Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2365/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, X5 Oruc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3 Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əzizxan Emonov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinin icrası ilə bağlı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir.. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir Qərardan narazı qalan tələbkar Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı əsassızdır. Belə ki, məhkəmə sübutların qiymətləndirilməsini qeyri obyektiv, natamam,qərəzli və səthi araşdırmışdır. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, icra sənədi üzrə borclu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və borclu məsuliyyət daşıdığını hiss etməlidir Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının izahatını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə, əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən ##.##.2025-ci il tarixdən hesablanmaqla, ##.##.2019-cu il təvəllüdlü X2 və ##.##.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır Bakı Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsinin vermiş olduğu ******** saylı ambulator kitabçadan çıxarışa əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “F32.2” – psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiv epizod xəstəliyi diaqnozu qoyulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin müəssisəyə ##.##.2026-cı il tarixində qəbul olmuş, ##.##.2026-cı il tarixində çıxmışdır Bakı Elmi-X9 İnstitunun vermiş olduğu ******** saylı ambulator kitabçadan çıxarışa əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “J90” –başqa rubrikalarda təsnif olunmayan plevral eksudat xəstəliyi diaqnozu qoyulmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin müəssisəyə ##.##.2026-cı il tarixində qəbul olmuş, ##.##.2026-cı il tarixində çıxmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq işə baxan məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş materiallarında olan izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Tələbkar Zərərçəkmiş şəxs qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2365/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2365/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver