Məhkəmə qərarları › İş №3(3-6)-2379/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2379/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2379/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Republikası DİN-in Bakı şəhəri BPİ-nin X1 İdarəsinin nümayəndəsi X2 və şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İlham qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İlham qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İlham qızı Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026- cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə, saat 13:13-də Mirəli Qaşqay küçəsi 175 ünvanda polis əməkdaşı tərəfindən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) İlham qızı qaydanı pozmadığını bildirsə də, polis əməkdaşı ona qarşı kobud rəftar etmişdir. Daha sonra ona 100 manat və 3 bal gəldiyini müəyyən etmişdir. Qeyd olunur ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İlham qızının şikayəti qismən təmin edilmiş, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) İlham qızı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) İlham qızı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Republikası DİN-in Bakı şəhəri BPİ-nin X1 İdarəsinin nümayəndəsi X2 şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli, TP seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İlham qızı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) İlham qızı ##.##.2026-cı il tarixdə saat 13:13-də ünvan 1 ünvanda “TESLA MODEL 3” minik markalı, **-XM-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə hazrda da iş materiallarını təhlil edərək və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İlham qızının barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-ci maddəsinin tələblərinə əsasən məhkəmə qəbul olunmuş qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün hakimə və ya səlahiyyətli orqana o halda qaytarır ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntuları mövcud olsun. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İlham qızı tərəfindən apellyasiya şikayətində istinad edilmiş dəlillər şikayətin təmin olunması üçün əsas deyil. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilən qərar ləğv edilməməli, verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İlham qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar