Məhkəmə qərarları › İş №3(3-6)-2378/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2378/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2378/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 511.1.3-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla, 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti onunla əsaslandırmışdır ki, o, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş ## #### 2026-cı il tarix, saat 13:00-da “Mercedes Benz E 220D” markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobili Aeroport yolu ilə “Azneft” dairəsi istiqamətində idarə edərkən Bağırov körpüsünə çatmamış dönmə işığından istifadə etməklə, yolun boş olmuş zolaqlarına keçmiş, bu zaman digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamış, avtomobili qəflətən sürətləndirməmiş, davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarmamış, yolun səthində təkər izlərinin buraxılmasına səbəb olan hər hansı hərəkətə yol verməmiş, ictimai qayda pozuntusuna yol verməmiş, ictimai asayişi pozmamışdır. Bundan təxminən 10-15 dəqiqə sonra polis əməkdaşı tərəfindən onun idarə etdiyi avtomobil saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan videogörüntünü düzgün tədqiq etməmişdir. Beləliklə, o, iş üzrə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin dispozisiyasında göstərilən hərəkətləri etmədiyindən həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsini qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatında əlavə olaraq göstərmişdir ki, iş materiallarında olan videogörüntü əsasında onun avtomobili idarə edərkən etdiyi hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş avtoxuliqanlıq deyil, 327.1-ci maddəsində nəzərdə tutulmuş manevr etmə qaydalarının pozulmasından ibarət inzibati xətanın tərkib əlamətlərinin olması aydın görünür. Buna görə də o, səlahiyyətli orqana şəxsən yazdığı izahatında iş üzrə avtoxuliqanlıq deyil, manevr etmə qaydalarının pozulmasından ibarət inzibati xətanı törətdiyini etiraf etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, səlahiyyətli orqan və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sonuncunun iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 511.1.3, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olduğunu hesab etmişlər. Azərbaycan Respublikası İXM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 327.1-ci maddəsində manevr etmə qaydalarının pozulmasına, - 511.1.3-cü maddəsində isə avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin və ya mopedin sürücüsü tərəfindən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin dispozisiyasına əsaslanaraq qeyd edir ki, qanunverici həmin maddədə sürücünün mexaniki nəqliyyat vasitəsini idarə edərkən intensiv, sürətli və ya çoxsaylı manevrlər etməsini öz-özlüyündə avtoxuliqanlıq hesab etməmiş, əməlin avtoxuliqanlıq kimi tövsif edilməsi üçün sürücünün mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməsi, bununla əlaqədar onun təkərlərin yolun səthi ilə davamlı sürtünmə səslərini çıxarması və ya yol səthində çoxsaylı təkər izlərini buraxmasından ibarət qərəzli hərəkətləri ilə həmin Məcəllənin 511.1-ci maddəsinin ümumi dispozisiyasına uyğun olaraq, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozması və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsinin həmin inzibati xətanın zəruri tərkib əlamətləri kimi müəyyən edilməsini tələb etmişdir. Beləliklə, Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyət sürücünün ictimai qaydanı yalnız birbaşa qəsdlə, yəni bilərəkdən, məqsədyönlü və nümayişkaranə şəkildə pozmaq niyyəti ilə hərəkət etdiyi halda yarana bilər. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən, iş materiallarında olan videogörüntü əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarix, saat 13:00-da “Mercedes Benz E 220D” markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasından ibarət qərəzli hərəkətlər etməsinin müəyyən edilməsinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi isə iş materiallarında olan, məhkəmə iclasında tədqiq etdiyi videogörüntü əsasında obyektiv olaraq müəyyən etmişdir ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Mercedes Benz E 220D” markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə saniyə ərzində müvafiq ardıcıllıqla qəza və sağa dönmə işıq siqnallarını yandırıb, kəskin (qəfil) sürətləndirmədən yolun sol tərəfdən birinci zolağından sağ tərəfdə boş olmuş ikinci və üçüncü zolaqlarına, daha sonra sağ tərəfdən birinci zolağından sol tərəfdən ikinci - orta zolağına, ardınca qəza işıq siqnalını yandırıb, avtomobilin sürətini azaldıb iki avtomobilin arasından ikinci – orta zolağından sol tərəfdəki birinci zolağına doğru idarə etdirmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Mercedes Benz E 220D” markalı, **-QP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən kəskin sürətləndirməməsi, əksinə, sonuncu epizoddakı manevr zamanı avtomobilin sürətini azaltması, avtomobillə manevr etməmişdən əvvəl ya sağa dönmə, ya da qəza (təhlükə) işıq siqnallarını yandırması "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XI hissəsinə uyğun olaraq yoldakı digər nəqliyyat vasitələrinin sürücülərinə əvvəlcədən xəbərdarlıq etmək niyyətində olması, bu səbəbdən davranışının ətrafdakılara nümayişkaranə hörmətsizlik deyil, xəbərdarlıq etmək xarakterli olması, həm bu hallar, həm də iş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin avtomobili idarə edərkən təkərlərinin yolun səthi ilə davamlı sürtünməsindən yaranan səslərin çıxması və ya yol səthində iz buraxmasını təsdiq edən sübutun olmaması, əksinə, iş materiallarında olan videogörüntü ilə bu halların təkzib edilməsi onun yuxarıdakı sonuncu abzasda göstərilən hərəkətləri ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək məqsədilə etməməsi, beləliklə də, əməlində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmaması barədə nəticəyə gəlməyə kifayət qədər əsas verir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd edilən hərəkətləri səlahiyyətli orqan tərəfindən gələcəkdə həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş manevr qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Beləliklə, birinci instansiya məhkəməsinin işin yuxarıda göstərilən, mühüm əhəmiyyət kəsb edən faktiki hallarını düzgün araşdırıb, müəyyən etməməsi, gəldiyi nəticənin işin həqiqi hallarına uyğun olmaması qəbul etdiyi qərarın qanunsuz və əsassız olması ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətin dəlilləri əsaslıdır. Azərbaycan Respublikası İXM-in: - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, səlahiyyətli orqanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 53.1.2, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar