Məhkəmə qərarları › İş №3(3-6)-2386/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2386/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2386/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, X5 və tələbkar Er Mehmetin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına ##.##.2026-cı il tarixdə Bakı şəhəri Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* saylı ##.##.2026-cı il tarixli protokoldan görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə borclu “xxxx” MMC-nin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumilikdə 4318 AZN pul məbləğini ödəmyərək icra məmurunu qanuni tələblərini yerinə yetirməmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Mən borcun ödənilməsindən qəsdən yayınmamışam və heç bir zaman məhkəmə qərarının icrasından imtina etməmişəm. Məhkəmə iclasında da bildirdiyim kimi, mövcud maliyyə vəziyyətimə görə borcun tam məbləğini birdəfəyə ödəmək imkanım olmamışdır. Buna görə də borcun hissə-hissə ödənilməsinə imkan verilməsini xahiş etmişəm. Qeyd etmək istəyirəm ki, rəhbəri olduğum “xxxx” MMC fəaliyyətini dayandırmışdır və hazırda şirkətin fəaliyyəti yoxdur. Şirkətin fəaliyyət göstərməməsi səbəbindən daimi və sabit gəlir mənbəyim mövcud deyil. Bundan əlavə, hazırda vergi orqanları qarşısında təxminən 3500 (üç min beş yüz) manat vergi borcum vardır və həmin borcu da hissə- hissə ödəyirəm. Mövcud maliyyə vəziyyətim həm bu borcların, həm də digər öhdəliklərimin vaxtında yerinə yetirilməsini çətinləşdirir. Bununla yanaşı, borcun ödənilməsi istiqamətində real addımlar atmış və Protokolu tərtib edən orqan depozit hesabına 500 (beş yüz) manat məbləğində ödəniş etmişəm. Bu fakt mənim borcdan yayınmadığımı, əksinə imkanlarım daxilində öhdəliklərimi yerinə yetirməyə çalışdığımı açıq şəkildə göstərir. Mən uzun illərdir turizm sahəsində fəaliyyət göstərirəm və heç vaxt qanunvericiliyin tələblərinə qəsdən əməl etməməyə çalışmamışam. Hazırkı vəziyyət yalnız maliyyə çətinlikləri ilə bağlı yaranmışdır. Hesab edirəm ki, məhkəmə mənim maddi vəziyyətimi, şirkətin fəaliyyətinin dayanmasını, vergi borclarımın olmasını və icra şöbəsinin depozit hesabına etdiyim 500 manat ödənişi kifayət qədər nəzərə almamışdır. Bu hallar məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməli idi. Tətbiq edilmiş 1200 manat məbləğində inzibati cərimə mənim hazırkı maliyyə vəziyyətim üçün olduqca ağırdır və vəziyyətimi daha da çətinləşdirir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Bakı şəhəri Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verilmiş şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, tələbkarla razılığa gəlmişlər, qarşı tərəfə hissə-hissə ödənişlər edir. İki ay ərzində 900 manat ödəniş etmişdir, Sonuncu dəfə 400 manat ödəniş etmişdir. Bundan əvvəlki ay 500 manat ödəniş etmişdir. İmkanı zəif olduğundan birdəfəlik ödəniş edə bilmir. İcradan yayınmır, sadecə imkanı olmadığından birdəfəlik ödəyə bilmir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı tələbkar Erdal Cakmak və tələbkar Er Mehmet qarşı tərəflə razılığa gəliblər, hissə-hissə ödəniş edilmişdir. İki aydır hissə-hissə ödəniş edilmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığından xitam verilməlidir. Belə ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025- ci il tarixli icra sənədindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən X1 xeyrinə 2095 manat, X2 xeyrinə 2095 manat pul tutularaq ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu olaraq cavabdeh "xxxx" MMC-dən 64 manat X1, 64 manat X2 ödənilməlidir. “Tələbin könüllü icrası” haqqında ##.##.2025-ci il tarixli № e******/****-**-** saylı bildirişdən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2(005)- ****/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, ##.##.2026 –cı il tarixində 500 manat ödəniş olmuşdur. Bu ay isə tərəflərin bildirdiklərinə görə 400 manat ödəniş edilmişdir. Məhkəmə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Belə ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli icra vərəqəsi üzrə təyin edilmiş borcdan tələbkarın xeyrinə hissə-hissə ödənişlər etmişdir. Son aylarda iki dəfə ödənişlər etmiş və tələbkar tərəf borclu tərəfindən hissə-hissə borcun ödənilməsinə razı olduqlarını bildirmişlər. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədi üzrə yaranmış borcun tam şəkildə icra edə bilməməsinə baxmayaraq məhkəmə hesab edir ki, bu hərəkətlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maddi imkanının olmaması ilə əlaqədar olmuş, icra sənədini icra etməkdən boyun qaçırması qərəzli hərəkətlərlə nümayiş etdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə, hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134.1.3, 135 və 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli ı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində MN seriyalı ******* saylı ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar