Məhkəmə qərarları › İş №3(3-6)-2376/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2376/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2376/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Məktəb Həyatı” İctiami Birliyinin sədri nümayəndə1 iştirakı ilə, “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarından “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Protokol tərtib edən orqanlar tərəfindən “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi barəsində İXM-in 462.1-ci maddəsi ilə tərtib edilmiş ## #### 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmiş və bununlada mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verilmişdir. Nəticədə “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Məktəb həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1 -ci maddəsi ilə daxil olmuş müraciət əsasında ictimai birlik təqsirli bilinərək ictimai birliyin 1500 manat cərimə edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Məhkəmənin qənaətinə görə “Məktəb həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi ## ##### 2024-cü il tarixədək maliyyə hesabatlarını təqdim etməməsi səbəbi ilə AR IXM-nin 462.1 -ci maddəsinin tələblərini pozmuş və nəticə etiabri ilə inzibati xətanı törətmişdir. O qeyd edilən qərarla razı deyildir və apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yasamal rayon məhkəməsinin 3(004)- ****/**** saylı ##.##.2024-cü il tarixli qərarı bir sıra maddi və prosessual hüquq normalarını pozduğu üçün ləğv edilməlidir. Barəsində inziabti xəta haqqında iş üzrə icraat aarılan şəxs “Məktəb həyatı” İB artıq 2019-cu ildən bəri fəaliyyət göstərmir. Covid 19 pandemiyasınm yayılması səbəbi ilə “Məktəb həyatı” İB-nin fəaliyyəti tamamilə imkansız olmuşdur. Çünki, fəaliyyət istiqamətləri məktəblərdə layihələrin həyata keçirilməsi ilə bağlı olmuşdur. Pandemiya dövründə məktəblərlə iş görülüməsi imkansız olduğu üçün bu günə qədər “Mıktəb həyatı” İB-nin fəaliyyətin yendiən təşkili mümkün olmamışdır. Bundan əlavə “Məktəb həyatı” İB-nin layihələrə cəlb edilməməsi onun fəaliyyətinin dayandırılması ilə nəticələnib. Bu baxımdan 2019-cu ildə “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişiklərdən xəbərsiz olmuşuq. “Muhasibat uçotu haqqında qanuna edilən dəyişikliklər ümumiyyətlə yeni redaksiyada verilmiş və bununla bağlı onun məlumatı olmamışdır. “Məktəb həyatı” İB-nin fəaliyyətini dayandırması bu baxımdan maliyyə hesabatlarının verilməsi zərurətini aradan qaldırmışdır. Bununla bağlı AR Ədliyyə Nazirliyini şifahi məlumatlandırsa da “Məktəb Həyatı” İB barəsində əsassız olaraq qərar qəbul edilmişdir. “Məktəb həyatı” İB-yə yuxarıda qeyd edilmiş məzmunda yazılı göstəriş daxil olmamışdır. Nəinki, yazılı hətta bunuma bağlı ona telefon yaxud digər əlaqə vasitələri ilə də məlumat verilməmişdir. Halbuki, QHT-lərin qeydiyyat orqanında onunla əlaqə yaratmaq üçün məlumat mövcuddur. Ancaq məhkəmə bu nüansa diqqət ayırmamış əsassız olaraq “Məktəb həyatı” İB-ni inzibati məsuliyyətə cəlb edib qərar qəbul etmişdir. “Məktəb həyatı” şagirdlərin maarifləndirilməsi icitimai birliyi 2023-cü il üzrə maliyyə hesabatlarını qanunvericilikdə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Maliyyə nazirliyinə təqdim etməmişlər. Bununla bağlı olaraq, həmin cəmiyyətdən illik maliyyə hesabatının ## ##### 2024-cü il tarixdən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmiş, eyni zamanda maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar edilmişdir. Lakin “Məktəb həyatı” şagidlərin maarifləndirilməsi ictimai birliyi tərəfindən müəyyən edilmiş vaxtda maliyyə hesabatları təqdim edilmədiyindən, iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə gəlmədiyindən və gəlməməsinin üzrlü səbəbələrini bildirmədiyindən, barəsində inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir.” Qeyd edilən yanaşmadan görünür ki, qərar maddi hüquq normalarım pozaraq qəbul edilmişdir. Əslində AR Maliyyə Nazirliyi “Məktəb həyatı” İB ##.##.2024-cü il tarixədək hesabatı təqdim etmədiyini aşkarladıqdan sonra bizə yazılı olaraq göstəriş ünvanlamalı və 30 gün mii dəclət ərzində hesabatı verməyimizi tələb etməli idi. Yalnız bundan sonra protokol tərtib edərək məhkəməyə müraciət edə bilərdi. Ancaq məhkəmənin qərarından görünür ki, onlar bizə ##.##.2024-cü il tarixə qədər müraciət ediblər. Halbuki, əslində belə bir müraciətlə də bizə müraciət olunmayıb. Ancaq hər halda müraciət olunmuş olsaydı belə bu protokol tərtib edilib məhkəməyə göndərilmək üçün əsas təşkil edə bilməzdi. Çünki, “Qeyri - hökümət təşkilatları haqqında qanunun 31.8-ci maddəsində imperativ qaydada bizə yazılı müraciət edilməsi tələbi öz əksini tapıb. Yalnız bu normaların tələblərinə riayət edildikdən sonra məhkəməyə müraciət etmək olardı ki, bununla bağlı işdə heç bir məlumat yoxdur. Odur ki, qərar ləğv edilməlidir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Məktəb Həyatı” İctiami Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və ona uyğun çıxış edərək əlavə olaraq qərarın ona gec göndərildiyini, apellyasiya şikayəti vermək üçün isə yenidən Yasamal rayon Məhkəməsinə getdiyini, şikayəti verilməsi üçün isə 10 gün vaxt verildiyini bildirdi. Məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsni xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ## ##### 2024-cü il tarixli *-**/*-****/**** nömrəli bildirişindən görünür ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər Və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Protokol tərtib edən orqanlar təqdim etməlidirlər. Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etməyən təşkilatlara bu məktubla yazılı xəbərdarlıq edilir. Yazılı xəbərdarlıqdan sonra maliyyə hesabatlarını 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməyən qeyri-hökumət təşkilatları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar (Maddə 462.1). "Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2009-cu il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2023-cü il üzrə illik maliyyə hesabatlarının Maliyyə Nazirliyinə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı (www.ght-Hesabat.maliyye.gov.az) vasitəsi ilə təqdim olunması xahiş olunmuşdur. Beləliklə, "Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi 2023-cü il üzrə maliyyə hesabatlarını qanunvericilikdə müyyən edilmiş müddətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmişlər. Bununla bağlı olaraq, həmin cəmiyyətdən illik maliyyə hesabatının ## ##### 2024-cü il tarixdən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmiş, eyni zamanda maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. Lakin "Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi tərəfindən müəyyən edilmiş vaxtda maliyyə hesabatları təqdim edilmədiyindən, iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə gəlmədiyindən və gəlməməsinin üzrlü səbəblərini bildirmədiyindən, barəsində inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, "Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi 2023-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməməsi Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallarımüəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” ilə kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarını təqdim edilməsi üçün konkret vaxt müəyyən etmişdir. Odur ki,”Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi tərəfindən 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları audit rəyi ilə birlikdə həmin MTK-nın internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməməsi iş materialları ilə öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 462.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. İş üzrə toplanmış sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi”Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 462.1ci maddəsi ilə tənbeh etmişdir Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ”Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi barəsində inzibati tənbeh tədbiri seçərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1 -ci maddəsini rəhbər tutaraq qərara a l ı r a m: “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi tərəfındən apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməsin. “Məktəb Həyatı” şagirdlərin maarifləndirilməsi ictimai birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar