Məhkəmə qərarları › İş №3(3-6)-2395/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2395/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2395/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam Idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam Idarəsinin rəisi Mehman Hüseynov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən ünvan 3 ünvanında ##.##.2026-cı il tarixdə, saat 14:23-də “X1 Binası” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından səlahiyyətli orqan apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativi tərəfindən törədilmiş inzibati xətaya görə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş ərizədən və ərizəyə əlavə edilmiş reklamın eskizi və ölçüləri, həmçinin reklamın yerləşdiriləcəyi yerin rəngli fotosundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativi məhz ünvan 3ndə yerləşən “X1 Binası” adlı obyektin üzərində ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixinədək reklam yerləşdirilməsi üçün ##.##.2025-ci il tarixli ərizə ilə Bakı Şəhəri Reklam Idarəsinə müraciət etmişdir. Həmin müraciət əsasında ##.##.2025-ci il tarixli M************** nömrəli Dövlət rüsumunun ödənişi üçün hesab faktura təqdim edilmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativi tərəfindən dövlət rüsumu ödənilməmişdir. Göründüyü kimi, “X1 Binası” adlı obyektin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativinə məxsusluğu iş materialları ilə təsdiq edilmiş olsa da məhkəmə əsassız olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativi MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam Idarəsinin nümayəndəsi X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil Tikinti Kooperativinin ##.##.2026-cı il tarixindən ##.##.2036-cı il tarixinədək fəaliyyəti dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından görünür ki, inzibati xəta haqqında protokolda ünvan 3 ünvanında yerləşən “X1 Binası” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi göstərilsə də, həmin yaşayış sahəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən idarə edilməsini təsdiq edən sübutlar materiala əlavə edilmədiyindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsinə geri qaytarılmışdır. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ##.##.2025-ci il tarixli ərizədən görünür ki, “xxxx” MMMC tərəfindən Xətai rayonu, Mərkəzi Bulvar küçəsi ünvanında yerləşən binada reklam yerləşdirilməsi üçün icazə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsinə müraciət edilmişdir. Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK tərəfindən Xətai rayonu, Mərkəzi Bulvar küçəsi ünvanında yerləşən binada reklam yerləşdirilməsi üçün icazə verilməsi barədə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsinə müraciət edilmişdir. “xxxx" mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin nizamnaməsinin 2.1-ci bəndindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi ünvan 1 ünvanında yerləşən yaşayış binasının birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. “xxxx” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ##.##.2022- ci ildə təsdiqlənmiş nizamnaməsindən görünür ki, “xxxx” MMMC müstəqil təsərrüfat subyekti olmaqla ünvan 2 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır. Həmin nizamnamənin 2.1-ci bəndindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi ünvan 1 ünvanında yerləşən yaşayış binasının birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Bu hal özlüyündə həmin yaşayış binasının “xxxx” MMMC tərəfindən idarə edilməsini təsdiq edir. AR Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Iş materiallarında olan sənədlərdən müəyyən edir ki, sözügedən “X1 Binası” adlı obyekt üzərində reklam yerləşdirilməsinə icazə verilməsi məqsədilə təkcə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK deyil, həmçinin “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən də ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə müvafiq müraciət edilmişdir. Bu hal özlüyündə onu göstərir ki, reklamın yerləşdirilməsi üçün müraciət etmə faktı konkret hüquqi şəxsin həmin obyekti idarə etməsini və ya reklamın məhz onun tərəfindən yerləşdirilməsini birmənalı qaydada təsdiq edən sübut hesab edilə bilməz. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş sübutlar yalnız ehtimal xarakteri daşıyır və onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MTK-nın sözügedən obyekti idarə etməsini, reklamın məhz həmin hüquqi şəxs tərəfindən yerləşdirilməsini və bunun nəticəsində IXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv əlamətlərinin mövcudluğunu ağlabatan şübhədən kənar şəkildə təsdiq etmir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında kifayət qədər geniş və aydın əsaslandırma aparmışdır, məhkəmə həmin əsaslandırma ilə razılaşdığını bildirir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq Qərara aldım: Apellyasiya qaydasında şikayət təmin edilməsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mənzil-Tikinti Kooperativinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar