Məhkəmə qərarları › İş №3(3-6)-2364/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2364/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2364/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin Mərkəzi Məlumat Xidməti (bundan sonra – səlahiyyətli orqan) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarix, saat 10:19-da idarə etdiyi “Chevrolet Cobalt LTZ minik” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) Qusar şəhəri, Ə.Səfixanov küçəsində yolun hərəkət hissəsinin kənarındakı ikinci cərgədə dayandırmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X4) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilərək, ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və əlavə araşdırma aparılması üçün səlahiyyətli orqana göndərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş, həmin avtomobilin müxtəlif tərəflərdən şəkilmiş 3 ədəd fotoşəkillərindən hərəkətdə olub-olmamasının müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, inzibati xəta haqqında protokol ## #### 2026-cı il tarix, saat 22:16-da tərtib edilsə də, iş materiallarına avtomobilin günün işıqlı vaxtı çəkilmiş fotoşəkilləri əlavə edilmiş, elektron protokol və elektron qərarın real vaxt rejimində tərtib edilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində inzibati cərimə tətbiq edilir. - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-cı maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara hadisənin videogörüntüsünün əlavə edilməməsinə, əlavə edilmiş fotoşəkillərlə isə həmin avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durmasının, eləcə də hadisənin baş vermə vaxtının müəyyən edilməsinin mümkün olmamasına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıdakı sonuncu abzasda göstərilənlərə əsaslanaraq hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə şikayətin müvafiq dəlili ilə əlaqədar qeyd edir ki, səlahiyyətli orqan iş üzrə inzibati tənbeh vermə haqqında qərarı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsini iddia etdiyi ## #### 2026-cı il tarixdə, yəni real vaxt rejimində tərtib etmişdir. Buna görə də şikayətin bunun əksini təşkil edən dəlili əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar