Məhkəmə qərarları › İş №3(3-6)-2391/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2391/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2391/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi (bundan sonra – səlahiyyətli orqan) “İGZ Group” MMC və onun vəzifəli şəxsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, müvafiq olaraq 2467270 və ******* nömrəli inzibati xəta haqqında protokolları, onlara əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) “İGZ Group” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən göstərilən protokollar üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Həmin məhkəmə qərarından səlahiyyətli orqan şikayət verib, onun ləğv edilməsi, səlahiyyətli orqanın tərtib etdiyi ## ### 2026-cı il tarixli, MN seriyalı, 2467270 və ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında “İGZ Group” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, səlahiyyətli orqan X7 şikayəti əsasında araşdırma aparması ilə əlaqədar “İGZ Group” MMC-yə göndərdiyi ## ###### 2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubunda qeyd etdiyi sənədlərin 7 iş günü ərzində təqdim edilməsini tələb etmiş, həmin Cəmiyyət və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məktubda göstərilmiş sənədləri səlahiyyətli orqana göndərməmişdir. Buna görə də onların əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti mövcuddur. Bu səbəbdən onlar inzibati məsuliyyətdən azad edilməməlidir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına “İGZ Group” MMC-nin nümayəndəsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə həmin Cəmiyyətin nümayəndəsinin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi iş üzrə müvafiq nəticəyə gələrkən, iş materialları əsasında “İGZ Group” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olmasının sübuta yetirilməsinə, lakin göstərilən əməllərə görə həmin Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə əsaslanmışdır. İş materiallarında olan müvafiq poçt göndərişinin izlənməsinə dair elektron məlumatdan görünür ki, səlahiyyətli orqan “İGZ Group” MMC-yə ünvanladığı ## ###### 2026-cı il tarixli, *- **-*/*-*****/**** nömrəli məktubunda müvafiq sənədlərin 7 iş günü ərzində göndərilməsini xahiş etmiş, həmin məktub göstərilən Cəmiyyətə ## #### 2026-cı il tarixdə çatdırılmışdır. Səlahiyyətli orqan da iş üzrə tərtib etdiyi inzibati xəta haqqında protokollarda bu faktı təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası İXM-in “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlanan 39-cu Fəslinə daxil olan 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati xətanın törədildiyi gündən dörd ay sonra keçdiyinə, iş üzrə “İGZ Group” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubuna cavab verməmələrindən ibarət, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hesab edilən əməllərinə münasibətdə inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin məktubun göstərilən Cəmiyyətə çatdırıldığı ## #### 2026-cı il tarixdən 7 iş günü keçdikdən sonra, yəni ## #### 2026-cı il tarixdən hesablandığına görə ## #### 2026cı il tarixdə bitmişdir. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixdə yekun qərar qəbul edərkən “İGZ Group” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi yekun qərarında “İGZ Group” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdikləri inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi barədə səhv nəticəyə gəlsə də, həmin müddət səlahiyyətli orqanın göstərilən məhkəmə qərarından şikayət verdiyi ## #### 2026-cı il tarixdə 1 gün keçmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiya məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin “İGZ Group” MMC və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi barədə gəldiyi nəticə hazırda hüquqi əhəmiyyətini saxladığına görə səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar