Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2359/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun AR DİN Bakı şəhər X1 İdarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, İXP7987674 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu şikayət ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək onun barəsində AR DİN Bakı şəhər DYPİ-nin ##.##.2026-cı il tarixli, TP******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun AR DİN Bakı şəhər X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə ünvan 1 ünvanında mənə məxsus **-SS-*** dövlət qeydiyyat nişanlı “Changan Uni-Z Plug-in Hybrid” markalı nəqliyyat vasitəsini idarə edərkən yol polisi əməkdaşı tərəfindən saxlanılmışam və avtomobildə guya normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırıldığı bildirilmişdir. Polis əməkdaşı iddia etmişdir ki, guya avtomobildə maksimum 6 (altı) dönmə işıq göstəricisi ola bilər və mən əlavə 2 (iki) dönmə işığı quraşdırmaqla bu tələbi pozmuşam. Lakin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində dönmə işıq göstəricilərinin maksimal sayını müəyyən edən hər hansı normativ müddəa mövcud deyildir. Nə protokolda, nə inzibati tənbeh vermə haqqında qərarda, nə də məhkəmənin qərarında belə bir normativ akt göstərilməmişdir. Vəzifəli şəxsin heç bir normativ aktda təsbit olunmayan subyektiv şərhi inzibati məsuliyyətin əsası ola bilməz. Mən yerindəcə polis əməkdaşına avtomobilin mühərrik qapağını açıb göstərməklə izah etmişəm ki, sözügedən qurğu istehsalçı tərəfindən bu model üçün nəzərdə tutulmuş zavod istehsallı məhsuldur, avtomobilin standart birləşdiricisinə (ştekerinə) qoşulur, quraşdırılması zamanı avtomobilin heç bir hissəsində kəsilmə, deşilmə, qaynaq və ya hər hansı konstruksiya dəyişikliyi aparılmır, qoşulması üçün xüsusi keçid yeri də mövcuddur. Bu izahatımı birinci instansiya məhkəməsinin iclasında da təkrar etmişəm. Bundan əlavə, protokolun və inzibati tənbeh vermə haqqında qərarın surəti mənə qanunla müəyyən edilmiş qaydada təqdim edilməmişdir. ##.##.2026-cı il tarixdə elektron qaydada müraciət etməyimə baxmayaraq, sənədləri yalnız ##.##.2026-cı il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin inzibati binasına şəxsən yaxınlaşmaqla əldə edə bilmişəm. Bu, mənim müdafiə hüququmu əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Nizami Rayon Məhkəməsi tərəfindən işin halları hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmamış və mənim hüquqlarımın pozulmasına gətirib çıxaran qərar qəbul edilmişdir. Bunu aşağıdakı hallar açıq şəkildə təsdiq edir: Birincisi, məhkəmə hansı konkret normativ tələbin pozulduğunu müəyyən etməmişdir. İXM-in 342.2.2-ci maddəsinin dispozisiyası yalnız “normativ tələblər pozulmaqla” avadanlığın quraşdırılması halında tətbiq oluna bilər. Deməli, bu maddə ilə məsuliyyətin yaranması üçün konkret normativ hüquqi aktın konkret tələbinin pozulması müəyyən edilməli idi. Məhkəmə “Yol hərəkəti haqqında” Qanuna * saylı Əlavənin III hissəsinin 1-ci bəndinə istinad etsə də, həmin norma müstəqil qadağa müəyyən etmir — o, xarici işıq cihazlarının miqdarının, tipinin, rənginin, yerləşməsinin və iş rejiminin məhz “nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə” uyğunluğunu meyar kimi götürür. Yəni müqayisə meyarı mücərrəd rəqəm deyil, konkret nəqliyyat vasitəsinin istehsalçısının konstruksiya tələbləridir. Məhkəmə isə qurğunun “Changan Uni-Z” modelinin konstruksiya tələblərinə uyğun olub-olmadığını ümumiyyətlə araşdırmamışdır. İkincisi, qərarın öz mətnində etiraf olunur ki, inzibati orqanın təqdim etdiyi videogörüntüdə yalnız “ehtimal edilən inzibati xəta hadisəsinin törədildiyi yerin görüntüləri” əks olunmuşdur. Yəni məhkəmənin istinad etdiyi yeganə sübut nə avadanlığın quraşdırılması faktını, nə də hər hansı normativ uyğunsuzluğu təsdiq edir. Buna baxmayaraq, məhkəmə həmin videogörüntü əsasında pozuntunun “müəyyən edildiyi” qənaətinə gəlmişdir ki, bu da qərarın daxili ziddiyyətini göstərir. Üçüncüsü, məhkəmə mənim izahatımı yoxlamaq üçün heç bir tədbir görməmişdir. Qurğunun zavod istehsallı olması, standart ştekerlə qoşulması və konstruksiyaya müdaxilənin olmaması barədə izahatım nə təkzib edilmiş, nə də yoxlanılmışdır. Dördüncüsü, məhkəmə baxışı zamanı qurğunun standart ştekerlə qoşulması dəlilimə qarşı “bu məntiqlə sayrışan işıq siqnalı (miqalka) da ştekerlə qoşula bilər” qəbilindən müqayisə səsləndirilmişdir. Belə yanaşma faktiki olaraq əsassızdır. Belə ki, mənim istifadə etdiyim qurğu sayrışan işıq siqnalı deyil — o, xüsusi (operativ) təyinatlı siqnal funksiyası daşımır, sayrışma rejimində işləmir, sadəcə görmə şəraitini yaxşılaşdıran əlavə işıqdır. İXM-in 342.2.2-ci maddəsi “avadanlığın quraşdırılmasından” bəhs edir; istehsalçının məhz bu model üçün nəzərdə tutduğu, qoşulması üçün nəqliyyat vasitəsinin konstruksiyasında xüsusi birləşdirici nəzərdə tutulmuş aksesuar konstruksiyanın icazə verdiyi konfiqurasiyanın tərkib hissəsidir və onun istifadəsi konstruksiya tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Beşincisi, qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, mənim dəlillərimə qarşı heç bir əks dəlil və izahat təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə birtərəfli qaydada inzibati orqanın mövqeyini üstün tutmuşdur. Altıncısı, məhkəmənin qərarında ciddi ziddiyyət vardır: qərarın əsaslandırıcı hissəsində mənim “İXM-nin 346.9-cu maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın” ləğvi üçün əsasların olmadığı göstərilmişdir. Halbuki barəmdə tənbeh İXM-in 342.2.2-ci maddəsi ilə tətbiq edilmişdir. Mənim barəmdə heç vaxt İXM-in 346.9-cu maddəsi ilə iş üzrə icraat aparılmamışdır. Bu hal qərarın işin materiallarını araşdırmadan, formal və səthi qaydada tərtib edildiyini birmənalı şəkildə sübut edir. Yeddincisi, İXM-in 342.2.2-ci maddəsinin dispozisiyası blanket (istinad) xarakterlidir: bu maddə üzrə məsuliyyət yalnız hər hansı normativ hüquqi aktın konkret texniki tələbinin pozulması müəyyən edildikdə yarana bilər. Nə protokolda, nə inzibati orqanın qərarında, nə də məhkəmənin qərarında hansı normativ aktın hansı konkret tələbinin pozulduğu göstərilməmişdir. Bu isə o deməkdir ki, iddia edilən inzibati xətanın obyektiv cəhəti — yəni əməlin qanunla təsbit olunmuş konkret tələbə zidd olması — ümumiyyətlə müəyyən edilməmişdir. İddia edilən pozuntu yalnız vəzifəli şəxsin subyektiv müşahidəsinə əsaslandırılmışdır. Qərarından şikayət verilmiş inzibati orqan məhkəmə iclasına gəlməmiş və mənim təqsirimi təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, bu kateqoriya işlər üzrə məhkəmə qərarlar olmuş və mütəxəssislər dəvət edilmişdir. Mütəxəssislər bildirmişlər ki, zavod özü gəstəricilərə uyğun yığır, zəruri bilsə idi özü onları əlavə edərdi. İndi ki işdə kustar üsülla, öz zövqünə uyğun nəqliyyat vasitəsinə əlavə qurğular quraşdırılıbdır, zavod özü əlavə etməmişdir. Barəsində icraat aparılan şəxs özüdə bildirir ki, orda dəyişiklik edibdir, səbəbi barədə isə məhkəməyə tutarlı dəlil gətirməmişdir. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştiraklarısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, TP******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu ##.##.2026-cı il tarixdə saat 10:03-də ünvan 1 ünvanında “Changan Uni-Z Plug- İn hibrid” minik **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına görə AR İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan qayda pozunutusunu əks etdirən videogörüntülərdən Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulduğu, sürücü tərəfindən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla xarici işıq cihazının quraşdırıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu tərəfindən ##.##.2026-cı il tarixdə saat 10:03-də ünvan 1 ünvanında “Changan Uni-Z Plug-İn hibrid” minik **-SS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq, sürücü tərəfindən nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla xarici işıq cihazının quraşdırılması və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən videogörüntü ilə də sübuta yetirilir. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun şikayətdə qeyd etdiklərinə tənqidi yanaşıb özünümüdafiə xarakterli fikir kimi qiymətləndirməklə onun inzibati məsuliyyətdən yayınmaq məqsədi güdməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun AR DİN Bakı şəhər X1 İdarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, İXP7987674 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətini təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIRAM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun AR DİN Bakı şəhər X1 İdarəsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli, İXP7987674 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2359/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2359/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver