Məhkəmə qərarları › İş №3(3-6)-2393/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2393/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2393/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, X8 Oruc qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və müdafiəçisi Nümayəndə Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinib 1800 manat şərti cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2026- cı il tarixli qərarın ləğv olunması barədə şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinib 1800 manat şərti cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinib 1800 manat şərti cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvəsində saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, işə baxan məhkəmə işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. Həmçinin qərardan narazı qalan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvəsində saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) təqsiri iş materiallarında olan mötəbər, qanuni, etibarlı sənəd və dəlillərlə tam təsdiq edilir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və müdafiəçisi Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə şikayətlərlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayətlər aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs saat 09:00-dan 13:06-dək işdə olmaması ilə bağlı tərtib edilmiş işəgötürən tərəfindən Əmək məcəlləsinin 72-ci maddəsinin tələblərinin pozulması əsas gətirilərək Zərərçəkmiş şəxs ilə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70ç bəndinə xitam verilmiş, bundan əlavə işəgötürən tərəfindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı əmr verilsə də, əmək müqaviləsində hər hansı dəyişiklik edilməməsi müəyyən edilmişdir X5 Xidmətinin Bakı şəhər İdarəsinin ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi- X2 İnstitutu publik hüquqi şəxsinin direktor müavini-baş həkimi X4 müraciət edərək qeyd etmişlər ki, vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında Elmi-X2 İnstitutunda araşdırma aparılmış və əmək qanunvericiliyinin pozulması faktı aşkar edilmişdir. Bildirilmişdir ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə əsasən, işəgötürən əmək şəraitini dəyişdirməzdən azı 1 ay əvvəl işçini xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə razılaşmırsa, o zaman qanunvericiliyə uyğun olaraq başqa işə keçirilməli və ya müqaviləsinə müvafiq qaydada (Əmək Məcəlləsinin 68-ci maddəsi ilə) xitam verilməlidir. İşəgötürən qeyd olunan rəsmi prosedurlara əməl etmək əvəzinə, Zərərçəkmiş şəxs əmək müqaviləsinə ##.##.2025-ci il tarixində qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi əmək funksiyasını yerinə yetirmədikdə və ya kobud şəkildə pozduqda) xitam vermişdir. Nəticə olaraq, X5 tərəfindən göndərilmiş məktubla işəgötürənin atdığı addımların qanunsuz olduğu diqqətə çatdırılmış və Zərərçəkmiş şəxs işdən azad edilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi tələb olunmuşdur Zərərçəkmiş şəxs ilə bağlanılmış əmək müqaviləsindən görünür ki, sonuncunun iş vaxtı saat 09:00-17:00 olaraq müəyyən edilmişdir. ##.##.2022-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs əvəzçilik üzrə işləməsinə etiraz edilməmişdir. (əmək müqaviləsi bağlanılıb ##.##.2022-ci il tarixdə) ## ###### 2025-ci il tarixli “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında” əmrdən görünür ki, bütün işçilərin əsas iş yeri olaraq bütün iş günü ərzində işləmələrinin təmin edilməsi haqqında əmr verilmişdir. ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, Zərərçəkmiş şəxs müraciət edilərək əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirməsi xahiş olunmuşdur. Digər sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs saat 09:00-da işə gəlmədiyi üçün barəsində töhmətlər elan edilmiş və daha sonra əmək müqaviləsinə xitam verilmişdir. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025- ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs barəsində verilmiş əmrlərin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etmiş, məhkəmə qərarı ilə iddia tələbləri tam şəkildə rədd edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli qətnamə hazırkı işin həlli üçün preyudisial əhəmiyyətə malik deyildir. Cinayət Prosessual Məcəllənin 65.7-ci maddəsinə əsasən, məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir. Lakin, sözügedən qərar hazırda qanuni qüvvəyə minməmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallığın tətbiqi zamanı, ilk növbədə, əvvəlki məhkəmə qərarının qanuni qüvvəyə minmiş olması müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş sübutetmə predmetinə aid hallar yalnız eyni subyektlərə münasibətdə preyudisial əhəmiyyət daşıyır, fərqli subyektlər barəsində isə məsuliyyət məsələsi müstəqil qaydada araşdırılmalı və qiymətləndirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 2026-cı il # ### tarixli Qərarı). Göstərilən qətnamə qanuni qüvvəyə minmədiyindən və şikayətçi həmin mülki işin tərəfi olmadığından, məhkəmə onu yalnız xitamın qanuniliyi məsələsinin mübahisəli olmasını və bu mübahisənin məhkəmə qaydasında həll edilməkdə olmasını təsdiq edən sübut kimi qəbul edir. Bununla belə, nəzərdən qaçırılmamalıdır ki, birinci instansiya məhkəməsinin xitamı qanunsuz hesab etmədiyi şəraitdə səlahiyyətli orqanın gəldiyi əks qənaət mübahisəsiz sayıla bilməz və eyni əmələ dair bir-birini istisna edən iki hüquqi qiymətin mövcudluğu təqsirin bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş hesab edilməsinə imkan vermir. Belə ki, Əmək Müfəttişliyi sübut etməli idi ki, Qərardan şikayət verən orqan (şəxs) Zərərçəkmiş şəxs əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verməli olmasının qanunsuz olduğunu bilə-bilə xitam vermişdir ki, bu da sübuta yetirilməmişdir. Bu faktı sübut etmək yükü müfəttişliyin üzərində idi və bütün şübhələr isə barəsində icraat aparılan şəxsin xeyrinə həll olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsi də məsuliyyətin qabaqcadan görünə bilən olmasını tələb edir və bu hüquqi müəyyənlik prinsipinin bir təzahürüdür. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Göründüyü kimi, əmək müqaviləsinə xitamın əsası hazırda mübahisəlidir. Hazırkı iş üzrə isə işdən çıxarılmanın qanuniliyindən daha çox, təqsirliyinin sübuta yetirilməsi məsələsi mübahisəlidir. Belə ki, məhkəmə tətbiq edilmiş cərimənin qanuniliyini yoxlayır. Məhkəmə hesab edir ki, hakim belə xitamı qanuni qiymətləndiribsə, işdən çıxarmanın qeyri-qanuniliyi direktor üçün qabaqcadan görünə bilən deyildi. Məhkəmə qeyd edir ki, seçilmiş xitam əsasının düzgünlüyünün qiymətləndirilməsi baxılmaqda olan fərdi əmək mübahisəsinin predmetidir və ona hüquqi qiymət mülki məhkəmə icraatı çərçivəsində verilməlidir. AR İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər üçün məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, norma blanket xarakterlidir və məsuliyyəti doğuran hal əmək müqaviləsinə xitam verilməsi faktının özü deyil, xitamın məhz əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilməsidir. Deməli, tənbeh tətbiq edən səlahiyyətli orqan əmək qanunvericiliyinin hansı konkret normasının pozulduğunu müəyyən etməli və qərarında göstərməli idi. Lakin, mübahisələndirilən qərar göstərilən tələblərə cavab vermir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayətlər təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinib 1800 manat şərti cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar