Məhkəmə qərarları › İş №3(3-6)-2385/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2385/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2385/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs – “OMİD” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) müdafiəçisi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X4 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi inzibati tənbeh vermə haqqında ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın X3 verdiyi şikayət üzrə araşdırma apararkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunun “OMİD” MMC-yə çatdırılmasına baxmayaraq, həmin Cəmiyyətin səlahiyyətli orqana göstərilən məktubda qeyd edilmiş sənədləri 7 iş günü ərzində tam şəkildə təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-nin) 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbirini tətbiq etmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin qərardan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi şikayətində onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim əsədova Gültəkin Akif qızı) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi, səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarından X6 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X3 şikayəti əsasında araşdırma aparması ilə əlaqədar “OMİD” MMC-yə göndərdiyi məktubda qeyd etdiyi sənədlərin 7 iş günü müddətində təqdim edilməsini xahiş etmiş, həmin Cəmiyyət bu məktubda göstərilən sənədləri tam təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində, həmçinin sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğundan, iş üzrə birinci instansiya məhkəməsinin inzibati xəta hadisəsinin olmamasına dair müvafiq nəticəyə gəlməsi qanunsuzdur. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən sonra, yəni ## #### 2026-cı il tarixdə qalan sənədləri təqdim etməsi onu inzibati məsuliyyətdən azad etmir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlilində göstərdiyi hal üzrə tərtib etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “OMİD” MMC səlahiyyətli orqana ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda və qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarında ümumi şəkildə qeyd etdiyi sənədlərin müəyyən müddətə tərtib edilmiş hissələrini ## #### 2026-cı il tarixli məktubu ilə təqdim etdiyinə, bu halı səlahiyyətli orqan mübahisələndirmədiyinə görə birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə bu barədə nəticəyə gələrkən onu da nəzərə alır ki, səlahiyyətli orqan “OMİD” MMC-yə göndərdiyi ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda ona qeyd etdiyi sənədlərin konkret olaraq hansı dövrdə tərtib edilmiş hissələrinin təqdim edilməli olmasını göstərmədiyinə görə həmin Cəmiyyət səlahiyyətli orqana müvafiq sənədlərin konkret göstərilməmiş müddət ərzində tərtib edilmiş hissələrini göndərməməyə görə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət əsassızdır. Buna görə də səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar