Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2381/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Oruc qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X5 bölməsinin baş təhqiqatçısı X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, № *****-*****/** nömrəli inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ### 2022-ci il tarixdə, ***/**-*-*** nömrəli ərizə ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə buraxılış ili 2018-ci il, “XTS431184J2515145” şassi nömrəli, “Kamaz 43118-3027- 46” markalı hidravlik qaldırıcı avtomobilin əsaslı təmiri məqsədilə 1 il müddətinə xaricdə emal xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi üçün müraciət olunmuşdur. Həmin müraciət əsasında ##.##.2022-ci il tarixli, 01222000035803 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunmuş, nəqliyyat vasitəsi xaricdə emal gömrük prosedurunda yerləşdirilmişdir. ## ### 2022-ci il tarixdə həmin nəqliyyat vasitəsi “Samur” gömrük postundan keçərək ölkə ərazisini tərk etmiş, Rusiya Federasiyasına aparılmışdır. Araşdırma zaçamı “VAİS” sisteminə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 2018-ci il buraxılışlı, “XTS431184J2515145” şassi nömrəli, “Kamaz 43118-3027-46” markalı nəqliyyat vasitəsi xaricdə emal gömrük prosedurunun müddəti bitməmiş, ##.##.2022-ci il tarixdə “Samur” gömrük postundan keçərək ölkə ərazisinə gətirilmişdir. Yəni xaricdə emal gömrük proseduru üçün nəzərdə tutulmuş müddət pozulmamışdır, nəqliyyat vasitəsinin müddəti bitmədən ölkə ərazisinə gətirilməsi təmin edilmişdir. Lakin gömrük rəsmiləşdirilməsi qaydasıpozulmuş, üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməmişdir. Belə ki, nəqliyyat vasitəsi sərhədi keçərkən təkrar idxal gömrük prosedurunda yerləşdirilməmiş, ümumiyyətlə hər hansı gömrük prosedurunda yerləşdirilməsi üçün müraciət edilməmişdir. ##.##.2026-cı il tarixli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 0126100078084 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 2018-ci il buraxılışlı “XTS431184J2515145” şassi nömrəli, “Kamaz 43118-3027-46” markalı nəqliyyat vasitəsi təkrar idxal gömrük prosedurunda yerləşdirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitm verilməsini xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam hərtərəfli obyektiiv araşdırmadan qərar qəbul etmişdir. İş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X5 bölməsinin baş təhqiqatçısı X1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, dair dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə- fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə (“VAİS”-ə) baxış keçirilməsi haqqında ## ### 2026-cı il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ixrac olunan mallar barədə məlumatları dəqiqləşdirmək üçün Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “avtomobil nəqliyyatı” altbölməsindən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ixrac olunan mallar barədə mövcud olan məlumatlar götürülmüş, baxış zamanı müəyyən edilmişdir ki, 2018-ci il buraxılışlı, “XTS431184J2515145” şassi nömrəli, “Kamaz 43118- 3027-46” markalı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə “Samur” gömrük postundan keçərək ölkə ərazisini tərk etmişdir. ##.##.2022-ci il tarixdə “Samur” gömrük postundan keçərək ölkə ərazisinə gətirilmişdir. İş materiallarında olan məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, buraxılış ili 2018- ci il, “XTS431184J2515145” şassi nömrəli, “Kamaz 43118-3027-46” markalı hidravlik qaldırıcı avtomobil ölkə ərazisindən ## ### 2022-ci ildə çıxarılaraq xaricdə emal gömrük proseduru altında yerləşdirilmiş, ## ### 2022-ci il tarixdə ölkə ərazisinə gətirilməsinə baxmayaraq idxal gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət etməmiş, bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsinin üsulu barədə müəyyən olunmuş tələblərə əməl edilməmişdir. Həmçinin Qanunvericiliyin tələblərindən də görünür ki, müvəqqəti olaraq xaricə göndərilmiş mal yenidən ölkə ərazisinə qayıtdıqda idxal gömrük proseduru altında yerləşdirilməsi təmin edilməlidir. Gömrük bəyannaməsini təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.. Beləliklə, məhkəmə hüquqi şəxsin nəqliyyat vasitəsinin ölkə ərazisinə gətirilərək gömrükdən keçməsini əsas gətirərək nəqliyyat vasitəsinin idxal gömrük proseduru altında yerləşdirilməməsi ilə bağlı dəlilini özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2381/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2381/2026
03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver