Məhkəmə qərarları › İş №3(3-6)-2387/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2387/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2387/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnam Bayram-M” mənzil-tikinti kooperativi öz nizamnaməsi ilə qarşıya qoyduğu məqsədə uyğun olan iştirakçılarının mənzil təminatını ödəmək məqsədilə ünvan 1 ünvanda Bakı şəhəri İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli Sərəncamı ilə 18 mərtəbəli 4 girişli yaşayış binasının inşasına başlamışdır. Yaşyış binasının inşası başa çatmış və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının ##.##.2017-ci il tarixli Aktı ilə yaşyış binası istismara qəbul edilmişdir. Həmin tarixdən etibarən kooperativ tərəfindən hər hansı başqa fəaliyyət icra edilmiş, kooperativ qarşıya qoyduğu məqsədə çatdığı üçün vergi orqanına müraciət olunaraq vergi ödəyicisinin fəaliyyətinin dayandırılması xahiş edilmişdir. Eyni zamanda kooperativ və onun inşa etdiyi yaşayış binasının sakinləri tərəfindən yaşayış binasına xidmət göstərilməsi məqsədilə kənar idarəçi dəvət olunmuş və ##.##.2018-ci il tarixli aktla yaşayış binasına aid olan inventar və digər əmlakalar kənar idarəçiyə təhvil verilmişdir. Və hazırda yaşayış binasına xidmət kənar idarəçi tərəfindən icra edilir. Vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyətinin dayandırılması təmin edilməmiş və əsas kimi göstərilmişdir ki, vergi hesabatları təqdim edilməmiş və mövcud olan vergi borcları ödənilməmişdir. ##.##.2026-cı il tarixə çap edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən sonuncu əməliyyat ##.##.2020ci il tarixdə icra edilmiş (arayış təqdim edilmiş), sonuncu vergi ödənişi isə ##.##.2018-ci il tarixdə icra edilmişdir. Həmin şəxsi hesab vərəqəsindən görünür ki, hazırki tarixə vergi ödəyicisinin 35.171,67 manat vergi borcu vardır. Bu borc 2018-ci ilədək olan dövrü və həmin dövrdən qalan faiz və cərimələri əhatə edir. Beləliklə, rəsmi sənədlərdən müəyyən olunur ki, “İnam Bayram-M” mənzil-tikinti kooperativi uzun ilərdir ki, fəaliyyət göstərmir, hər hansı gəliri yoxdur, nizamnaməsinə uyğun olaraq yaşayış binasının inşasını həyata keçirmir, inşa etdiyi yaşayış binası istismara qəbul edilmiş və bütün mənzillər sakinlərə təhvil verilmişdir. Bu baxımdan kooperativ hər hansı öhdəliyi icra etmək qabiliyyətində deyil. Belə olan halda icra şöbəsi borclunun icra qabiliyyətini araşdırmalı, müvafiq sorğular göndərməli, boclunun məhkəmə aktını üzrsüz səbəbdən icra etdiyini müəyyən etdikdən sonra müvafiq protokolu tərtib etməklə baxılması üçün məhkəməyə göndərməli idi. Eyni zamanda işə baxan məhkəmə qeyd edilən xüsusatları araşdırmalı və məsələyə həmin əsaslar nəzərə alnımaqla qiymət verməli idi. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarını ləğv edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin nümayəndəsi və iş üzrə tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işdə iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024cü il tarixli icra sənədindən görünür ki, Cavabdeh "İnam Bayram-M" MTK-dan müqavilə üzrə ödənilmiş 50.000 manat pul, vurulmuş zərərə görə 95.000 manat pul, ödənilmiş dövlət rüsumuna görə 435 manat və məhkəmə qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat pul, cəmi 145.735 (yüz qırx beş min, yeddi yüz otuz beş) manat məbləğində pul tutularaq iddiaçı İsayeva Sevil Azər qızına ödənilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2024-cü il tarixli qətnaməsi qismən - vurulmuş zərərə görə 95.000 manat pulun tutulması hissəsində ləğv edilməsi qərara alınmışdır. “Tələbin könüllü icrası” haqqında ##.##.2025-ci il tarixli № e******/****-**-* saylı bildirişdən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-ci il tarixli icra sənədinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həqiqətən də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmiş və qanuni olaraq o, inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə kollegiyası verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, “İnam Bayram- M” MTK-nın rəhbəri (direktoru) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı barədə icra sənədinin könüllü icrası, o cümlədən borcun ödənilməsi və qanunvericiliklə nəzərdə tutulmuş icra tələblərinin yerinə yetirilməsi barədə müvafiq qaydada izahat verilmiş, borclu isə həmin izahatı imzası ilə təsdiq etmişdir. Bununla belə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra sənədi üzrə yaranmış borc məbləğinin ödənilməsi istiqamətində hər hansı real tədbir görülməmiş, icra sənədinin icrası təmin edilməmiş və nəticə etibarilə icra prosesi uzun müddət ərzində gecikdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə ## ### 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, İnam Bayram-M” MTK-nın rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar