlı olan tənbeh növünün ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixdə saat 16:30 radələrində etibarnamə ilə idarə etdiyi «X1» markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana qəsəbəsində geriyə doğru hərəkət edən zaman arxasında hərəkətdə olan Hyundai markalı avtomobili görməmiş və bu səbəblə hadisə baş vermişdir. Hadisə zaman xəsarət alan olmamışdır. Bildirmişdir ki, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə icraata baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-ci il tarixdə saat 16:30 radələrində «X1» markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus sürücülük vəsiqəsindən görünür ki, ona ##.##.2025-ci il tarixdə ##.##.2035-ci il tarixədək qüvvədə olan BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə ##.##.2026-cı il tarixli, */**** nömrəli aktdan görünür ki, həmin tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilərkən sonuncuda alkoqolun konsentrasiyası 0,451 promil olmuşdur; Zərərçəkmiş şəxs X2 izahatından görünür ki, ##.##.2026-cı il tarixdə, saat 16:30 radələrində ona məxsus Hyundai markalı avtomobil ilə Ramana qəsəbəsi, Şuşa şəhərciyi deyilən ərazidə hərəkətdə olarkən sağda 2- ci dərəcəli yolda dayanmış Fiat markalı avtomobil anidən geriyə doğru hərəkət edərək onun avtomobilinin sağ hissəsindən vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamış və o, spirtli içki qəbul etməmişdir. Məhkəmə verilmiş şikayətlə bağlı ilk olaraq qeyd edir ki, şikayətdən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərarı yalnız inzibati tənbeh hissəsində mübahisələndirmişdir. Məhkəmə verilmiş şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xəta üzrə işin bütün hallarnı araşdıraraq inzibati tənbehin məqsədləri baxımından ədalətli olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnu iki ilədək müddətə məhdudlaşdırılması tənbeh növünü seçmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunvericiik aktı normalarına və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2354/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2354/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver