Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2383/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edimiş materiallardan müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi və həmin şikayətə baxılması üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadının ləğv edilməsi, müddətin bərpa olunaraq işə mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri qismində göstərilmişdir ki, inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan şikayət vermə müddətinin ötürülməsi üzrlü səbəbdən baş vermişdir. Belə ki, ##.##.2026-cı il tarixli İXP805278 protokolun tərtib edildiyi gün ərizəçi tərəfindən qərarı qəbul etmiş yuxarı inzibati orqana- BDYPİ-ə elektron və şifahi qaydada müraciət edilmişdir. Yuxarı inzibati orqana müraciət edilmiş və cavab gözlənilmişdir. Mübahisənin inzibati qaydada həll olunacağına əsaslı ümid olduğundan məhkəməyə şikayət vermə müddəti ötürülmüşdür. Buna görə də, DYPİ-nin BDYPİ-nin ##.##.2026-cı il tarixli, TP******* nömrəli qərarına iddiaçı tərəfindən şikayət verilməsi üçün buraxılmış müddət üzürlü hesab edilərək bərpa edilməli və şikayət icraata qəbul edilərək baxılmalıdır. İddiaçı tərəfindən inzibati orqana protokol verildiyi gündən dərhal dəfələrlə müraciət edilərək inzibati tənbeh haqqında qərarın əsaslandırılması, hadisəni təsdiq edən video və foto materialların təqdim olunması tələb edilmişdir. Lakin müraciətlərə mahiyyəti üzrə baxılmamış, hadisəni təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmişdir. Son nəticədə inzibati orqan qərarının əsaslılığını, sübut edə bilmədiyindən, tətbiq olunmuş cərimənin və cərimə balının yalnız məhkəmə qərar, əsasında silinə biləcəyini bildirmişdir. Bu hal cavabdehin qərarın qanuniliyini və əsaslılığını inzibati qaydada müdafiə edə bilmədiyini göstərir. Məhkəmə dəfələrlə etdiyi müraciətlərə və cavab gözlədiyi üçün müddətin ötürdüyünə nəzər yetirməmişdir, müraicətlərin surəti isə elektron məhkəməyə əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X1 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayətə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, şikayətçi səlahiyyətli orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmiş, şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müddətin bərpası barədə verilmiş vəsatətin təmin olunmamasına münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və ədalətli qərar qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilən əsaslar isə subyektiv mülahizələrdən ibarət olmuşdur ki, bu hal özlüyündə şikayətin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilənlər və apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarını ləğv etmək üçün əsas vermir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2383/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2383/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver