Məhkəmə qərarları › İş №3(3-6)-2377/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2377/2026

11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2377/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlunun məruzəsi və sədrliyi ilə, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlunun və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəlkili Vəkil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Məmmədli Cavad İbrahim oğlunun iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-1291/2026, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-1291/2026, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlu - ##.##.1977-ci il tarixdə Kürdəmir rayon, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Kürdəmir rayonu, Öyləqulla kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməmişdir. İşin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininin müfəttişləri Seyidli Amil və Məmmədli Cavad tərəfindən tərtib edilmiş edilmiş baxış aktından görünür ki, ünvan 2 ünvanında 4 ədəd yulgun kol kanalizasiya xətinin çəkilməsi ilə bağlı kəsildiyi müəyyən edilmiş, 4 ədəd kəsilmiş yulgun kolun şəkli baxış aktına əlavə edilmişdir. ## ###### 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlu tərəfindən tikinti abadlıq aparılan zamanı 4 ədəd yulgun kolu kəsilmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlu İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 253.3.1-cü maddəsi ilə təqsili bilinərək barəsində 5000 manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlu şikayətlə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlu apellyasiya qaydasında şikayətlə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində tərdib edilmiş ## ###### 2025-ci il tarixli MN ******* saylı qərarında qeyd edilmişdir ki, güya ünvan 4 ünvanında tikinti və abadlıq işləri aparılarkən köküstə yaş inkişafda olan 4 ədəd yoğun kolun qanunsuz kəsilməsi nəticəsində inzibati xəta törətmişdir. İnizbati xəta haqqında qərarda qeyd olunan kolun sayı 4 deyil, 2 olmuş və hazırda da qeyd olunan kollar köküstü yaş və yaşıl halda yerindədir (qeyd olunan halı təsdiq edən foto şəkilləri şikayətinə əlavə etmişdir). Şikayət ərizəsində qeyd olunduğu kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xəta haqqında protokolda qeyd olunan tikinti və abadlıq işləri aparılmamış, kollar kəsilməmiş, evinin yanından keçən kanalizasiya xətinə mane olduğu üçün onun tərəfindən yalnız iki kolun budaqları budanmış, bununla belə kolara heç bir ziyan dəyməmişdir. Müvəkkili məhkəməmin iclasında raport tərtib etmiş polis müvəkkili və inzibati xəta haqqında qərar qəbul etmiş inzibati orqanın əməkdaşının məhkəmənin iclasında iştirakı təmin edilərsə şikayətində qeyd olunan halları, yəni onun tərəfindən qeyd olunan kolların kəsilməməsi yalnız budanmasını təsdiq edəcəklərini qeyd etsə də, hakim qeyd olunan şəxslərin məhkəmənin iclasında iştiraklarının təmin edilməsi üçün məhkəmə iclasını təxirə salmamış, qeyd olunan həmin halı araşdırmamışdır. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı prosessual pozuntuya yol verilməməsi yalnız özü özlüyündə şəxsin inzibati xəta törəməsinin sübutu kimi qəbul edilə bilməz, yalnız qərarda qeyd olunan inzibati xətanın tənbeh edilmiş şəxs tərəfindən törətməsi müəyyən olunarsa inzibati qərarın qanuni olması qəbul edilə bilərdi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlu və müdafiəçisi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən Məmmədli Cavad İbrahim oğlu şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində müdafiəçi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları qiymətləndirərək qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu qənaətə nəyə görə gəldiyini qərarda əsaslandırmadan, şikayətçinin dəlillərini yoxlamadan, inzibati orqanın nümayəndəsinin iştirakı təmin edilmədən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərara istinad edilməklə yekun nəticəyə gəlinmişdir ki, bu məhkəmənin funksiyası və qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda şikayətçinin ünvan 1 ünvanında tikinti abadlaşdırma işləri aparılarkən köküstə yaş bioloji inkişafda olan 4 ədəd yulğun kolun qanunsuz qaydada kəsərək məhv etməsi göstərilmişdir. Şikayətçi isə bunu inkar etmiş, inzibati tənbeh vermə haqqında qərarla razılaşmadığını, kolun sayının 4 deyil, 2 olduğunu və hazırda da qeyd olunan kollar köküstü olduğunu, protokolda qeyd olunan tikinti və abadlıq işləri aparılmadığını, evinin yanından keçən kanalizasiya xətinə mane olduğu üçün iki kolun budaqlarının budandığını bildirmişdir. İş materiallarından görünür ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi ##.##.2025-ci il tarixli, 48- */*-**** nömrəli məktubla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək ünvan 2 ünvanında 2 ədəd yulgun kolun kəsildiyini, ziyanın müəyyənləşdərilməsi üçün əməkdaş ayrılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi ünvanlandığı müraciəti edərək, baxış zamanı məktubda qeyd olunan ünvanda köküstə yaş bioloji inkişafda olan 4 ədəd yulğun kolunun kanalizasiya xəttinin çəkilməsi zamanı kəsilərək məhv edilməsi faktı müəyyən edildiyini, lakin təqsirkar şəxsin müəyyənləşdirilməsinin mümkün olmadığını bildirib, təqsirkar şəxs və ya şəxsləri barədə zəruri məlumatların təqdim edilməsi xahiş etmişdir. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən ##.##.2025-ci il tarixli, 48- */*- **** nömrəli cavab məktubunda (icraçı baş təhqiqatçı E.Mirzəyev) ünvan 2 ünvanında 4 ədəd yulgun kolun kəsən Qərardan şikayət verən orqan (şəxs) olduğunu bildirmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin təhqiqatçısı R X3 faktla bağlı araşdırma apardığını, 2 ədəd kolun Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsildiyini onun izahatı əsasında müəyyən etdiyini, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən ##.##.2025-ci il tarixli, 48- */*-**** nömrəli məktubunun tərəfindən hazırlandığını, məktubda texniki səhvə yol verildiyini və kolun 2 deyil, 4 ədəd yazıldığı, həqiqətdə isə 2 ədəd kolun Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsildiyini bildirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib edən şəxs Məmmədli Cavad İbrahim oğlu izahatında hadisə yerinə baxış zamanı 4 ədəd yulgun kolun kəsilməsini müəyyən etdiyini, kim tərəfindən kəsilməsi isə müəyyənləşdirilə bilmədiyini, kollar kəsilərkən orada olmadığını, kim tərəfindən kəsildiyini görmədiyini bildirmişdir. Bu səbəbdən, müvafiq polis bölməsinə müraciət etdiklərini, verilmiş cavab məktubuna əsasən Qərardan şikayət verən orqan (şəxs) tənbeh edildiyini qeyd etmişdir. Məhkəmə nəzərə alır ki, kəsilmiş yulgun kolunun sayı ilə bağlı təqdim edilmiş sübutlar arasında ziddiyyət mövcuddur. Çünki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi ##.##.2025-ci il tarixli, 48- */*-**** nömrəli məktubda 2 ədəd yulgun kolun kəsildiyini göstərmiş, bu hal Qərardan şikayət verən orqan (şəxs) izahatı ilə oxşar olmuşdur. Səlahiyyətli orqanın məhz 4 ədəd yulgun kolun Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsilməsi barədə yeganə istinad etdiyi sübut Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin ##.##.2025-ci il tarixli, 48- */*-**** nömrəli cavab məktubu olmuşdur ki, həmin məktubu tərtib edən və iş üzrə araşdırma aparan baş təhqiqatçı Elşad Mirzəyev məktubda texniki səhvə yol verildiyini və kolun 2 deyil, 4 ədəd yazıldığı, həqiqətdə isə 2 ədəd kolun Qərardan şikayət verən orqan (şəxs) tərəfindən kəsildiyini bildirmişdir. Beləliklə, məhkəmə qəbul edir ki, Qərardan şikayət verən orqan (şəxs) 2 ədəd yulgun kolunu kəsməsi özünü etirafı, təhqiqatçının izahatı, baxış aktı və fotoşəkillərlə təsdiq olunur. Qərardan şikayət verən orqan (şəxs) 2 ədəd yulgun kolunu məhz tikinti və abadlaşdırma işləri aparılarkən kəsməsi ilə bağlı tövsifedici əlamət də mötəbər sübutlarla təsdiqini tapmamışdır. Çünki, o, həmin ərazidə hər hansı tikinti və abadlaşdırma işləri aparmadığını göstərmiş, səlahiyyətli orqan həmin kolların tikinti və abadlaşdırma işləri aparılarkən kəsilməsi barədə sübutlar təqdim etməmişdir. Belə olan halda, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyinə dair səlahiyyətli orqan tərəfinin təqdim etdiyi sübutlarda aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin onun xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs) 4 ədəd yulgun kolunu tikinti və abadlaşdırma işləri aparılarkən kəsməsində ittiham olunaraq təqsirli bilinməsi inzibati xətalar qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. İXM-in 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Şikayətçidən, təhqiqatçıdan, inzibati xəta haqqında protokolu tərtib edən şəxsdən alınmış izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları və Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi İXM-in 253.3.1-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı aydın olur. Qərardan şikayət verən orqan (şəxs) mübahisəsiz qəbul edilən əməlinə gəldikdə, məhkəmə nəzərə alır ki, inzibati xətalar qanunvericiliyində əməlin tövsif edilməsi ilə bağlı bilavasitə normalar nəzərdə tutulmamışdır. Bununla belə, qanunvericilik bunu qadağan etməmiş, əksinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarındakı şərhlər bunun mümkün olduğunu göstərmişdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Məsələn, Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşı iş üzrə # #### 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə ## ###### 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd etmişdir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyində əməlin tövsifini qadağan edən normalar olmamış, inzibati xətalar qanunvericiliyində əməlin tövsif edilməsi ilə bağlı normaların olmaması da məhəkəmənin əməli tövsif etmək kimi imkanını məhdudlaşdırmamışdır. Məhkəmə bir daha qeyd edir ki, əməlin tövsifini tənzimləyən normalar maddi hüquq norması olmamaqla prosessual münasibətləri tənzimləməkdədir. Yuxarıda sadalanan normalar da, qanunun analogiya üzrə tətbiqinin o zaman mümkün olduğunu göstərmişdir ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə onu da nəzərə alır ki, İXM-in 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin İXM-in məhz hansı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxması konkret göstərilmişdir. Hazırda mübahisələndirilən xəta haqqında işə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) aid edilmişdir. Lakin, hazırkı icraat ilkin icraat olmamaqla inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması icraatıdır və bu halda da məhkəmənin İXM-in 43.1-ci maddəsində nəzərtə tutulmayan xətalara dair işlər üzrə yekun nəticəyə gəlmək səlahiyyəti də qanunvericiliklə məhdudlaşdırılmamışdır. Aydındır ki, inzibati xətalara dair qanunvericilikdə inzibati tənbehlə əlaqədar müvafiq icra hakimiyyəti orqanın qərarından məhkəməyə şikayət vermək hüququ mövcuddur. Bu halda, qanunvericilik məhkəməyə (hakimə) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar nəzərdə tutmuş, bunun nəticəsi olaraq qəbul ediləcək qərarları sadalamışdır. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İXM-in 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göründüyü kimi, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar yalnız səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması zamanı mümkündür. Digər - İXM-in 135.1.2 – 135.1.5-ci maddələrində nəzərdə tutulan hallarda isə hakim müstəsna olaraq qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək səlahiyyətindədir. Qeyd olunan normaların müqayisəli təhlili onu göstərir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim İXM-in 135.1.2 – 135.1.5-ci maddələrində nəzərdə tutulan halları müəyyən edərsə onun səlahiyyəti yalnız İXM-in 43.1-ci maddəsində nəzərdə tutulan xətalara münasibətdə məhdudlaşmır, əksinə İXM-in 43.1-ci maddəsində nəzərdə nəzərdə tutulmayan xətalar üzrə qəbul edilmiş qərarların dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması səlahiyyətini nəzərdə tutur ki, bu zaman xətanın İXM-in 43.1ci maddəsində nəzərdə tutulan xəta olub-olmamasını qanunvericilik fərqləndirmir. İXM-in 135.2-ci maddəsinin tələbləri də bu mövqeyi dəstəkləyərək müəyyən edir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Yəni, bu norma barəsində qərar qəbul edilmiş şəxsin şikayəti üzrə onun vəziyyətini yüngülləşdirən qərarın qəbulunu da nəzərdə tutumuşdur. Qanunvericiliklə yanaşı məhkəmə təcrübəsi də, onu göstərir ki, məhkəmələr İXM-in 43.1ci maddəsində nəzərdə nəzərdə tutulmayan xətalara münasibətdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxan zaman həmin qərarı ləğv etməklə yanaşı iş üzrə icraata xitam verməklə, bununla da, işi mahiyyəti üzrə həll etməklə yekun qərar qəbul edirlər. Əks yanaşma, hakimin, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilməsi və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması barədə səlahiyyətini də anlamsız edərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Həmin Qərarda göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması həmin qərarı qəbul etmiş orqanın səhvlərinin düzəldilməsinin vasitəsi kimi çıxış edir. Bu növ icraatda məhkəmə (birinci və ya apellyasiya instansiyası məhkəməsi) araşdırması zamanı işin hallarının hərtərəfli və tam öyrənilməsinə, törədilmiş inzibati xətaya lazımi hüquqi qiymətin verilməsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının təmin edilməsinə maneə yaratmış qanun pozuntusu müəyyən edilərək aradan qaldırılır. Bu isə məhkəməyə imkan verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim tərəfindən qəbul olunmuş qərarın qanuniliyinin yoxlanılması nəticəsində həmin qərarın işin faktiki hallarına və ya inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olmadığı təqdirdə onu dəyişdirsin, ləğv edərək yeni qərar çıxarsın və ya işin yenidən baxılması üçün göndərilməsi haqqında qərar qəbul etsin. Bununla da səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya hakimin icraat zamanı yol verdiyi səhvlər aradan qaldırılır. Prosessual qənaət prinsipi də məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Məhkəmə yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, hazırkı halda qanunun analogiya üzrə tətbiqi mümkündür və oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində tənzimlənmədiyindən qanunun analogiyası tətbiq edilməklə məsələ Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə şikayətçinin əməlində İXM-in 253.3.1-ci maddəsinin tərkibinin sübuta yetirilməməsi ilə razılaşsa da, onun tamamilə təqsirsiz olması qənaətində deyil. Məhkəmə təkrarlayır ki, Qərardan şikayət verən orqan (şəxs) iki kolu kəsməsi mübahisəsizdir və onun əməli İXM-in 253.2-ci maddəsinin tərkibi ilə uzlaşmışdır. İXM-in 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Məhkəmə yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin və inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-1291/2026, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, onun İXM-nin 253.3.1-ci maddəsi ilə tənbeh edilməsinə dair ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli, o, İXM-in 253.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməlidir. Beləliklə, şərh olunanlara əsasən və İXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(5-96)-1291/2026, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Əlişirin oğlunun İXM-nin 253.3.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilsin, o, İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar