Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2388/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Sadıqzadə İslam Məzahir oğlunun, Protokolu tərtib edən orqann nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 4009850.00 Rusiya Rublu məbləğində vəsait bank vasitəsilə ## ### 2024cüi l tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 4009850.00 Rusiya Rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 4009850.00 Rusiya Rublu valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 801.970 Rusiya Rublu (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC hüquqi şəxsi kabel istehsalı ilə məşğul olan, ölkə daxilində istehsal edilən məhsulları xaricə ixrac edən böyük bir hüquqi şəxsdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsMMC sözügedən xxxx şirkəti ilə dəfələrlə ticarət əlaqələri qurmuş, dəfələrlə köçürmələr etmişdir. Lakin, 2022-ci il tarixdən bəri idxal edilən mallar üzrə bəyannamələr yanlış şəkildə başqa bəyannamələr ilə bağlanılmış, bu səbəbdən bəzi bəyannamələr açıq qalmışdır. Lakin, alınmış bütün mallar ölkə ərazisinə idxal edilmişdir. Eynilə, sözügedən protokolda qeyd edilən 4009850.00 Rusiya Rublu məbləğində vəsait qarşılığında alınmış mallar ölkə ərazisinə idxal edilmişdir. Məlumat üçün qeyd edirik ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə "xxxx" şirkəti arasında artıq 8 ildən artıq geniş ticarət əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq çərçivəsində alman xammal yalnız en kəsiyi 9,5 mm olan alüminium məftildir və adı çəkilən şirkətlə başqa heç bir xammal üzrə əməkdaşlıq yoxdur. Əməkdaşlıq çərçivəsində həmin şirkətlə hər il müqavilə yenilənmişdir. Bütün bu ödənişlərə əsasən mallar ölkəmizə idxal edilmişdir. Lakin sözügedən ödənişlərə asasən malların idxalı zamanı rəsmiləşdirilmədə səhvlərə yol verilmiş və bankın ödənişləri bağlaması isə sürüşdürmələrlə olmuşdur. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, eyni şirkətə olan yuxanda qeyd etdiyimiz köçürmələrlə bağlı Mərkəzi Bank tərəfindən bir neçə protokol tərtib edilmiş, bütün protokollara Nərimanov Rayon Məhkəməsində baxılmışdır. Protokollann məbləği fəqli olsa da mahiyyəti eyni olmuş və işlərin faktiki hallan hazırkı işlə eynilik təşkil etmişdir. Eyni məhkəmədə digər bütün protokollar üzrə araşdırma apnlmış, ödənişlərin bank tərəfindən bağlanmamasımn səbəbinin sadəcə texniki xəta olması ilə məhkəmələr razılaşmış, əməldə inzibati xəta tərkibi olmaması səbəbindən işlərə xitam verilmişdir. Hətta xatırladırıq ki bu protokollar üzrə elə eyni hakim özüdə yaşanan problemdən xəbərdar olmuş və iki protokol üzrə icraata xitam vermişdir(qərarlan əlavə edirik). Lakin nədənsə, hazırkı protokola baxan eyni hakim işin halllanmn eyni olmasına və təqdim edilən sənədlərə baxmayaraq, qanunsuz olaraq şirkət barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Hesab edirik ki, Məhkəmə qərar qəbul edərkən AR İXM 430.4-cü maddəsini düzgün tövsif etməməyərək şirkətimiz barəsində əsassız olaraq cərimə tənbehi seçmişdir. Belə ki, sözügedən maddənin tələbində göstərilir ki, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülməməsi və ya xidmətlər göstərilməməsi məsuliyyətə səbəb olur. Lakin məhkəmənin hərtərəfli araşdırma aparmaması, mallar vaxtmda ölkəyə idxal edilsə də məhkəmənin sözügedən maddəni düzgün tövsif və tətbiq etməməsi ilə nəticələnmiş və Şirkət əsassız oraq cərimə tənbehinə tabe tutulmuşdur. Halbuki, sadaladığımız faktlara görə inzibati iş üzrə icraata xitam verilməli idi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Sadıqzadə İslam Məzahir oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Protokolu tərtib edən orqann nümayəndəsi X2 bildirdi ki, MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. Malların 2 il ərzində ölkəyə idxalını təsdiq edəcək sənədlər təqdim edilməmişdir. Belə olan halda apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan ## ### 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “xxxx” ASC-də olan hesabdan 4009850.00 Rusiya Rublu məbləğində pul vəsaiti “xxxx” şirkətinin müvafiq bankdakı olan hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarla müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 4009850.00 Rusiya Rublu məbləğində olan vəsaiti ## ### 2024-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 4009850.00 Rusiya Rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən malı idxalını təsdiq edən yeganə sənəd gömrük bəyannaməsidir. Mal ölkəyə daxil olubsa, gömrük bəyannaməsi mövcud olmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ### 2024-cü il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş 4009850.00 Rusiya Rublu məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən 2 il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər təqdim olunmamışdır. Qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2388/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2388/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver