Məhkəmə qərarları › İş №3(3-6)-2399/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2399/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2399/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi İdrisli Jalə Qalib qızının iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC”) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 462.1-ci maddəsi ilə tərtib etdiyi ## ### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə etdiyi sənədləri baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-103)-3234/2026 nömrəli qərarı ilə (hakim X4) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayət verib, onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və obyektiv araşdırmamış, hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində yerləşdirilməsini göstərməsini nəzərə almamış, bu halları təkzib etməmişdir. Məhkəmə qərarında “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına istinad etsə də, həmin normaların işin konkret hallarına necə tətbiq edildiyini əsaslandırmamış, hüquqi şəxsin təqdim etdiyi izahat və sübutları qiymətləndirməmiş, yalnız Dövlət Vergi Xidmətinin məktubuna istinad etsə də, həmin məktubu digər sübutlardan üstün hesab etməsinin səbəbini izah etməmiş, əvvəlcə, maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməməsi, daha sonra isə internet səhifəsində və mətbu orqanda dərc edilməməsini göstərmişdir. Halbuki, hesabatların təqdim edilməsi və dərc edilməsi qanunvericilikdə fərqli hüquqi öhdəliklərdir. Məhkəmə onların ayrıca faktiki əsaslarını müəyyən etməli, hansı öhdəliyin pozulduğunu və bunun hansı sübutlarla təsdiq edildiyini əsaslandırılmalı idi. Lakin məhkəmə bu fərqi müəyyən etmədən həmin Cəmiyyəti Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsi ilə inizbati məsuliyyətə cəlb etmiş, Cəmiyyətin əməlində həmin inzibati xətanın obyektiv cəhətinin nədə ifadə edilməsini müəyyən etməmişdir. Məhkəmə, həmçinin həmin Cəmiyyətin əməli üzrə inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməməsini əsaslandırmamışdır. Apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən kommersiya təşkilatlarından internet səhifəsi olduqda, illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. - 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının (investisiya fondları və onların idarəçiləri, sığorta şirkətləri istisna olmaqla) illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Protokolu tərtib edən orqan verilir. İş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməməsinə görə tərtib etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli məktubu və ona əlavə edilmiş cədvəldə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısına daxil edilmişdir. Səlahiyyətli orqan ## ### 2026-cı il tarixli bildirişi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını audit rəyi ilə birlikdə rəsmi internet səhifəsində yerləşdirməsi və ya mətbu orqanında dərc etdirməsinə dair sübutlarını təqdim etməsini təklif etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi ilə eyni məzmunda iş materialları ilə müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunvericilikdə müyyən edilmiş müddətdə rəsmi internet səhifəsində yerləşdirməmiş və mətbu orqanda dərc etməmişdir. Məhkəmə bu barədə nəticəyə gələrkən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin 2024-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunvericilikdə müəyyən edilmiş müddətdə rəsmi internet səhifəsində yerləşdirməsi və mətbu orqanında dərc etməsini təsdiq edən sübutu təqdim etməməsini də nəzərə alır. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda müəyyən edib, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Törədilmiş inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar