Məhkəmə qərarları › İş №3(3-6)-2397/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2397/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2397/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, X6 Oruc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026ci il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs Vaqif oğlunun nümayəndəsi və vəkili Abbasov İlqar Hüseyn oğlu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli MN 2486754 inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qalıq 69089 manat borc tələbkarlara ödənilməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs Vaqif oğlunun nümayəndəsi və vəkili Abbasov İlqar Hüseyn oğlu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs AR İXM-nin 528.1 -ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı qanunsuz və əsassızdır.İşə baxan məhkəmə iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət vermədən əsassız nəticəyə gəlmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015ci il tarixli icra sənədindən görünür ki, iddiaçılar Zərərçəkmiş şəxs və X3 apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2013-cü il tarixli qətnaməsi qismən, X1 Zərərçəkmiş şəxs və X3 xeyrinə vurulmuş maddi ziyan kimi 80.000 manat tutulması hissəsində ləğv edilərək Zərərçəkmiş şəxs və X3 iddia ərizəsi həmin hissədə təmin edilməmiş, qətnamə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs və X2 xeyrinə, vurulmuş maddi ziyan kimi, 80.000 (səksən min) manat tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır; ##.##.2020-ci il tarixli qərardan görünür ki, Xətai rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. ##.##.2026-cı il tarixdə icra məmuru tərəfindən borclunun izahatı alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(5-94)-6224/2026 tarixli, ##.##.2026-cı il tarixli qərardadına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə geri qaytarılmışdır. Birinci instansiya məhkəmsində iştirak edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur.. Borclu, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icrası bütün şəxslər üçün məcburi olan icra vərəqəsinin icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O bildirmişdir ki, borclunun pensiyasından tutulan vəsait icra şöbəsinin depozit hesabındadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qanunvericiliyin həmin tələbləri pozulmuş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən sadalanan hallara və sübutlara düzgün qiymət verilmədən qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, hesab edirəm ki, birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmaması əsası ilə işin icraatına xitam verilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, tələbkar Zərərçəkmiş şəxs Vaqif oğlunun nümayəndəsi və vəkili Abbasov İlqar Hüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2 və 135.1.2-ci maddələrini rəhbər tutaraq qərara a l ı r a m: Tələbkar Zərərçəkmiş şəxs Vaqif oğlunun nümayəndəsi və vəkili Abbasov İlqar Hüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026ci il tarixli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar