Məhkəmə qərarları › İş №3(3-6)-2366/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2366/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2366/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi - “Leqal Servis” Vəkil Bürosunun vəkili X3 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Dəmirov İsmayıl Təzəxan oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 206-cı maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, barəsində əvvəli ## #### 2026-cı il tarixdən hesablanmaqla 2 (iki) ay müddətə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi və narkomaniyadan məcburi müalicənin tətbiq edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, ona köməklik edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ilə razı deyildir. Himayəsində 3 azyaşlı uşağı vardır. Apellyasiya məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında iş üzrə məhkəmə qərarı ilə təqsirli bilindiyi inzibati xətanı törətdiyini bildirib, şikayətinin məhkəmə qərarı ilə ona təyin edilmiş inzibati həbs tənbeh tədbirinin müddətinin azaldılmaqla təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətin izahatında göstərdiyi məzmunda təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində və apellyasiya məhkəməsi iclasında verdiyi izahatında iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarını işin müəyyən edilmiş faktiki hallarının məzmunu, təqsirli olması və barəsində təyin edilmiş inzibati tənbeh növü ilə bağlı hissədə deyil, yalnız barəsində tətbiq edilmiş inzibati həbs tənbeh tədbirinin müddətinə aid hissədə mübahisələndirmişdir. Məhkəmə iş üzrə verilmiş şikayətin hüdudlarına uyğun olaraq, birinci instansiya məhkəməsinin iş materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu (məhkəmə həmin sübutların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) qəbul etdiyi qərarda düzgün qiymətləndirdiyini, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, həmin nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Məhkəmə hazırki şikayətin birinci instansiya məhkəməsinin tətbiq etdiyi inzibati tənbeh tədbirinin Azərbaycan Respublikası İXM-in 31 və 32-ci maddələrinin tələblərinə uyğun olmamasından ibarət olan dəlilinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. İş üzrə birinci instansiya məhkəməsi qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən halı müəyyən etmədiyini göstərsə də, apellyasiya instansiyası məhkəməsi sonuncunun birinci instansiya məhkəməsi iclasında verdiyi izahatında törətdiyi inzibati xətadan səmimi peşman olduğunu bildirməsini və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş elektron məlumata əsasən himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasının müəyyən edilməsini Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normaları, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməməsi, birinci instansiya məhkəməsindən fərqli olaraq, iş üzrə sonuncunun törətdiyi əməldən səmimi peşman olması və himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasından ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını müəyyən etməsinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirini tətbiq edərkən haqlı olsa da, inzibati həbsi sanksiyada nəzərdə tutulmuş ən yuxarı həddə - 2 (iki) ay müddətə tətbiq edərkən haqlı olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq etdiyi inzibati həbsin müddəti 1 (bir) ay 20 (iyirmi) günə qədər azaldılmalıdır. Həmin müddət Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün kifayətdir. Azərbaycan Respublikası İXM-in: - 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. - 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsaslı olduğuna görə təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilməli, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tətbiq edilmiş 2 (iki) ay müddətə inzibati həbs tənbeh tədbirinin müddəti 1 (bir) ay 20 (iyirmi) günə endirilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.2, 135.1.5, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarı ilə Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə tətbiq edilmiş 2 (iki) ay müddətə inzibati həbs tənbeh tədbirinin müddəti 1 (bir) ay 20 (iyirmi) günə endirilsin. Həmin qərar verilmiş şikayətə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar