Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2358/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC) nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Məmmədova Günel İqbal qızı) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 manat məbləğində inzibati cərimə şərti tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, ## ### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC səlahiyyətli orqana ## ###### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubu ilə əlaqədar göndərdiyi məktubunda tələb edilmiş sənədlərin bəzilərini üzrlü səbəbdən təqdim edə bilmədiyini göstərmişdir. Səlahiyyətli orqana sorğu etdiyi müəyyən sənədlərin göndərilməsinin mümkün olmamasının səbəbi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin “xxxx” MMC tərəfindən ## ###### 2025-ci il tarixdə alqısatqı yolu ilə alınmasından sonra həmin sənədlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-də olmaması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan apellyasiya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin səlahiyyətli orqana ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubu ilə əlaqədar işçləri olmuş X3 və X5 əmək məzuniyyətinə çıxmaları, onlara məzunuyyət haqları və son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətlərini, yəni tələb edilmiş sənədlərin bir hissəsini həmin məktubu almasından 7 iş günü ərzində təqdim etməməsinə görə tərtib edildiyi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materiallarında olan “xxxx” MMC-nin internet saytından SS993546921AZ kodlu xəbərnaməyə dair əldə edilmiş məlumat əsasında səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə ## #### 2026-cı il tarixdə poçt vasitəsilə çatdırılması, həmin Cəmiyyətin səlahiyyətli orqana məktubu ilə əlaqədar işçləri olmuş X3 və X5 əmək məzuniyyətinə çıxmaları, onlara məzunuyyət haqları və son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətlərini, yəni tələb edilmiş sənədlərin bir hissəsini göstərilən məktubu almasından 7 iş günü ərzində təqdim etməməsinin həmin Cəmiyyətin nümayəndəsi Nümayəndə verdiyi etirafedici izahatı əsasında müəyyən edilməsinə və həmin Cəmiyyətin müvafiq sənədlərin surətlərini səlahiyyətli orqana üzrlü səbəbdən təqdim edə bilməməsi barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil barədə sübutu birinci və apellyasiya instansiya məhkəmələrinə təqdim etməməsinə görə birinci instansiya məhkəməsi müvafiq əsaslandırma aparmaqla həmin Cəmiyyətin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin Cəmiyyətə tətbiq etdiyi inzibati cərimə tənbeh tədbirinin həddini təyin edərkən həmin Məcəllənin 9.1, 21 və 31.2-ci maddələrinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2358/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2358/2026
10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver