Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2361/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Mətanət Hacıyeva) ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəisi müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “Inzibati xəta haqqında” protokoldan görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inzibati cərimənin ödənilmədiyi aşkar edilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən IXMnin 529.1-1-ci maddəsində məzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, vətəndaşlar A.S.Eldarov, Ə.Ə.Əhmədov və R.İ.Tacəddinovun ##.##.2024-cü il tarixindən hazırki tarixədək əmək müqavilələri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb edilmişlər. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*-*-*****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfinden qəbul edilmiş ## #### 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası IXM-nin 150.5-ci və 150.6cı maddələrinin tələbinə əsasən icra edilməsi məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Həmin məktuba aid poçt göndərişinin izləmə məlumatından görünür ki, sözügedən məktub ##.##.2024-cü il tarixdə “xxxx” MMC-yə çatdırılmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh vermə haqqında ##.##.2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarda qeyd olunan inzibati cərimə məbləğinin ödənilməsi ilə bağlı 3-17-5-2- *****/**** nömrəli ##.##.2024-cü il tarixli ilkin xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləği ödənilməmişdir. Bu səbəbdən *-**-*-*- *****/**** nömrəli ##.##.2025-ci il tarixli növbəti xəbərdarlıq məktubu göndərilmiş, lakin cərimə məbləğinin ödənilməsi təmin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq iş üzrə icraatın başlanması ilə əlaqədar ##.##.2025-ci il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (ünvan: AZ1113, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova 107) dəvət olunduğu bildirilmişdir. Əyani iştirakın mümkün olmadığı təqdirdə onlayn qoşulmaqla iştirakın təmin edilməsi xahiş olunmuş, onlayn qoşula bilinəcək linkin ünvanı məktuba əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Republikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə sübut olunsa da, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikası IXM-in 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Republikasının Inzibati Xətalar Məcəlləsinin ; 529.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ## #### 2022-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (Inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin II hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə əhatə olunan hüquqazidd əməli Inzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aiddir və Məcəllənin 38.1-ci maddəsinə əsasən göstərilən maddə ilə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən 4 ay keçənədək verilə bilərdi. Hazırda müəyyən olunur ki, inzibati xətanın törədildiyi gündən dörd aydan artıq müddətin keçdiyi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən ##.##.2024-cü il tarixli, MN ******* nömrəli qərarla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmiş, lakin icra edilməmişdir. Bununla əlaqədar, X2 Xidməti tərəfindən ## ######## 2024-cü il tarixli, *-**-*-*-*****/**** nömrəli məktubla, barəsində cərimə tətbiq edilmiş vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cərimənin ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Poçt göndərişinin izlənməsi məlumatlarına (SS906522778AZ) əsasən, bu məktub ## ######## 2024-cü il tarixində çatdırılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətsizliyində IXM-nin 529.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud olsa da, IXMnin 38.1-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb etmə müddəti ötmüşdür. Məhkəmə iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında icraata xitam verməkdə haqlı olmuşdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəisi müavini Tamerlan Məlikl tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2361/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2361/2026
06.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver