Məhkəmə qərarları › İş №3(3-6)-2375/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2375/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2375/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli protokol üzrə ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin EQ ******** nömrəli protokol üzrə ##.##.2026-cı il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində barəsində EQ ******** nömrəli protokol tərtib edilmiş və 100 AZN məbləğində cərimə tətbiq olunmuşdur. Təqdim olunan fotoşəkildə idarə etdiyi SEAT Toledo markalı, ** UV *** nömrəli nəqliyyat vasitəsi 1.26 nişanlanma xəttinin (sarı tor) üzərində dayanmış vəziyyətdə əks olunmuşdur. Həmin qərarla aşağıdakı səbəblərə görə razı deyil və hesab edir ki, bu maddə qeyri obyektiv və ədalətsiz tədbiq olunub. Video çəkilişə baxsanız buna əmin olacaqsınız. Statik fotoşəkil hərəkət dinamikasını əks etdirmir və onun yolayrıcına daxil olduğu andakı yol şəraitini qiymətləndirməyə imkan vermir.

1. X2 Qanuna əsasən, yolayrıcında tıxac yarandığı halda sarı torun üzərinə daxil olmaq qadağandır. Lakin o, yolayrıcına işıqforun icazəverici (yaşıl) siqnalında daxil olduğu zaman hərəkət axını normal idi və tıxacın yaranacağına dair hər hansı ilkin əlamət yox idi. Hərəkət o, yolayrıcına daxil olduqdan sonra gözlənilmədən dayandığı üçün həmin zonada qalmağa məcbur oldu. "X2" Qanunun 75-ci maddəsinə əsasən, işıqforun icazəverici siqnalında yolayrıcına daxil olmuş sürücü, çıxışdakı siqnaldan asılı olmayaraq hərəkəti başa çatdırmalıdır. Onun sarı tor üzərində dayanmağı qəsdən deyil, qarşıdakı nəqliyyat vasitələrinin qəfil dayanması səbəbindən yaranmış fors-major haldır. Yəni o yolayrıcına orda digər avtomobillər olan an yox yalnız avtomobillər hərəkət edən zaman daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin EQ ******** nömrəli protokol üzrə ## ### 2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarının ləğv edilməsini, iş üzrə inzibati xətanın törədilməsi və onun təqsiri kifayət qədər sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə onun iradəsindən kənar baş vermişdir. Hərəkət dayandığı üçün 1.25 nişanı işarələnmiş sahədə olmuşdur. Hüquqi əhəmiyyət daşıyan əsas məsələ nəqliyyat vasitəsinin həmin sahəyə daxil olduğu anda tıxacın və ya hərəkətin dayanmasının artıq mövcud olub-olmaması və sürücünün məhz əvvəlcədən mövcud olan belə şəraitə baxmayaraq yolayrıcına daxil olub-olmamasıdır. Hərəkət dayanması yolayrıcına daxil olduqdan sonra baş vermişdir. Fotoşəkil də bu anı göstərmir. Şəkil əvvəlki vəziyyəti göstərmir. Apellyasiya icraatı zamanı çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilərək haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin EQ ******** nömrəli protokol üzrə ##.##.2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə saat 16:12 radələrində “SEAT TOLEDO MINIK” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəşid Behbudov-28 May küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarının pozulmasına görə Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib cərimə edilmişdir. Işə baxılarkən səlahiyyətli orqan Baş Dövlət Yol Polisi Idarəsinin məhkəməyə təqdim etdiyi hadisənin görüntülərinin qeydə alındığı fotoşəkillərə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobillə Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində göstərilən inzibati xəta törətməsi öz təsdiqini tapır. Məhkəmə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “X2” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “X2” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “X2” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin maddənin IX hissəsinə əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. “X2” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin II-ci hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. “X2” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, 1.25 nişanlanması sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur və bu Qanunun 75-ci maddəsinin II hissəsində nəzərdə tutulan halda sürücülərə yolayrıcında daxil olmanın qadağan edildiyi hissəni (kəsişmə yerini) göstərir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır və bu əmələ görə şəxs yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, inzibati xəta haqqında protokolla müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə hüquqi əhəmiyyət kəsb edən əsas məsələ şikayətçinin svetoforun qırmızı işığında yolayrıcına ilkin daxil olub olmaması deyil, onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcında tətbiq edilmiş sarı rəngli 1.25 nişanlanmasının üzərində dayanaraq kəsişmə sahəsini tutması və digər istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmasıdır. Iş materiallarında olan fotoşəkillərdən görünür ki, şikayətçinin idarə etdiyi “SEAT TOLEDO MINIK” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil yolayrıcının sarı haşiyəli tor nişanlanması — yəni 1.25 nişanlanması üzərində dayanmış vəziyyətdədir. Həmin vəziyyət yolayrıcında hərəkət axınının kəsilməsinə, xüsusilə digər istiqamətdən gələn nəqliyyat vasitələrinin maneəsiz hərəkət edə bilməməsinə səbəb olmuşdur. Məhkəmə həmçinin nəzərə almışdır ki, 1.25 nişanlanmasının məqsədi məhz kəsişmə sahəsinin boş saxlanılmasını təmin etmək, yolayrıcının tıxac səbəbindən bağlanmasının və digər istiqamətlər üzrə hərəkətin iflic edilməsinin qarşısını almaqdır. Şikayətçinin avtomobilinin həmin nişanlanmanın üzərində dayanması isə bu qaydanın faktiki olaraq pozulduğunu təsdiq edir. Şikayətçi pozuntunun baş vermədiyini bildirsə də, təqdim edilmiş fotoşəkillər onun nəqliyyat vasitəsinin yolayrıcının qadağan olunmuş hissəsində dayandığını və bununla digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığını təsdiq edir. Şikayətçinin bu sübutları təkzib edən mötəbər, obyektiv və inandırıcı sübutları məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iş materiallarında olan fotoşəkillər, inzibati xəta haqqında qərar və digər sənədlər birlikdə qiymətləndirildikdə, Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, xüsusi texniki vasitələr və dövlət informasiya sistemlərində əks olunmuş məlumatlar Azərbaycan Respublikası IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı iş üzrə təqdim olunmuş fotoşəkillər hadisənin obyektiv vəziyyətini əks etdirir və şikayətçinin izahatı ilə təkzib olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, şikayətçinin avtomobili yolayrıcında 1.25 nişanlanmasının üzərində qalmaqla kəsişmə sahəsini tutmuş, sağdan gələn nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmış və bununla yolayrıcını keçmə qaydalarını pozmuşdur. Buna görə də barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və şəxsin təqsiri sübuta yetirilmişdir. Ona görə məhkəmə şikayətin dəlilləri ilə razılaşmayaraq onları əsassız hesab edir. Belə ki, apellyatorun yol hərəkəti iştirakçılarına mane olması işin mübahisəsiz halıdır və yolayrıcına daxil olması onu inzibati məsuliyyətdən azad edə bilməz. Bu səbəbdən və yuxarıda qeyd edilənlərdən məhkəmə, birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDI:

Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli protokol üzrə ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar